Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 696-VQD nömrəli Qanununun tətbiqi və "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında qanun imzalayıb.
Qadin.Net Azərtac-a istinadən xəbər verir ki, qanunda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 696-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
4. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, в„– 6, maddə 498; 2007, в„– 11, maddə 1114; 2009, в„– 12, maddə 977; 2011, в„– 2, maddə 84; 2014, в„– 3, maddə 242) 2-ci hissəsinin üçüncü abzasında "11-ci maddəsinin birinci hissəsində" sözləri "11-ci maddəsinin birinci və dördüncü hissələrində" sözləri ilə əvəz edilsin.
XXX
Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.
Qanunda deyilir:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununu "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, в„– 6, maddə 497; 1999, в„– 5, maddə 285; 2001, в„– 3, maddələr 141, 142, 143, 144, в„– 11, maddələr 672, 687, 693; 2002, в„– 5, maddələr 240, 244, в„– 6, maddə 328; 2003, в„– 6, maddə 256; 2004, в„– 4, maddə 199, в„– 6, maddə 396, в„– 7, maddə 507; 2006, в„– 2, maddə 66, в„– 12, maddə 1028; 2007, в„– 6, maddə 560, в„– 11, maddə 1052, в„– 12, maddə 1197; 2008, в„– 7, maddə 602; 2009, в„– 2, maddə 46, в„– 12, maddə 949; 2010, в„– 11, maddə 962; 2011, в„– 2, maddələr 70, 71, в„– 7, maddə 616; 2012, в„– 6, maddə 510; 2013, в„– 11, maddələr 1285, 1305, 1316; 2015, в„– 2, maddə 104, в„– 4, maddə 345, в„– 6, maddə 681; 2016, в„– 2, maddə 189, в„– 4, maddə 658) aşağıdakı dəyişikliklər edilsin:
1. 11-ci maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:
"Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.
Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər "Reklam haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur.".
2. 37-ci maddənin dördüncü hissəsi ləğv edilsin.
3. 50-ci maddənin beşinci hissəsində "Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi" sözləri "Kütləvi" sözü ilə, "reklam yayımına" sözləri "reklamına" sözü ilə əvəz edilsin.
Milli.Az

XƏBƏR LENTİ
Praktik 4 üz maska
Azərbaycanda 300-400 məktəbli filmə çəkilir
Günün qoroskopu: subaysınızsa...
Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi yenilənib - VİDEO
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
Bakıda kirayə evlər bahalaşa bilər
Yaşıl soğanı təzə saxlamağın YOLLARI
Ətəklər
2 yaşlı oğlanı meymunlar böyüdür - FOTO
Peşə məktəblərin sənəd qəbulu başlayır
Cennifer Lopezə 50 yaş Surprizi-FOTO
Balıq bazarının mövcud durumu
Tərəvəzli qış şorbası (foto resept)
Ölümün bir addımlığında: Beyin travması
Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir
Mobil bazar 60 milyard dollara çatacaq
Kristina Aqilera makiyajsız fotosessiya edib
Saata görə pəhriz
Çinin "Evlilik marketi" -FOTO
Xərçəng xəbərdarlığı verən 12 işarə
Mel Gibson evlənir
"İşə başlamağımıza soyuq hava mane olur"
Hamiləlik proqramı
Ağciyərə faydalı olan bitkilər
Klassik mətbəx dekorasiyası
10 saniyə ərzində qamətinizi düzəltməyin yolları
Günəbaxan tumu – kökəldir ya arıqladır?
Gözəlliyinin sirri sevgidədir
"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək
“Barselona”nın baş məşqçisi qovuldu – RƏSMİ
Daha çox su içməyin 5 asan yolu
AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə MÜRACİƏT
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb
Qan qrupunuza görə bunları bilməlisiniz!
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Manatın taleyi ilə bağlı yeni xəbər
Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
Tərəvəzli aş qarası (foto resept)
Mehriban Əliyeva konsert izlədi - FOTO
Mustafa Sandaldan gözlənilməz cavab-FOTO
Bu müalicə beyni dağıdır
Azərbaycanda GMO ilə bağlı yenilik
COVİD-19-dan ölüm ehtimalını ikiqat artıran amil
Zərər nə vaxt ödənilir? Sürücülər narazı, sığorta isə icbari..
Bürclərin asılılıqları
2020 Yaz Kolleksiyası
Qafqazda yeni müharibə təhlükəsi
