ABŞ Kosmik Agentliyinin (NASA) yeni “TESS” kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu ehtimal edilən astronomik obyektlərin ilk şəkillərini göndərib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, peyk ilk fotoşəkilləri avqustun 7-də dörd genişformatlı kamera vasitəsilə Yerdən start götürdükdən 4 ay sonra çəkib. Şəkillərdə həyat qabiliyyətli olması güman edilən ekzoplanetlərə malik planet sistemlərinin daxil olduğu ulduz və obyektlər təsvir edilib. Bundan başqa, “TESS” bir neçə astronomik obyektlərin görünüşünü çəkib.
Agentliyin Vaşinqtonda yerləşən mənzil-qərargahının astrofizika şöbəsinin əməkdaşları bildirib ki, kosmik aparatın əhatə dairəsinə eyni anda yeni planet sistemlərinin olduğu çoxlu ulduz və qalaktikalar daxildir. Elmi dəyərə malik ilk şəkillər peykin kamerasının imkanlarını nümayiş etdirir və missiyanın başqa planetlərin axtarışı üçün misilsiz potensialını göstərir. Alimlərin sözlərinə görə, “TESS” atmosfer tərkibi potensial həyat mövcudluğu ilə bağlı olacaq bir sıra planetlər aşkarlayacaq.
Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan “TESS” (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu bu ilin aprelində “SpaceX” şirkətinin “Falcon 9” raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.
“TESS” teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan “Kepler” teleskopunu qismən əvəz edəcək. “TESS” teleskopu “Kepler” kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. “Kepler” isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.
Məlumata görə, “TESS” 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldilib ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.
Mayda “TESS” ilk - sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Hollivud"un güclü pəhrizləri: piy əvəzinə can alır
Oktay Kaynarca erməni siyasətini pislədi-VİDEO
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi
2019-un trendi: Rəngli papaq və şərflər
Yağların faydaları
Yumurtanın təzə olub-olmadığını yoxlayın
"Güzəşt həmişə mümkündür"
Buraxılış imtahanlarının nəticələri açıqlandı
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Köhnə metro kartlarını nə edək?
Turşsu erməni işğalından əvvəl və sonra... - FOTO
Kinoteatr, muzey və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı
Şokoladlı fransız ruleti (foto resept)
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
Adriana Limadan ismarıc-FOTO
Şokoladlı pudinq (foto-resept)
Salatları necə bəzəyək?
Cins şalvarla geyinmək üçün pencək seçimi
Qadın komadan sonra uşaqlarının varlığını unutdu və ...
Soyuqdəyməyə tutulmamaq üçün içkilər
Qısa ətəkli gəlinliklər
Zehni inkişaf etdirən qidalar
Geomaqnit səviyyəsinin aşağı olması insanlara necə təsir göstərir? - AÇIQLAMA
Günəşdə PARTLAYIŞ
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Azərbaycan daha bir medal qazandı
İnsan bədəni haqqında maraqlı faktlar
Avropa Olimpiya Oyunlarına dəyişiklik ola bilər
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Kıvanç Tatlıtuğ yeni İMİCDƏ-FOTO
Hacamat
WhatsApp-dan daha bir yenilik
64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
Almalı çuğundur salatı (foto resept)
Məşhur futbolçunun qabırğası sındı
Gündəlik yay geyimləri
Az qaldı - işıqpuluna qənaət edəcəksiniz
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
Tarixin sirli təsadüfləri
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə MÜRACİƏT
Laçının işğalından 22 il ötür
Qan ehtiyatımız tükənir
Kartof suyunun faydaları
Yuxusuz körpələr
"Yeddi oğul istərəm"in Cəlalı: "Axı kimə maraqlıdır mənim səhhətim?!"
Yorğun oyanmağın səbəbləri
Putin qalib gələrsə...
Ermənilər çaylarımızı yenə bulandırır
Sabun, dodaqlara mənfi təsir edir.














