Uzun müddət ac qalıb arıqlamaq son illərdə ortaya çıxan ənənələrədən biridir. Bu şəkildə sürətli və asan arıqlaya biləcəyini düşünənlər yanılırlar. 1 gün ərzində ac qalmaq sağlamlığınızı ciddi bir təhlükəyə salmaz. Lakin 24 saatdan çox ac qalmaq ciddi problemlər yarada bilər. Məsələn, yalnız su içməklə, kələm şorbası, ya da qreypfrutla tutulan pəhrizlər kimi tək qidaya söykənən pəhrizlər... Bu cür pəhrizlərdə bədəninizi yalnız aclıqla tanış edə bilərsiniz. Kifayət qədər enerji almasanız, orqanizmin işləmə funksiyalarına dəstək ola bilməzsiniz. Həyati işlər üçün lazımlı enerji xaricdən alınmadıqda bədən öz ehtiyat "anbar"larından istifadə edərək enerjini təmin etməyə çalışır. Bu vəziyyət bədəninizin stressə girməsinə gətirib çıxarır və stabil qalan artıq çəki vəziyyəti yaşana bilməz. Ancaq belə pəhrizlər bədəninizi yoracaq.
Pəhriz saxlamamışdan əvvəl daha çox kalori xərcləmək üçün maddələr mübadiləsinin nələrə məruz qaldığına baxaq.
Sürətlə arıqladan pərhrizlərin zərərləri
Uzun, davamlı aclıq və sürətli arıqlama
Normal şərtlər altında bədən enerji ehtiyacını qlükozadan təmin edir. Beynin normal funksiyalarını reallaşdıra bilməsi üçün davamlı və nizamlı olaraq qlükozaya ehtiyacı vardır. Kalorisi aşağı, qeyri-kafi pəhriz saxlayanda qaraciyərdə olan qlükoza bədənin enerji ehtiyacını "ödəməyə" çalışır. Qlükoza su ilə birlikdə qaraciyərdə yer alır, enerji ehtiyacı üçün parçalanan qlikoza ilə birlikdə su da ortaya çıxır. Qeyri-kafi pəhrizlərdə ilk bir neçə gündə sürətli kilo itkisi olmasının səbəbi su atılmasıdır. Gündə təxminən 500 q kilo itkisinə səbəb olan Hollivud pəhrizi, kələm şorbası və qreypfrut pəhrizlərinin bu qədər məşhur olmalarının təməlində bədəndən itən su səbəbiylə fərdlərin özlərini kilo itirmiş olaraq qəbul etmələridir. Əslində yağ toxuması deyil, çox miqdarda maye atılmasıdır. Normal yemək nizamına keçəndə qlükoza və su təkrar əvvəlki vəziyyətinə qayıdacaq. Sürətli maye itkisi ilə çəki atmağımız və bədənin minerallara olan ehtiyacı unudulmamalıdır. Kafi enerji alına bilməməsi səbəbindən qanda şəkər ani olaraq aşağı düşəcək, qlükoza "anbarları" boşalmağa başlayacaq. Bu vəziyyətin nəticəsi olaraq yorğunluq, ürək bulanma və hisslərində dəyişikliyə səbəb olacaq.
Qaraciyər aclığın 24 saatdan uzun sürməsi vəziyyətində kafi qlükoza saxlamaq üçün əzələlərə "yönəlir" və enerji ehtiyacını əzələ toxumasından qlükoza meydana gətirərək qoruyub saxlayır. Uzun müddətli aclıqlarda, ya da çox aşağı kalorili pəhrizlərdə 1-ci həftənin sonunda bədən ağırlığının 30%-i əzələlərdən ibarət olar. Qalan itkilər isə tamamilə maye itkisidir. Bədəninizdə olan əzələ miqdarı sizin maddələr mübadiləsi sürətinizi meydana gətirər. Başqa cür desək, əzələ itkisi nə qədər çoxdursa, maddələr mübadiləsi sürətiniz o dərəcə yavaşlayar, kalori daha qənaətlə istifadə edilməyə başlayar, beləcə enerji xərcləməniz azalar. Bu vəziyyətdə arıqlama sürətiniz də yavaşlayar. Əslində gündəlik və sürətli pəhrizlərin məqsədi yağ yandırmaqla bərabər aktiv əzələ hüceyrələrinin istifadə edilməsi səbəbindən uzun müddətdə tədricən çəki itkisi olacaq. Yəni maddələr mübadiləniz enerji yandırmaq yerinə enerji qorumasına keçəcək. Kalorisi aşağı və sürətli arıqladan pəhrizlərdən sonra normal kalorinizə qayıtdığınız vaxt çəki artımı daha tez olacaq və alınan kalorilər, maddələr mübadiləsi sürətiniz yavaşladığı üçün daha tez yağa çevriləcək, beləcə verdiyiniz çəkidən daha çoxunu geri aldığınızı görəcəksiniz.
Uzun, davamlı aclıq və yorğunluq
Uzun müddətli pəhrizlərə ilk bir neçə gün enerji ehtiyacı bədən zülalları tərəfindən qarşılanır. Sonra da bədən əzələləri qorumaq məqsədiylə enerji ehtiyacını yağ anbarlarından təmin etməyə başlayacaq. Yağ və əzələ toxumasının yandırılması ilə böyrəklər və qaraciyər toksik maddələrə məruz qalacaq və normal funksiyaları pozulacaq. Yorğunluq, qəbizlik, ürəkbulanma və qusmağa səbəb ola bilər. Uzun müddətli pəhriz cədvəli ürək xəstəlikləri, sümük əriməsi və böyrək xəstəliklərinə səbəb ola bilər. Qeyri-kafi kalori ilə qidalanma bədəniniz üçün lazımlı olan vitamin və mineralların qeyri-kafi qəbuluna gətirib çıxaracaq, saç, dırnaq və dəri toxumasında dəyişikliklər olacaq.
