Qoç - praktik, praqmat olun. Yaxşı tanımadığınız, bələd olmadığınız insanlara maliyyə yardımı ilə bağlı vədlər verməyin. Pulla bağlı öhdəlikləri unutmayın. Yaşama ifrat nikbin baxmayın. Şirnikləndirici təkliflərə aldanmayın.
Sonradan təəssüflənməmək üçün fəaliyyətin optimal istiqamətini seçin.
Günün ikinci yarısı ailə üzvlərindən birinin problemini həll etmək üçün yaxşı zamandır. Qohumlarınıza qayğı ilə yanaşın. Yaradıcılıq sizi sevindirəcək. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Buğa - peşəkar fəaliyyətinizdə adi günlərdən fərqli olaraq çətinliklər az deyil. Günü daha sakit, rəvan şəraitdə keçirmək istəsəniz də, alınmayacaq. İstirahət və ya əyləncə fikirlərini unudun. Situasiya sizdən maksimum səylər və cəhdlər tələb edir.
Günün ikinci yarısında qəfil olaylar yaşanmayacaq. Cəhdlərinizi normal məqsədlərə sərf edin.
Ailə üzvləri arasındakı mübahisədə arbitr rolunu oynamayın. Sizdən ədalətli qərar istəyəcəklər. Dostlar arasında yaranan münaqişənin qarşısını alın.
Əkizlər - günün ilk yarısından etibarən məqsəd və hədəfləri konkretləşdirməsəniz, çətinliklərlə üzləşə bilərsiniz. Maddiyyat sizi ən çox maraqlandıran nəsnəyə dönməməlidir. Problemlərin həllinə yaradıcı yanaşın, orijinal metodlardan istifadə edin.
Günün ikinci yarısında planlarda yenilənmələr olacaq. Yaxın gələcəklə bağlı layihədə yeniliklər edin. Uzun-uzadı müzakirələrə heç bir lüzum yoxdur.
Şəxsi münasibətlərdə ağır dönəmdir. Yaxınlarınızın, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Ailə üzvlərinin tələbatını qulaqardına vurmayın.
Xərçəng - şərait nə qədər sakit və rəvan olarsa, görəcəyiniz işlərdə bir o qədər norml nəticələr əldə edəcəksiniz.
Tələskənlik, vurnuxma diqqətinizi yayındıra bilər.
Sonradan çox ağır fəsadlara malik kobud səhvlərə yol verməyin. Axşam saatlarına yaxın fiziki aktivliyi bir qədər aşağı salın. Kütləvi tədbirlərə qatılmayın.
Axşam saatlarında normal istirahət edin.
Şir - görəcəyiniz işlərdə uğur qazanmaq istəyirsinizsə, rasionallığı unutmayın. İkinci dərəcəli məsələlərə çox vaxt ayırmayın. Mənfəətinizi ani hisslərə qurban verməyin.
İmkanlardan yararlanmağı bacarın.
Günün ikinci yarısı zərərli vərdişlərdən birini unutmaq üçün yaxşı zamandır. Şəxsi münasibətlərinizdə problemlər yaradan insanla qarşılaşsanız, soyuqqanlı olun, emosiyalara qapılmayın. Praqmat olsanız, məqsədə doğru aparan yolda xeyli irəliləyə bilərsiniz.
Qız - problemlərin sayı artsa da, məqsədə doğru hərəkətinizdən sapmayın. İntuisiyanıza güvənsəniz, bir sıra problemlərin həllini tapa bilərsiniz. Başladığınız bütün işləri sona çatdıracağınızı düşünməyin. İşlər arasında ən mühümünü seçin, onu reallaşdırmağa başlayın.
Günün ikinci yarısında ötənlərdəki olaylarla bağlı təcrübəyə, yaxın ətrafınızdakı insanların mövqelərinə əsaslansanız, uduzacaqsınız.
Emosional durumunuz yaxınlarınızla münasibətlərə mənfi təsir etməməlidir. Aqressiv və sərt danışsanız, kobudluq etsəniz, önəmli əlaqələrdən biri korlana bilər.
Tərəzi - günün ilk yarısında mübahisə olacaq. Haqlı olduğunuzu sübuta yetirməklə yanaşı, təmaslarda harmoniyaya nail olun. Ətrafınızdakı insanların davranışlarını sərt tənqid etməyin. Fikir və istəklərin müxtəlifliyi aksiomu ilə barışın.
