Doğmalarımızın ölümündən sonra yeganə təsəllimiz onlardan xatirə qalan fotoşəkillər olur. Bu şəkillər az da olsa qəlbimizi ovudur, bir anlıq həmin anları geri qaytarır.
Lakin ezoterika elmi ölülərin fotoşəkillərinə qarşı daha ehtiyatlı və həssas davranmağı tövsiyə edir. Bu elmə görə qaydalara əməl olunmazsa, ölülərin enerjisi bizə mənfi təsir edə bilər.
Çünki dünyadan köçənlərin fotoşəkilləri istənilən halda ölülərin dünyasına aiddir. İnsan dünyasını dəyişsə də, şəkilləri vasitəsilə bu dünya ilə əlaqəsi qalır. Odur ki, bu şəkilləri saxlamağın xüsusi qaydaları var.
Milli.Az həmin qaydalardan bəhs edən yazını təqdim edir.
Heç bir halda ölülərin fotoşəkillərini evin divarlarından asmayın. Həmin fotolara uzun müddət baxmaq da doğru deyil. Çünki bu zaman bütün enerjiniz zəifləyir. Bu isə insana emosional və fiziki zərər yetirir.
Ən dəhşətli enerjiyə malik fotolar isə dəfn mərasimi zamanı çəkilənlərdir. Bəzi yerlərdə belə qəribə adət mövcuddur. Məhz bu tip şəkilllər insana hər dəfə baş vermiş faciəni xatırladır. Odur ki, evinizdə belə fotolar varsa, mütləq cırıb atın.
Ölülərin fotoşəkillərini seçib qara qutunun içərisində ayrıca saxlayın. Əgər şəkildə dünyasını dəyişənlərlə birgə sağ insanlar varsa, qayçı ilə kəsib ayırmaq lazımdır. Bu yolla neqativ enerjidən qurtulmuş olursunuz.
Ölülərin fotoşəkillərinə bir neçə saniyəni keçməmək şərtilə nadir hallarda baxmaq tövsiyə olunur.
Həmçinin qeyd olunur ki, bu tip fotolara yalnız dünyadan köçmüş doğmalarımızın anım günlərində baxa bilərik.
Psixoloqlar isə bu mövzuda fərqli düşünürlər. Onların fikirinə görə, ölülərin şəkillərini divardan asmağa ona görə qorxuruq ki, bu fotolar bizə öz ölümümüzü xatırladır. Ən əsası isə dünyasını dəyişən şəxsin sizə qarşı etdiyi səhvləri qəlbinizdə bağışlayın ki, onun şəkilləri sizdə mənfi yox, xoş xatirələr oyatsın.
Unutmayaq ki, hər bir fotoşəkilin xüsusi enerji qüvvəsi mövcuddur. Onu zərərimizə yönəltməkdən çəkinməliyik.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yataq örtüyü modelləri
Bakıya QAR yağacaq?
Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi - SƏRƏNCAM
Leyla Əliyeva Venesiyada
Qonşular narazı, o isə dünya rekordu vurur
Mobil telefonla danışanlar cərimələnə bilərlər
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Bal tortu (foto-resept)
Evdə masaj
Polşanın çiçəkli bölgəsi: Zalipie
Gözəl yataq dəstləri
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Komada olan boksçu ayıldı
Adamı meymun bilib güllələdi
Elmə məlum olmayan canlılar aşkarlandı
Qarabağda müharibə qızışa bilər
Azərbaycan dili - II dərs
Futbol komandasının 11 nəfərdən ibarət olmasının səbəbi
Məktəbli ləvazimatları: yarmarka daha ucuzdur?
Xurmalı ürəklər(foto-resept)
Çiyələkli tort (foto resept)
Dünyanın ən yüngül smartfonu
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Rasputinin qorxunc 9 ÖNCƏGÖRMƏSİ
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Günün ulduz falı - 28.12.2013
Bəhram Bağırzadənin hazırkı vəziyyəti ilə bağlı AÇIQLAMA
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Sobada pomidor dolması (foto resept)
Pide (foto resept)
Azərbaycanda bazarlar ləğv olunur
Əbülfəs Qarayev mədəniyyət naziri oldu
Ətirli şamlar xərçəng yaradır
Dövlət Komitəsinin yas qərarı nə oldu?
Dünya böyük müharibənin astanasında
Tramp özü haqqında kitab yazacaq
Sati Erik
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Qarabağla bağlı yeni təklif
Bu ölkədə qadınların çılpaq gəzməsinə icazə verdilər
Pensiya alanların sayı açıqlandı
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar
Gökhan Özen və Demet Akalın qalmaqalı böyüdü-VİDEO
İri ölçülü asteroid Yerə yaxınlaşır
Braziliyalı yeniyetmə SMS yazmaqla rekord vurub
Mügənni qızıl tabutda basdırılacaq-FOTO
Mehriban Əliyeva: “Heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz”
Kinomuzun “Ulduz”u vəfat etdi














