Azərbaycan və YUNESKO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iclasda fəxri qonaq statusunda YUNESKO-nun Baş direktoru İrina Bokova iştirak edib.
Xarici işlər naziri, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının sədri Elmar Məmmədyarov iclası giriş sözü ilə açaraq 25 il ərzində Azərbaycanın YUNESKO ilə faydalı və məhsuldar əlaqələr qurduğunu qeyd edib. Nazir Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan - YUNESKO əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bu xüsusda o, Azərbaycanın iki maddi mədəniyyət abidəsinin YUNESKO-nun Ümumdünya irs siyahısına, səkkiz nominasiyasının YUNESKO-nun qeyri-maddi irs siyahısına və bir nominasiyasının isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahına daxil edildiyi barəsində məlumat verib.
E.Məmmədyarov Azərbaycanın YUNESKO-nun dörd komitəsinin fəal üzvü olduğunu, ölkəmizdə YUNESKO-nun müxtəlif proqramları üzrə beş milli komitənin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın YUNESKO-nun donorlarından biri olduğunu qeyd edərək 2013-cü ildə Azərbaycan və YUNESKO arasında imzalanmış Çərçivə Sazişinə uyğun olaraq ölkəmizin YUNESKO-nun Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirdiyini diqqətə çatdırıb.
Nazir YUNESKO-nun xətti ilə ölkəmizdə çoxsaylı tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və əməkdaşlığın bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sonra sözü YUNESKO-nun Baş direktoru İrina Bokovaya verib. İrina Bokova YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvlərini salamlayıb və 25 il ərzində Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Azərbaycan və YUNESKO arasında əlaqələrin hərtərəfli inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib. O, ölkəmizin YUNESKO-nun prinsiplərinə sadiqliyini, təşkilatın məqsəd və məramlarının milli və beynəlxalq səviyyədə təşviq edilməsi, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
İrina Bokova Bakıda keçirilən və YUNESKO-nun da tərəfdaşı olduğu 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, forumda çağdaş dünya üçün aktual mövzuların müzakirə olunduğunu vurğulayıb.
Görüş YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu tələbələr təhsil haqqından azaddır!
Kral ailələri Azərbaycana istirahətə gəldi
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz
Ancelinaya bənzəməyə çalışan Səhər boynunu qırdı-FOTO
İstehsal tarixindəki səhvlər
Yağlı saçlarla necə mübarizə aparmalı?
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
İran kapitalı Azərbaycana gələrsə...
Günün qoroskopu - 12.01.2014
Milli Məclisin təcili iclası çağrıldı
Azad Rəhimovdan İbrahimoviç açıqlaması
Hava haqqında
Yeni ideya tortu (foro resept)
Facebook pulsuz antivirus paylayır
Quzu qabırğa qızartması (foto resept)
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
Yuxusuzluq ürəyin düşmənidir.
Müalicəsi olmayan bəla
Qızılın qiyməti ucuzlaşdı
Cəbhədə erməni təxribatının qarşısı alındı
Ana evdə olmayanda
Uşaqlarda yerini islatma
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Emin yeni klipini təqdim etdi-VİDEO
Ev şəraitində alma sirkəsinin hazırlanması
Qarın əridən qidalar
Bütün dünya təyyarəni axtarır
İvana Sert sevgilisi ilə tətildə
Messidən möhtəşəm dönüş
Azərbaycana turist axını olacaq
Dünya mətbəxi - Yunanıstan
Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
5:02 pəhrizi
Məşhurların ilk rol aldığı filmdən şəkillər
Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək
İt sahibinin cəsədini bir aydan çox qorudu
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Kim deyir ki, qadın zəif məxluqdur?
Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər - VİDEO
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ortodonti müalicə müddəti qısalır
Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda həkimlər arasında daha çox cərrahların sayı artıb
Sərnişinlərə şad xəbər
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Müəllimləri sevindirəcək xəbəri NAZİR AÇIQLADI
Azərbaycanla AB arasında viza rejimi sadələşdiriləcək
İŞİD kürdləri bombalayır