Pəhriz saxlamaq dəbi şəkər xəstələri, ürək xəstələri, qaraciyər və böyrək narahatlığı olanlar üçün təhlükəli ola bilər. Xüsusilə yoluxucu xəstəliklərdə və hamilələrdə bu pəhrizlər ciddi problemlər yarada bilər.
Çəki itirmənin sağlam yolu
Sağlam və stabil çəki itirmənin ən yaxşı üsulu sağlam qidalanma vərdişinə sahib olmaqdır. Bu vərdiş maddələr mübadilənizi davamlı "işlədəcək", enerjinin xərclənməsinə imkan verəcəkdir.
Nələr etməliyəm?
Nahar edin. Səhər yeməyi gecə boyunca işini yavaşladan maddələr mübadiləsini hərəkətə keçirmək üçün əhəmiyyətli bir başlanğıcdır. Nahar etməmək maddələr mübadilənizi gecə boyunca sürətini azaltdığı halı ilə günə davam etməsinə səbəb olacaq. Nahardan imtina etsəniz, gün ərzində yediyiniz yeməklər azalan maddələr mübadiləsi sürəti səbəbindən daha az yandırılacaq və orqanizmdə yığılmasına səbəb olacaq.
Az-az və tez-tez yeyilən ara paylar sayəsində maddələr mübadiləsi davamlı fəaliyyət göstərir. Nə qədər çox ac olsanız bir o qədər nəzarətsiz yeyəcəksiniz. Yeməyə oturanda aclığınızı yox etmək üçün qabağınıza gələn hər şeyi çox miqdarda yeyə bilərsiniz.
Gəzmək, üzmək, velosiped, aerobika, rəqs kimi idmanlar etdikdən sonra maddələr mübadiləsi sürətiniz artar, yəni idmandan sonra kalori yandırmaq davam edəcək. Günaşırı 40-45 dəqiqəlik idman əlavə kalori xərcləməyinizi təmin edə biləcək əhəmiyyətli bir fəaliyyətdir.
Ağırlıq qaldırma
Bu cür fəaliyyətlər əzələləri inkişaf etdirir. Əzələ toxumasının çox olması daha çox kalori sərfiyyatına səbəb olar. Daha əzələli bir bədəninizin olması daha çox kalori xərcləməniz və daha qısa zamanda çəki itirmək mənasını verər.
Gündəlik fəaliyyətinizə görə yemək yeyin. Gün ərzində idman edirsinizsə, səhər və günorta yeməyinizin kalorisini daha böyük edin, axşam yeməyinizi isə daha yüngül keçirə bilərsiniz.
Beləcə, gün ərzində idman edərkən enerji artığınız qalmaz. Bol miqdarda su üçün, maddələr mübadiləsinin tam gücü ilə işləyə bilməsi üçün suya ehtiyacı var. Gündə ən az 2-2,5 litr su içməyə laqeyd yanaşmayın.
XƏBƏR LENTİ
1474 müəllim müsabiqə ilə işə qəbul olunub
Karantinə nəzarət üçün Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb edilib
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
"Recep İvedik" 28 kiloqram arıqladı - FOTO
Qədim dövrlərdə istifadə olunan gözəllik üsulları
Pişiklər və qəribəlikləri şəkillərdə
Maskalardan bu zaman imtina edəcəyik
Pəhriz saxlasanız da arıqlamırsınız?
Qorxulu makiyaj
31 yanvara hazırsınızmı? - 15:48-da baş verəcək və 3 saat davam edəcək
Nanəli kekslər (foto resept)
Kosmonavtlar nə qədər maaş alır?
1980-ci illəri xatırladan evlilik il dönümü
Ölənlərin sayı 5 dəfəyədək azalıb
Şəkər tozu ilə üzə qulluq
Putinin 62 yaşı olur
Məşhur basketbolçu və qızı Gizlicə Dəfn Edildi-SƏBƏB
7 addımda daha uzun ayağa sahib ol
Allah qatında din İslamdır
Azərbaycan Avropa İttifaqının cavabını verdi
İŞİD-in zəhərlədiyi gələcək
Məşhurların uşaqlıq şəkilləri
Başınız sağ olsun - Avrasiya öldü...
Erməni xüsusi təyinatları heyəti yerli sakinlərlə “gücləndirdi”: Geri çəkilirlər - RƏSMİ
Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub
Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi - FOTO
Külək Bakını dağıtdı, Meriya xəbər tutmadı
Ermənistan Avropanın gözü önündə "Eurovision"da təxribat etdi
Prezidentin rektorları işdən çıxarmasının səbəbi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
Şabalıdlı plov (foto resept)
Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
İŞİD-ə qarşı quru hərəkatı başladı
Bantlı manikür (özün düzəlt)
Piylənmənin faydası da var imiş - Alimlərin yeni kəşfi
Məşhur aktyor 4 -cü dəfə boşanır
Çox sevilən içki - kapuçino
Hər kəsin qorxduğu qadın-FOTO
Məşhur futbolçunun qabırğası sındı
Azərbaycanda yeni universitet yaradılır
Yerin təbii peyki ilə bağlı maraqlı fakt açıldı
Yaxşı insanların intiqamı
Dünyanın o biri tərəfi...
Xoruldamaq
Xanımların gizli tərəfləri - Kişilər oxusun
Cəbhədə son durum
Nebahat Çehre çıxılmaz vəziyyətə düşdü-FOTO
Abituriyentlərin nəzərinə! İmtahandan əvvəl bu qidaları yeməyin
Rəssam Nachi Diaz
Yuxu yozmaları - Ə
- ŞƏRHLƏR