10 ildən artıqdır ki, "Facebook" həyatımızın ayrılmaz parçasına çevrilib. Az qala hər gün yenilənən, inkişaf edən bu sosial şəbəkə ilə bağlı biliklərimizin artırılması da vacib şərtə çevrilir. Ən azı bunu öz rahatlığımız üçün etməliyik.
Milli.Az lent.az-a istinadən təhlükəsizlik naminə özünüzlə bağlı silinməsi lazım olan 10 məlumatı diqqətinizə çatdırır.
1. Telefon nömrəsi
Bir çox yöndən vacibdir. Sizin haqqınızda asanlıqla məlumat toplanmasına şərait yaradar. Hələ zəng vurub narahat edən, mesaj yazan avaralardan danışmırıq.
2. Doğum günü
İlk baxışdan dostlarla ad günü ləzzəti çıxarmağa mane olar deyə bu məsləhəti gözardı edə bilərsiniz. Amma unutmayın, sizin ən gizli hesablarınıza gedən yollardan biri də doğum tarixinizdir.
3. Dostlarınızın bir qismi
Oksford Universitetinin psixoloqu, professor Robert Dunbara görə, bir insanın normal ünsiyyət qura biləcəyi maksimum insan sayı 150-dir. Təbii ki, dostlarınızı 150-yə endirin demirik, amma hər halda siyahını vaxtaşırı gözdən keçirməyiniz pis olmaz.
4. Uşaq fotoları
Öz uşaqlıq fotolarınızı yaymaqda tamamilə azadsınız, ancaq dost və qohumlarınızın uşaqlarının fotolarını yaymamaq şiddətlə tövsiyə olunur. Həmin şəxslər gələcəkdə uşaqlıq fotolarının internetdə görünməsini istəməyə bilər və belə olan təqdirdə siz onların hüquqlarını pozmuş olursunuz.
5. Məkan qeydi
Xüsusən evdə olduğunuz zaman sosial şəbəkəyə yansıyan məkan məlumatlarınızı təmizləyin. Yəqin ki, ev ünvanınızın çoxsaylı insanlar tərəfindən bilinməsi sizin üçün xoş deyil. Bunun ilk başdan ağıla gəlməyən böyük problemləri çıxa bilər.
6. Uşaqların məktəb və bağça ünvanları
Xüsusən qarışıq şəhərlərdə yaşayırsınızsa. Nə lazım?
7. Evlilik vəziyyəti
Əlbəttə qeyd etmisinizsə silməyin. Yox yerdən narahatlığa ehtiyac yoxdur. Amma qeyd etməmisinizsə, heç vaxt etməyin. Çünki ayrıldığınız vaxt onu silmək sizə əzab verəcək.
8. Kredit kartları bilgiləri
Bu məlumatları heç yerdə vermək olmaz. O cümlədən də "Facebook"da.
9. Tətillə bağlı hər şey
Unutmayın, evinizin boş olduğunu oğruların diqqətinə çatdırırsınız.
10. Rəhbəriniz
Xəstəyəm deyib işə gəlməyən gün "Facebook"da çıxardığınız oyunlar bir yana, emosional vaxtı yazdığınız bəzi status və şərhlər karyeranızda problem yarada bilər.
Təbii, belə xasiyyətiniz yoxdursa, rəhbərlə dostluq sizə yalnız zövq verə bilər.
Milli.Az
XƏBƏR LENTİ
Rus maşını ucuzlaşır
Müslüm Gürses 21 milyona film çəkdi-FOTO
Bakıda nəhəng yolka qurulur
Günün qoroskopu: Yaxınlarınıza dəyər verin
Bəkməzin faydaları
Günəş vannaları dəri xəstəlikləri yarada bilər
Ən yaxşı ağrı kəsici tapıldı
Dağlarının başı qardır
Gəlinlik modelləri
Beşinci fəsil
Facebook istifadəçilərinin sayı 1,37 milyarda çatıb
Dietoloqlara ən çox verilən 3 sual
Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?
"Heç kimdən hədiyyə gözləmirəm"
Yayın istisində "buz taksi"-FOTO
IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı
Tramp “ABŞ-ı yenidən möhtəşəm etməyə” qayıdacaq
AFFA “Qarabağ”ı cərimələdi
Rus dili - Р–Р¶
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
Qeyri-adi ayaqqabılar
Azərbaycanın bir addımlığında olan dəhşətli virusla bağlı nazirlikdən AÇIQLAMA
Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verdi
Maydanda ötən gecə
Fransız şirniyyatı
Şaftalının faydalarını öyrənək.
Koronavirusa qalib gəlməyin yeganə yolu açıqlanıb
Hava haqqında - 31.08.2013
Dolu ziyansız ötüşmədi
Qeyri-adi saç düzümləri
Kartof və yaşıl noxudlu püre (foto resept)
Osmanlı şərbətinin hazırlanması
Günün qoroskopu:Hisslərinizi götür-qoy edin!
Azərbaycanda gəlinlərin həyatı niyə əzaba dönür?
Zeynəb Xanlarova illər sonra ilk dəfə-FOTO
Dünyada hay-küy yaratmış əkiz bacıların son - Fotosu
Hikmətli sözlər
İstirahət gününün HAVAsı
Riyazi məntiqi fiqurlar
Ölkəsindəki vəziyyəti disney qəhrəmanları ilə göstərdi
Bu körpənin beyni burnundadır
Böyük hərbi təlim başladı
Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi
Gözlər üçün idman hərəkətləri
Şahzadə toyuna xalqı da ÇAДћIRDI
İrəvanın işğalı gözlənilir
Facebook insan həyatını qurtardı
Cardi Bi Bakıya gəlir
Acun İlıcalının ödədiyi cəza məbləği TƏƏCCÜBLƏNDİRDİ
Gəlinliklər














