Menstruasiya zamanı cinsi əlaqədə olmaq olarmı? Bu sual bir çox qadını düşündürür! Qadınların əksəriyyəti bu dövrdə tamamilə cinsi münasibətlərdən çəkinirlər. Bəzilərini də belə bir sual düşündürür ki, bəlkə bu dövrdə müəyyən gigiyenik qaydalara riyayət edib münasibətdə olmaq mümkündür?
Dəyər, yoxsa yox?
Bir çox cütlüklər üçün bu dövrdə cinsi həyat yol verilməzdir, bu, həm menstruasiya zamanı gələn qana, həm də bir çox qadınların rastlaşdığı diskamforta görə olur. Belə ki, çoxlarını da maraqlandırır ki, axı bu bir gün davam edən proses deyil, həm də hər gün axıntının miqdarı çox olmur. Bu zaman münasibətlərin təxirə salınması tək fizioloji deyil, həm də mənəvi səbəblərdən də olur. Bu sualın cavabını adətən hər cütlük özü fizioloji vəziyyətinə və arzusuna görə həll edir. Burada qəti qadağa yoxdur. Bu, insanların şəxsi düşüncələrindən, dini inanclarından, estetik mənfi cəhətlərindən, narahatlığından və utancaqlıqlarından aıslı olan haldır.
Bu nə vaxt təhlükəlidir?
Menstruasiya zamanı uşaqlıq daxilində endometriya prosesi gedir, yəni uşaqlığın daxil divarının dağılması baş verir, üstü açılmış damarlardan qan xaric olmağa başlayır. Bunun nəticəsində uşaqlığın yolu yumşalır və ifrazata səbəb olması üçün asanlıqla açılır. Ona görə də bu dövrdə cinsi əlaqədə olan zaman infeksiyanın asanlıqla uşaqlığa daxil olması və orada iltihaba səbəb olması riski artır. Risk qrupuna sağlamlığında müxtəlif problemləri olan, xroniki xəstəliklər keçirən və kiçik çanağında iltihabi prosesləri olan qadınlara aiddir. Qanaxmanın 3-cü günü infeksiyaya yaxalanmaq riski daha yüksəkdir. Ona görə də ilk 3 gün cinsi həyatdan uzaqlaşmaq tövsüyə olunur.
Təkcə qadınlar deyil, kişilər də bu zaman infeksiyaya tutulma riski ilə üz-üzə olurlar, belə ki, mikrob kişi cinsi orqanlarını və sidik kisəsini belə yoluxdura bilər. Bundan qorunmaq üçün prezervativlərdən istifadə olunmalıdır. Cinsi əlaqədən əvvəl və sonra cinsi orqanların təmizliyinə fikir verilməlidir.
Menstruasiya zamanı sekslə mütəmadi məşğul olmaq tövsiyə edilmir, belə ki, güclü qanaxma baş verə və uşaqlığın ətrafında möhkəm spazma yarana bilər, buna səbəb isə qan dövranında dəyişikliklərin baş verməsidir. Bu, kiçik çanaqda diskomfort hissi yarada, hətta spazmolitik xəstəliklərin yaranmasına da yol aça bilər.
Əgər menstruasiya dövründə cinsi münasibətdə olmaq sizin üçün normal hal sayılırsa, bu zaman gigiyena qaydalarına ciddi əməl olunmalı, şəxsi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.
Bundan əlavə unutmayın ki, bu dövürdə sekslə məşqul olmaq sizin hamilə qalmayacağınıza zəmanət vermir. Bu, menstural tsikli sabit olmayan qadınlarda daha risklidir. Buna görə də hətta bu dövrlərdə də kontraseptivlərdən isifadə etməyi unutmayın!
XƏBƏR LENTİ
Quru saçlar üçün maska
Tibbi terminlərlə tanış olaq
Çində dünya rekordu: 1374 dron eyni anda havada
“Oskar” mükafatına kimlər şanslıdır?
Yataq örtükləri
Məşhur cütlüyün ayrılıq xəbəri yayıldı-FOTO
Ermənistanı qorxudacaq hərbi xərclərimiz
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Azərbaycanda COVID-19-a yoluxmanın artmasının əsas səbəbi budur - AÇIQLAMA
Paris qan içində: 7 terror aktı, 153 ölü
Vahiməyə salan təbiət
Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq
Ancaq anaların bildiyi 7 hal
İstirahər gününün havası AÇIQLANDI - Sinoptiklər növbəti günlər üçün XƏBƏRDARLIQ yaydı
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
Azərbaycanlı Avropanın ən xarizmatik kişisi seçildi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
Selfi sevgisi 150 illik heykəli parçaladı
Sabahın HAVAsı
Türkiyəli məşhurların bayram paylaşımları
Kral ailəsinin həkimindən sağlamlıq tövsiyələri
Prezidentin köməkçisi: “Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir”
Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi
Bu gün Aşuradır
Ronaldonun Böyük Yalanı üzə çıxdı-FOTO
Neft bahalaşıb
Azərbaycanda yeni yol çəkilir
Şaftalı pudinqi
Kendal gündəlik gəlirini AÇIQLADI
Azərbaycanın elm sahəsində təmsil olunan qadınların sayı açıqlandı
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Kağızdan quyruq düzəldən tutuquşu
Fransada Google şirkəti vergidən yayınır
Endirimlər
Sağlam yuxu üçün nə etməli?
Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
Koronavirusla bağlı son STATİSTİKA
2012-ci ilin səndəl modelləri
300 illik ağacı yandırdılar-Cinayət işi açıldı
Çimərlik üçün zövqlü seçimlər
Dünyanı gözləyən böyük təhlükə
Keçmişdə yaşanan sevgi
Yerli uşaq verilişləri övladlarımızda maraq doğurmur
Yaz-yay saç rəngləri - 2011
Bakıda sərnişinlər gülməli qadağaya cavab axtarırlar
Kimlərin pərdə və plyonkası sökülməyəcək?
Məşhur cütlükdən etiraf
Azərbaycanda meyvə-tərəvz bahalaşıb
Almalı oladi (foto resept)
- ŞƏRHLƏR