"Azərenerji" ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb.
Qadin.Net trend-ə istinadən bildirir ki, iyul ayının 12-də saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib.
"Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.
Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş verib və xəttin mühafizəsi tərəfindən dövrədən ayılıb.
Yüksək gərginlikli 220-500 kV-luq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izoliyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izoliyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır.
Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün "Azərenerji" ASC tərəfindən lazımi tədbirlər görülür.

XƏBƏR LENTİ
"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var
Bacılar 50 il sonra koronavirus sayəsində bir-birlərini tapdı - FOTO
Gül Ərdoğana xəbərdarlıq etdi
60 il sonra yenidən gəlinlik geyindi
Həkim rəyi olmadan eynək satılmayacaq - YENİ QANUN LAYİHƏSİ
Duza qoyulmuş armud(foto resept)
Petek Dinçöz ikinci dəfə ana olacaq
Azərbaycan Premyer Liqasının açılışında əsgər salamı
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
2020-nin moda həftələrini bəzəyən ayaqqabılar
Meqan Marklın atası qızı haqqında nə düşündüyünü dedi
İyulun 20-dən hava soyuyur
Sağlam olmaq istəyənlərin cənnət meyvəsi
“Facebook” “Snapchat”ın analoqunu yaradır
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Günün qoroskopu: olayların bir çoxunu əvvəlcədən təxminləmək mümkündür
"Canlı Barbi" idmançı oldu
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Mayda bağlanacaq yollar
Salvador Dali - zərgər kimi
Saakaşvili Ukraynanın baş naziri olacaq
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Qadınlarda sonsuzluğun göstəriciləri
İçli konfet(foto resept)
Bu şəxslər SMS icazə ala bilməyəcəklər
Başqa planetlərdə həyat axtarışı – Elm adamlarından kəşf
Rusiya Azərbaycanın sifarişini yerinə yetirdi
"Ermənistanla sərhədləri açmağa hazırıq"
Hollivudun məşhur cütlüyü ayrıldı
Gəlinlər üçün üzük sandıqçaları
Xoşbəxtliyə qaçmayın, addımlayaraq gedin...
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi
"Heydər Əliyev onun barəsində deyirdi ki..."
Şəhid əsgərimiz təltif edildi
Putin 14 generalını işdən qovdu
Uşaqlarımızın dostları
Gündəlik həyatı asanlaşdıracaq 7 məsləhət
LCD monitor və LCD TV necə təmizlənməlidir?
Vulkan oyandı, adanı tərk etdilər
Leonardo DiCaprio ayrılmadığını belə sübut etdi
Üz yuyarkən edilən səhvlər hansılardır?
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Keçən il
Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir
Uşaqlara iki dilin eyni anda öyrədilməsi
Zəncəfilli detoks
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Makiyajın tarixi
Anası ilk dəfə danışdı - küsülüdür
Rianna rəfiqəsinin toyunda-FOTO