Günün ikinci yarısında sakit olun. Yaşamın müxtəlif yönlərini olduğu kimi qəbul edin. Mübahisələrə qatılmayın. Yaşamın bəzi olayları ilə bağlı emosiyalarınız tarıma çəkilməsin. Situasiya hisslərinizlə oynamamalıdır.
Şəxsi münasibətlərin rəvan qalmasını istəyirsinizsə, bir müddət kənar müşahidəçiyə çevrilin. Daxili sakitliyiniz yaxın ətrafınızdakı insanların da təmkinli davranmalarına rəvac verə bilər. Axşam saatları qohumlarla ünsiyyət üçün əlverişlidir.
Əqrəb - şəxsi maraqlarınızı unudaraq başqalarının problemlərinin həllinə aludə olmayın. Cəmiyyətdəki yerinizi düşünün, statusunuzu yüksəltməyə çalışın. Hadisələrin axarına təsir imkanlarına malik insanla danışıqlar apararaq mövqelərinizi möhkəmlədə bilərsiniz.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Yaxınlarınızın hissləri ilə oynamayın. Ətrafınızdakı insanları böyük oyununuzda piyada saymayın. Belə davransanız, özünüzə düşmən qazanacaqsınız.
Oxatan - özünüzə həddən artıq güvənməyin, təkəbbürlü və eqoist olmayın. Problemlərin öhdəsindən asanlıqla gələcəyinizi əsla düşünməyin. Problemləriniz barədə etibar etdiyiniz insanla danışa bilərsiniz. Münasibətlərdə təşəxxüslü olmasanız, yardım və dəstək ala bilərsiniz.
Günün ikinci yarısında etibarlı köməkçi tapacaqsınız.
Ailədəki nüufuzunuzun qeydinə qalın. Dartışmalı vəziyyəti çözməyə çalışanda diqqətli olun ki, münaqişə yaranmasın. Birgə tədbir keçirmək olar. Təşkilatçılıqdan yayınmayın.
Oğlaq - hansısa addımı atmazdan əvvəl şübhələnirsinizsə, qərarınızdan tam əmin deyilsinizsə, yaranmış situasiyaya uyğun addım adın. Belə şəraitlə bağlı təcrübəyə malik insanların məsləhətlərindən yararlanın. Çox ağır işə başlamayın. Proses yarımçıq qala bilər.
Çoxdan bəri görmədiyiniz, darıxdığınız insanla bağlı xoş məlumat alacaqsınız. Maddi məsələlər təmaslarda gərginlik yaratmasın. Güzəştlərə meylli davranış bir çox problemlərin yaranmasının qarşısını ala bilər.
Axşam saatlarında gəzintiyə yollanın.
Dolça - yaranan problemlər yaşam proseslərinə olan münasibətinizi dəyişdirməsin. İndiyədək çox mühüm, hədsiz dərəcədə önəmli saydığınız məsələlər indi ikinci dərəcəli detallar təsiri bağışlaya bilər. Hadisələrin axarına təsir etmək, bəzi olaylarda köklü dəyişikliklər etmək istəyəcəksinz.
İş yeri, fəaliyyət sahəsi və hətta yaşam arealının dəyişdirilməsi ilə bağlı fikirlər yarana bilər. Amma bunlar, sadəcə, arzu, xəyaldır.
Günün ikinci yarısında ətrafınızdakı insanları müşahidə edin. Dostlar və yaxınlarla ünsiyyətdə kiçik təfərrüatları nəzərdən qayırmayın.
Sevdiyiniz insanla təmaslarda ifrat emosional olmayın.
Balıqlar - günün ilk yarısından etibarən təmkinli və səbrli davranış sizi çoxdan bəri narahat edən problemin həllinə imkan verəcək. Fəaliyyətinizdə harmoniyaya nail olun. Təxəyyülü işə salın. Əks təqdirdə yaradıcılıq imkanlarınız məhdullaşa bilər.
Günün ikinci yarısında evdə sadə, rahat ortamın yaranmasına təkan verin. Ən adi məqamlar sizi sevindirəcək. Ailə üzvlərinin qayğısına qalın, onların dediklərinə diqqətlə qulaq asın. Axşam saatlarına aktiv fiziki hərəkətləri və ya idmanı planlaşdırmayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır