Hacı Şahin Həsənli: “Kəbinsiz ailədə doğulan körpə zinadan olan körpə sayılmır”
Ailə qurmağa qərar verən kişi və qadın aralarındakı münasibəti necə rəsmiləşdirməlidirlər? Ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir. Bundan əlavə, İslam dinində nikahın təsdiqlənməsi üçün dini kəbin vacib şərtdir.
Hazırda ailə quran şəxslər bu iki şərtdən ikisinə də əməl edərək, həm rəsmi nikaha daxil olur, həm də kəbin kəsdirirlər.
Bəs, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir? Rəsmi nikah dini kəbini əvəz edə bilərmi?
Milli.Az xəbər verir ki, musavat.com bu suallara ilahiyyatçılar vasitəsilə aydınlıq gətirib.
Kəbinin mahiyyətini açıqlayan ilahiyyatçı Elşən Mustafaoğlu deyir ki, İslam şəriətində şərtdir ki, ailə qurulduqda tərəflər nikah əqdi oxusunlar - yəni qadın həmin kişiyə ərə getdiyini, kişi də onu aldığını dili ilə iqrar etsin:
“Ailə qurduqlarını izhar etsinlər. Bu zaman tərəflər arasında mehriyyə də müəyyən edilir və əqddə qeyd edilir. Mehriyyə - nikah əqdinin bağlanması ilə kişinin malından, pulundan, mülkündən qadına verilən bir paydır. Bunun konkret miqdarı yoxdur və tərəflərin özləri öz imkanları daxilində bunu müəyyən edirlər. Həmin miqdar da əqd bağlandıqdan sonra artıq qadının olur. Kişi ilə qadın bir-biri ilə evlənməyə qərar verdikdə İslama görə, onların arasında kəbin kəsilməlidir. Yəni nikahın bağlanması vacibdir. Bu zaman tərəflərin bu nikaha razı olmaları başlıca şərtlərdəndir.
Əgər tərəflərdən biri, yaxud hər ikisi bu evliliyə razı deyilsə, onda onlar arasında bağlanan əqdin heç bir qüvvəsi olmur. Bu cür kəbin batil sayılır. Əslində kəbini kişi ilə qadın özləri kəsməlidir. Yəni tərəflər Allah qarşısında bir-biri ilə ailə qurduqlarını dilə gətirməklə əqd bağlamalıdırlar. Amma əgər bunu edə bilmirlərsə, onda onların kəbinlərini başqası da kəsə bilər. Bu zaman hər ikisi də kəbin kəsə bilən birini vəkil edir, o da kəbinlərini kəsir. Kəbində əqd ərəb dilində oxunur. Ərəb dilində oxutdurmaq mümkün olmadıqda, onlar kəbinin duasını öz dillərində də oxuya bilərlər. Bu şərtlə ki, İslam qaydasına görə, ərəbcədə müəyyən edilmiş məna tam ifadə edilsin”.
Bəs, hazırkı dövrdən hökumət nikahı ilə qanuni ər-arvad olan cütlüklərin dini kəbin kəsdirməsinə ehtiyac varmı? Rəsmi nikah kəbini əvəz edirmi?
Bu suallara cavab verən hacı Şahin Həsənli bildirir ki, bilərəkdən dini kəbinsiz olan ailədə doğulan körpə halalzadə hesab olunmur: “Dövlət nikahı hüquqi bir prosesdir. Yəni hüquqi münasibətləri tənzimləyir. Amma dini kəbin də kəsilməlidir. Bundan xəbəri olmadan qurulan ailələr qanuni ailə sayılır. Onu da deyim ki, dini kəbinsiz ailədə doğulan körpə zinadan olan körpələr sayılmır. Zina məqsədli və qeyri-qanuni cinsi münasibətdir”.
Görəsən, əksəriyyəti müsəlman olan Azərbaycan vətəndaşları necə, rəsmi nikahla yanaşı, dini kəbin də bağlayırlarmı? Şəhər sakinləri arasında apardığımız sorğudan bəlli oldu ki, bu məsələdə həssaslıq var və demək olar ki, hər kəs buna əməl edir.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR