Bakının Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahilboyu yerlərində dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubları və sairə yaradılması üçün əlverişli şərait vardır.
"Marja" rayon icra hakimiyyətinə istinadən bildirir ki, yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.
Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.
Baş Plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb. Sakinlərin, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün tezliklə dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq. Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
Pirallahı bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb. Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəmilərlə gəzinti təmin olunacaq.
Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə Abşeron Milli Parkı yerləşir. Parkda 50-dən çox quş və heyvan, 25-dək bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitinə rast gəlinir və o, əsasən, may-avqustda Milli Parkın ərazisindəki suiti burnunda müşahidə olunur. Xəzər suiti pərayaqlıların yeganə növüdür ki, dünya okeanının ən kiçik suiti kimi "Ginnes"in rekordlar kitabına daxil edilib. Burada fısıldayan qulələk, yovşan kimi nadir təbiət incilərini müşahidə etmək mümkündür. Abşeron Milli Parkı Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, yarımadada ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. Milli Park Azərbaycanın su ilə birləşən ən ucqar quru ərazisidir, eləcə də öz flora və faunası ilə tamamilə vəhşi təbiətin təcəssümüdür.
Rayonda turizmin rekreativ (istirahət, müalicə və bərpa), tibbi, dəniz və balıq ovu, idman, kruiz, ekoturizm və digər növlərinin inkişafı üçün geniş imkanlar vardır. Pirallahıda turizmin inkişaf perspektivlərini nəzərə alaraq rayon ərazisində ikisi Pirallahı, biri Gürgən qəsəbəsində olmaqla 3 çimərlik təşkil edilib, ətraf sahələrdəki 6 hektar ərazi təmizlənib, istirahət üçün gözəl şərait yaradılıb. Ərazidə günlüklər quraşdırılaraq istirahət edənlərin istifadəsinə verilib. Çimərliklərdə insanların təhlükəsizliyi və sağlamlığı da nəzərə alınıb.
Pirallahı qəsəbəsində artıq müasir standartlara cavab verən turizm obyekti istifadəyə verilib. "F-Marine" adlı istirahət kompleksində 8 kiçik və 4 böyük kottec, mini-stadion, hovuz, restoran fəaliyyət göstərir. Gələcəkdə belə mərkəzlərin sayı artırılacaq.
Rayonda su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, velosiped yollarının tikintisi nəzərdə tutulur.
Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur. Çilov adasına çəkiləcək estakadaların, dəniz kruizlərinin, Bakı bulvarı ilə Neft Daşlarını birləşdirəcək səyahət marşrutunun turizmin inkişafında mühüm əhəmiyyəti olacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Müəllimlərin onlayn yerdəyişməsi başlayır
Türkiyədən Dağlıq Qarabağ BƏYANATI
Bu yolla qırışlarınızdan xilas olacaqsınız!
İnstaqramda ən çox izlənilən məşhurlar - Siyahı
Ermənistan ordusu cəbhə xəttində yenə təxribat törədir
Everestin 80 yaşlı fatehi
Köçəryan Qarabağda
Can Yaman serialın çəkiliş görüntülərini paylaşdı-VİDEO
Hollivud ulduzlarının pəhrizləri - 1
Şəkərin yaratdığı xəstəliklər
İnternet televiziyalar kabellə yayımlanacaq? - RƏSMİ AÇIQLAMA
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
İdmançılarımız qayıtdılar
Unun içinə pulları kim qoydu?-FOTO
Sobada pomidor dolması (foto resept)
Evləri bananla isidəcəklər
Sabahın HAVAsı
Gözdən əlillər üçün “ağıllı əlcəklər” hazırlanacaq
Qısa boğazlı çəkmələr
Tarixi şəhər - Mardin
Plan
Ya ümidsizsiniz, ya ümid sizsiniz...
Ana və qız arasında konflikt: necə davranmalı
Emberin məhkəmə rəyi üzə çıxıb
“Qalatasaray”ın ikinci prezidenti və arvadı koronavirusa yoluxdu
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Hacıbala Abutalıbov: "Evləri yanmış sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək"
Saqqız çeynəməyin 5 faydası
Dəridəki məsamələri sıxlaşdıran çiyələk maskası
Müstafa Sandalın keçmiş xanımı təəccübləndirdi-FOTO
Tuneldəki dərinlik
Gözəllik müsabiqəsinin iştirakçısı həyat hekayəsi ilə təəccübləndirdi
Yeni hicab modelləri
Tağı Əhmədov: В«Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcəkВ»
Emin Ağalarov SUMQAYITDA -FOTO
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Suyun sirləri
Ginnesin Rekordlar Kitabına düşən nömrə Bakıda satıldı
Şuşada himnimiz səsləndi - VİDEO
“WhatsApp”da YENİLİK!
Günün qoroskopu: mənfi emosiyalarınızı üzə çıxarmayın
Mədə-bağırsaq xəstəliyi və qurdları
“WhatsApp”dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq
41 yaşlı Lara keçirdiyi estetik əməliyyatlarla tanınmaz hala gəldi - FOTO
Həm ziyarət, həm ticarət
Çin yeni peyk buraxdı
"Qoyun dağı" adası
Uşaqlara baxan ana ilə atanın fərqi
Amerikalı həmsədrdən erməniləri məyus edən Qarabağ açıqlaması
Jennifer Lopezin illərə görə dəyişən tərzi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]