Hər bir Zodiak işarəsinin öz fərqli xüsusiyyətləri, stereotipləri və nüansları var.
Milli.Az oxucuları bürclər ətrafında dolaşan stereotiplər və əsl həqiqətlərlə tanış edir.
Qoç
Yalan: Qoçlar qəzəblənməyi sevir və günün 24 saatını münaqişədə olur. Bu bürcün nümayəndələri bəzən elə təsəvvür yaradır ki, guya onlar mübahisələrdən böyük zövq alır. Münasibətlərin aydınlaşdırılmasında əsas rolu Qoçlar oynayır.
Doğru: Əgər siz Qoçlara hörmət etsəniz, onda onlar sizin güzgünüz olacaq. Qoç bürcləri bu prinsipə əməl edir: sən necə, mən də elə.
Buğa
Yalan: Onlar çox tənbəldirlər. Buğalar üçün ən yaxşı istirahət üsulu budur: uzanmaq və televizora baxmaq. Bir çoxları hesab edir ki, onlar ən ambisiyasız zodiak işarəsidir.
Doğru: Buğalar tənbəl deyil, sadəcə olaraq onlar hər boş şeyə görə narahat olmağı sevmirlər. Onlar harda təşvişə düşməli olduqlarını, harada sakit davranmalı olduqlarını yaxşı bilir. Yeri gəlmişkən, onlardan çox şey öyrənmək mümkündür.
Əkizlər
Yalan: Əkizlər məkrli və kinlidir. Dəyişkən xarakterli olduqları üçün ikiüzlü adlanmağa layiqdir. Bəziləri deyirlər ki, bu zodiak işarəsinə inanmaq və etibar etmək olmaz.
Doğru: Əkizlər riyakar və yalançı deyil. Məsələ burasındadır ki, onlar cüzi dəyişikliklərə asanlıqla uyğunlaşır və asanlıqla öz fikirlərini dəyişirlər. Onlar gözəl anlayır ki, dünya ağ-qara rənglərdən ibarət deyil və birmənalı hallar olmur.
Xəçəng
Yalan: Xərçəng bürcləri zəif və köməksizdir. Çoxları onların həssaslığını və emosionallığını zəiflik əlaməti kimi qəbul edir.
Doğru: Əslində Xərçənglər müxtəlif hallara çox asanlıqla uyğunlaşırlar. Əgər onlar başqa zodiak işarələri ilə birlikdə kimsəsiz adaya düşsələr, əminliklə demək olar ki, Xərçənglər ordan sağ-salamat çıxacaq. Xərçənglərin bu bacarığı başqa insanları çox ruhlandırır və motivasiya edir.
Şir
Yalan: Şirlər bütün gün yalnız özü barədə düşünür. Şirlər əmindir ki, dünya yalnız onların ətrafında fırlanır. Bütün insanlar onlara heyrandır.
Doğru: Əslində Şirlər özlərinə inanmır və özgüvənini artırmaq üçün ətrafdakı insanların onlara heyranlıq duymasını gözləyir. Belə həyat tərzi Şirləri çox üzür, amma onlar başqa cür yaşaya bilmir.
Qız
Yalan: Qızlar üçün tənhalıq böyük əhəmiyyət daşıyır. Bu bürcün nümayəndələri hər kəsin onları rahat buraxmasını istəyir. Axşam tədbirləri və digər mərasimlər Qızlar üçün əsl işgəncədir.
Doğru: Əslində Qız bürcləri insanları çox sevir. Sadəcə tanımadıqları insanlara öyrəşmək və qəlbən inanmaq üçün onlara daha çox vaxt tələb olunur. Lakin özünə yaxın adamı tapanda Qızlar inanır ki, bu münasibətlər əbədi davam edəcək.
Tərəzi
Yalan: Bir çoxları hesab edir ki, Tərəzilərə inanmaq olmaz. Guya, onlar yalan danışır və utanmırlar. Hətta ən tərbiyəli Tərəzilər də yalan danışırlar, bunu isə qarşı tərəfi incitmək istəməməsi ilə izah edirlər.
Doğru: Tərəzilər yalan danışmağa meyillidir, ancaq müstəsna hallarda. Əgər həqiqətin mübahisələrə səbəb olacağını hiss etsələr, yalana üz tutmağa məcbur olurlar. Məsələn, əgər qadın kökəlibsə və ərinə "Kökəlmişəm?" sualı ilə müraciət edirsə, onda kişilər heç vaxt həqiqəti deməyəcək.
Əqrəb
Yalan: Əqrəblər hamıya nifrət edir. Onlar insanlardan həmişə uzaq durmağa çalışırlar. Buna görə də elə təəssürat yaranır ki, onlar özlərini ətrafdakılarından yüksək tutur.
