Əksər alıcılar paytaxt bazarlarındakı meyvə-tərəvəzin qiymətinin çox olmasından şikayətlənirlər. Bəs, bahalaşmanın əsas səbəbləri nələrdir?
Qadin.Net bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.
Bahalığın əsas səbəblərdən biri rayonlarda meyvə-tərəvəz yetişdirən fermerlərin şəhər bazarlarına çıxış probleminin olmasıdır. Rayonlardan meyvə-tərəvəz gətirilərək, paytaxt bazarlarındakı alverçilərə satılır. Bu alverçilər də həmin meyvə-tərəvəzin üzərinə istədikləri məbləği əlavə edərək satışa çıxarırlar.
Eyyub Hüseynov - AİB-Sədri: "Alverçilər səhərə kimi bazarda olurlar. Gecə kəndli gətirəndə ondan topdan-satış qiymətinə alırlar. Lakin baha qiymətə realizə edirlər".
Leyla Məmmədova - AQRAR Tədarük və Təchizat ASC-nin direktoru: "Fermer və son alıcı arasında bəzən kifayət qədər çox vasitəçi olur. Bu vasitəçilərin sayəsində qiymətlər sahədən çox fərqlənir. 20 qəpiyə olan pomidor Bakıda bəzən 2 manata satılır".
- Bu məhsulları alverçidən, yoxsa məhsulun yiyəsindən alırsınız?
Satıcı: "Alverçidən alsaq, bizə sərf etmir, baha verir. Gətirəndən alanda həm bizim üçün, həm də alıcı üçün yaxşı olur".
Satıcı: "Kəndli özü sata bilməz. Vaxt sərf etməlidir, geri qayıtmalıdır. Ona görə biz ondan məhsul alırıq. Hamı üstünə müəyyən qədər məbləğ qoyur".
Satıcı: "Alverçidən alırıq. Mən yarım qəpik alıram, biri 2 qəpik qoyur. Beləcə, gəlib çıxır 15 qəpiyə".
Məhsul bolluğu yaratmaq və süni qiymət artımının qarşısını almaq məqsədilə artıq bir müddətdir ki, paytaxtda "Kənddən şəhərə" yarmarkaları təşkil edilir. Bu yarmarkalarda fermerlerin iştirakı ödənişsizdir. Məhsulunu paytaxta gətirmək üçün nəqliyyat problemi olan fermerlər də nəzərə alınır.
Leyla Məmmədova - AQRAR Tədarük və Təchizat ASC-nin direktoru: "Yarmarkada qeydiyyatdan keçmək istəyən fermer hər həftənin 4-cü gününə qədər bizdə iştirakı ilə bağlı və nə qədər məhsul çıxaracağını bildirdikdən sonra, biz cümə günü onun məhsullarını öz resurslarımız hesabına Bakı şəhərindəki yarmarkalara çatdıracağıq".
Hazırda paytaxtın 2 ünvanında fəaliyyət göstərən yarmarkaların sayının ilin sonuna qədər 5-ə çatdırılması planlaşdırılır.
XƏBƏR LENTİ
Məşhur müğənni əməliyyat olundu – FOTO
Nişan konfetləri
Hava haqqında
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Sousların hazırlanması
Avro-3 standartlarına cavab verən avtomobillərin siyahısı açıqlandı
Məşhur aktrisanın yeni imici sevənlərini qorxutdu-FOTO
Günün qoroskopu: kiçik problemlər günüdür!
HAVA necə olacaq?
Məktəblərdə dərslərin müddəti və şagirdlərin sayı azaldılsın – ekspert tövsiyəsi
Hava şarında rekord vurdular
"Kurtlar Vadisi"nin məşhur aktrisası Şuşaya gələcək
Qadın.Netlilərin son zəng xatirələri (2)
Cütlük terapiyası və problemlər
Burun yağlanmasının səbəbləri
Dodaq boyasının rəngi xarakterinizi göstərir
Dünyanın ən nüfuzlu şirkətləri seçildi
Rövnəq Abdullayev: "Çinin Milli Neft Korporasiyası OGPC layihəsinə payçı kimi qoşula bilər"
Qazanda quzu qabırğa (foto-resept)
6 yaşlı qız anasının tutulmasını istədi-SƏBƏB
Nyu-York moda həftəsi; gündəlik tərz
Makiyajla özünü məşhurlara bənzətdi
Kraliça üçün qızıl kareta hazırlandı
Yağış bir neçə əsrlik məzarları ortaya çıxardı - FOTO
General Rövşən Əkbərov: "Düşmən tərəfi 71 itki verib"
Biləsuvarda xəzinə tapıldı
10 ən bahalı əntiq avtomobil
Qızardılmış kartof ruleti(foto resept)
Tarkanın anası Xəstəxanaya yerləşdirildi-SƏBƏB
Varlı ərin C vitaminindən belə faydalı olmasının 11 sübutu
Nyu-York rəngləndi
Üzdəki tükləri aradan qaldıran maska
Evlərə görə vergi dəyişdi
İlham Əliyev xalqa müraciət etdi
Kaliforniyada meşə yanğınları səkkiz min hektar ərazini cənginə alıb - VİDEO
Saçlarımız tökülməsin
Paytaxtda böyük təhlükə kök salıb
Tibb tarixinin qorxunc alətləri
Təzə əncir şirniyyatı (foto-resept)
Minsk sammitində razılıq əldə olunub
Bahar Muradova: "İnsanları inandırmağa nail olmalıyıq."
Bakı ən isti yanvarını yaşayır?
İşdən qovulduqdan sonra görüləcək 5 məşğuliyyət
Yunanıstanı iqtisadi böhranın ardınca təbii fəlakət vurdu
"Oskar"da səhv: bütün dünya aldandı
Mayda 190 manat necə veriləcək? - Açıqlama
Pendirli toyuq qızartması (foto resept)
Dünya koronavirusun üçüncü dalğası ilə mübarizəyə başladı
Seda Sayan hər kəsi qorxutdu-FOTO
"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda