Qadin.NET / Menstruasiya zamanı cinsi həyat

Menstruasiya zamanı cinsi həyat

Menstruasiya zamanı cinsi həyat

Menstruasiya zamanı cinsi əlaqədə olmaq olarmı? Bu sual bir çox qadını düşündürür! Qadınların əksəriyyəti bu dövrdə tamamilə cinsi münasibətlərdən çəkinirlər. Bəzilərini də belə bir sual düşündürür ki, bəlkə bu dövrdə müəyyən gigiyenik qaydalara riyayət edib münasibətdə olmaq mümkündür?

 Dəyər, yoxsa yox?

 Bir çox cütlüklər üçün bu dövrdə cinsi həyat yol verilməzdir, bu, həm menstruasiya zamanı gələn qana, həm də bir çox qadınların rastlaşdığı diskamforta görə olur. Belə ki, çoxlarını da maraqlandırır ki, axı bu bir gün davam edən proses deyil, həm də hər gün axıntının miqdarı çox olmur. Bu zaman münasibətlərin təxirə salınması tək fizioloji deyil, həm də mənəvi səbəblərdən də olur. Bu sualın cavabını  adətən hər cütlük özü fizioloji vəziyyətinə və arzusuna görə həll edir. Burada qəti qadağa yoxdur. Bu, insanların şəxsi düşüncələrindən, dini inanclarından, estetik mənfi cəhətlərindən, narahatlığından və utancaqlıqlarından aıslı olan haldır. 

Menstruasiya zamanı cinsi həyat

Bu nə vaxt təhlükəlidir? 

Menstruasiya zamanı uşaqlıq daxilində endometriya prosesi gedir, yəni uşaqlığın daxil divarının dağılması baş verir, üstü açılmış damarlardan qan xaric olmağa başlayır. Bunun nəticəsində uşaqlığın yolu  yumşalır və ifrazata səbəb olması üçün asanlıqla açılır. Ona görə də bu dövrdə cinsi əlaqədə olan zaman infeksiyanın asanlıqla uşaqlığa daxil olması və orada iltihaba səbəb olması riski artır. Risk qrupuna sağlamlığında müxtəlif problemləri olan, xroniki xəstəliklər keçirən və kiçik çanağında iltihabi prosesləri olan qadınlara aiddir. Qanaxmanın 3-cü günü infeksiyaya yaxalanmaq riski daha yüksəkdir. Ona görə də ilk 3 gün cinsi həyatdan uzaqlaşmaq tövsüyə olunur.

 Təkcə qadınlar deyil, kişilər də bu zaman infeksiyaya tutulma riski ilə üz-üzə olurlar, belə ki, mikrob kişi cinsi orqanlarını və sidik kisəsini belə yoluxdura bilər. Bundan qorunmaq üçün prezervativlərdən istifadə olunmalıdır. Cinsi əlaqədən əvvəl və sonra cinsi orqanların təmizliyinə fikir verilməlidir.

Menstruasiya zamanı cinsi həyat

 Menstruasiya zamanı sekslə mütəmadi məşğul olmaq  tövsiyə edilmir, belə ki, güclü qanaxma baş verə və uşaqlığın ətrafında möhkəm spazma yarana bilər, buna səbəb isə qan dövranında dəyişikliklərin baş verməsidir. Bu, kiçik çanaqda diskomfort hissi yarada, hətta spazmolitik xəstəliklərin yaranmasına da yol aça bilər.

 Əgər menstruasiya dövründə cinsi münasibətdə olmaq sizin üçün normal hal sayılırsa, bu zaman gigiyena qaydalarına ciddi əməl olunmalı, şəxsi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

Bundan əlavə unutmayın ki, bu dövürdə sekslə məşqul olmaq sizin hamilə qalmayacağınıza zəmanət vermir. Bu, menstural tsikli sabit olmayan qadınlarda daha risklidir. Buna görə də hətta bu dövrlərdə də kontraseptivlərdən isifadə etməyi unutmayın!

5 may 2014
GO BACK