Məşhur müğənni Kənan Doğulu dünən yaradıcılığının 25 illiyi münasibəti ilə “Wolkswagen Arena”da konsert verib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 5 min nəfərlik konsertdə ulduzu izləməyə gələnlər arasında anası Serpil Doğulu da olub. Lakin 6 aydır hazırlaşdığı gecədə müğənninin xanımı Beren Saat iştirak etməyib. Halbuki, Beren Saat ərini tanış olduqları 2012-ci ildən bu yana heç bir konsertində tək qoymamışdı. Pop ulduzu konsertdən sonra mətbuat nümayəndələrinin suallarına cavab verməkdən imtina edib. Musiqiçinin komandası "Yorğun və şayiələrdən dolayı məyusdur. Açıqlama vermək istəmir" deyə bildirib.
Bundan sonra jurnalistlər oğlunu ən öndən izləyən Serpil Doğuluya sual ünvanlayıb. O, "Boşanacaqlarmı" sualına cavab verməyə əvvəlcə tərəddüd esə də, ard-arda gələn israrlı suallara belə münasibət bildirib:
"Mən bilmirəm, onlar özləri daha yaxşı bilir. Sizlər də bu məsələləri daha yaxşı bilirsiniz".
Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, Beren Saat boşanmaq istəyir, Kənan isə istəmir.
Xatırladaq ki, Beren Saat 26 fevralda 35 yaşı tamam olması münasibətilə İnstaqramda kədərli status yazmış, hətta vəfat edən sevgilisini xatırlamışdı:
"Bu gün bir yaş daha böyüdüm. İnsanların yaş artdıqca necə qəddar ola bilməsi və əslində hamısının dünyaya gələrkən qüsursuz bir körpə olması haqda gerçəkləri bilirəm. Bir tərəfdən kütləvi bir eşqin içində olduğum, digər tərəfdən ən yaxınımda nifrəti hiss etdiyim bi doğum günündə ağlamağı yox, gülməyi seçmişəm.
Ayaq basdığım ən qaranlıq doğum günüm olduğunu düşündüyüm anda Efe ilə bizim mahnımız "Hero"nun səsini eşitdim və ruhum yenidən işıqlandı. Məncə həyatımın ikinci yarısı daha gözəl olacaq. Həyatın mənim üçün yan-yana düzdüyü inci kimi travmalardan sonra bunu gözləyirəm.
Yaşamaq, dirənmək, qəbul etmək, parçalanmaq, bütünləşib yenidən doğulmaq, üzləşmək, tanış olmaq, yolun yarısında başdan başlamaq, gülmək, insanları incitməmək, dinləmək, razı olmaq, çökmək, amma ayaq üstdə inanaraq davam etməkdir. Elə bir sevməkdir ki, hər kəsi sevirmiş kimi... Yaxşı ki, varsınız. Yaxşı ki, doğulmuşuq".
Qeyd edək ki, Beren və Efe illər öncə həm uşaqlıq dostu, həm də sevgili olublar. Lakin Efe avtomobil qəzasında dünyasını dəyişib

XƏBƏR LENTİ
Selena Qomez də koronavirusla mübarizəyə qoşuldu
Hər gün badam yeməyin 4 faydası
Bu içki ilə arıqlayın
Laçınsız 23 il..
Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ
Bu xəstəlikdən çox adam əziyyət çəkir
Bu qidalar sızanaq yaradır
Azərbaycanda daha bir pivə təhlükəsi
Ən böyük brilliant rekord qiymətə satıldı
Novruz Yarmarkasının vaxtı məlum oldu
Yeni silahlarımız Serji qorxutdu
Bakının bu çimərlikləri təhlükəlidir!
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Pis söz danışan övladımızla nə edək?
Yanvar ayının seçilmişləri!
Hava haqqında - 22.02.2014
İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalandı
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
Hind kinosunda Bakını London kimi təqdim etdilər - FOTO/VİDEO
Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi -FOTO
İnək südü İİÇV-yə qarşı dərmanın mənbəyidir
Həcc mərasimində 1400 il sonra yeni qayda - FOTO/VİDEO
Zövqlü çantalar
Mikroelementlər
"Android" sahiblərinə xəbərdarlıq: Bu virus...
Apple App Store yeni rekord vurdu
Qarabağ qazilərinin statusu yüksəlir
ABŞ-da qarğa dəstəsi insanlara hücum etdi - VİDEO
Türkiyə gözəli plastik əməliyyatdan imtina etdi-SƏBƏB
Sılanın yeni EŞQİ hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bakıda yeni tikinti qadağası
Şokoladlı top (foto resept)
Prezidentin evi ələ keçirildi
Tuba Büyüküstün bu dəfə KLİP təqdim etdi-VİDEO
Balaca uşaqlar üçün papışın toxunması
"Google" "Valentin günü"nü unutmadı
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı
Sürətli arıqlama insanı nə hala salır?
Kim ki yüz il yaşamırsa: üzüm yoxdur, kişmiş ye!
İmtahanlar yaxınlaşır, məzunlar isə...
Monika Belluççi sevgilisi ilə barışdı - FOTO
İstirahət güşələrimiz - Tovuz
İrina Şeykin gözəllik sirləri
Kişilər qadınlardan niyə soyuyur?
Google-un gəlirləri azalır
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
İş həyatında gərginliyi necə aradan qaldırmaq olar?
Azərbaycan ulduzu: bax, aktrisa budur
Emily Ratajkowski'nin gözəl dərisinin sirri

- ŞƏRHLƏR