Doğru: Əqrəblər həqiqətən insanlardan uzaq durmağa çalışır, amma bunun səbəbi sırf şəxsi qorxu hissi ilə bağlıdır. Əqrəblər xəyanətdən alovdan qorxduqları kimi qorxur. Onların bir çoxu cavanlıqda məyusluğa düçar olub, ona görə də yaşa dolduqca özlərini ağrıdan qorumağa çalışırlar. Ancaq bir müddətdən sonra onlar yumşalır və adamlarla yaxınlaşırlar.
Oxatan
Yalan: Oxatanlara baxanda çoxlarında elə təəssürat yaranır ki, onlar həftədə 7 gün, sutkada 24 saat qalmaqal yaratmağa hazırdır. Onlar sanki heç vaxt yorulmur, enerjiləri tükənmir və hər zaman gümrahdır. Mənfi emosiyalar Oxatan bürcləri üçün yaddır.
Doğru: Əslində, Oxatanlar hisslərini gizlətməyi ustalıqla bacarırlar. Hətta onların ovqatı pis olsa belə bunu heç kim sezməyəcək. Qeyd etmək lazımdır ki, bu, onların emosional sağlamlığına çox ziyandır. Neqativi zaman-zaman xaricə çıxartmaq faydalıdır.
Oğlaq
Yalan: Şənlənməyi bilməyən darıxdırıcı yoldaşdır. Oğlaqlar nadir hallarda məclislərdə iştirak edir, çünki onlar dəvətdən ya imtina edirlər, ya da özləri haqqında düşünürlər.
Doğru: Oğlaqlar hesab edir ki, əyləncəyə qaçmır, işi vaxtında yerinə yetirmək isə daha vacibdir. Ona görə də təəccüblü deyil ki, Oğlaqlar şənlənmək təkliflərindən imtina edir. Yəqin ki, iş onların həyatında birinci planda gəlir.
Dolça
Yalan: Dərin hisslər və emosiyaları hiss etmək iqtidarında deyillər. Bir çoxları hesab edir ki, Dolçalar bayağıdır. Onlar ürək yandıra və həmdərd ola bilmirlər.
Doğru: Əslində başqalarının problemləri Dolçaları qayğılandırır. Bu, hətta onları bəzən həddən ziyadə məşğul edir. Əgər öz emosiyalarını ifadə edə bilmirlərsə, bu, o demək deyil ki, onlar sizə həmdərd olmur. Yəqin ki, onlar sizə kömək etməyin üsulları barədə düşünürlər.
Balıqlar
Yalan: Bu dünyadan deyil. Bəzilərinə elə gəlir ki, onlar bir növ yadplanetlilərdir. Onlar qeyri-adi, çox qəribə, dəlisovdular.
Doğru: Onlar dəli deyil. Sadəcə Balıqlar göylərdə uçmağı sevirlər. Xəyallar bir növ Balıqların rahatlıq tapdığı sığınacağıdır. (publika.az)
Milli.Az

XƏBƏR LENTİ
Tatlısəs evlənir-FOTO
Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi - RƏSMİ
Hamiləlikdə bel ağrısı
Günün qoroskopu:Hisslərinizə uymayın!
Yumurtadan göbələk (foto resept)
"Apple" yeni sensor yaradır
Tanış olun: yeni Jaguar
Bank açıqladı, dollar bahalaşdı
Hadise karantindən yazdı
Gün ərzində 20 dəqiqə
Serenay Sarıkaya və Cem Yılmaz ayrılıq xəbərlərini belə cavabladılar
Nazənin bu kanalda aparıcılıq edəcək
Sabahdan hava dəyişir
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
Bədən uyuşmazlığı nədir?
Mövsümi məhsullar ucuzlaşdı
Tutuquşu sahibəsini oğrudan xilas etdi
İşias - kimdən yan keçib?
Yaz-yay tətili üçün gəzməli yerlər
Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO
Böyrək kistası
AQTA-dan çörək AÇIQLAMASI
İşdə mürgü vurub, pul almaq istəyənlər üçün... - "Laylay, bala, laylay"
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Qırışlara qarşı maskalar
İsrail 74 məscidi viran qoydu
HAVA necə olacaq? -1 APREL
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Addım sayan qarışqalar
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Uşaqların sosial-psixoloji inkişafı-23
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Hərbidən möhlət gözləyənlərə şad xəbər!
İnternetin insan münasibətlərinə mənfi təsirləri
Adobe Photoshop (dərs 19)
Pendirli kartof salatı (foto-resept)
Yağış yağacaq
Milli Şura rəqəmlərlə manipulyasiya edir?
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Meteorit istəyən var?
Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı
Xına ustası peçenye bişirərsə
Əmək kitabçaları tarixə qovuşur
Hörgülü boyunluqlar
Ramazan ayının 11-ci gününün duası
Qaməti necə düzəltməli?
Nadir BMW M5
Qadın.Netlilərin ilk makiyajı - 1
