Cəbhədə 4 gün davam edən və Aprel döyüşləri adını almış hadisələr 2016-cı ildə Azərbaycan xalqının ordumuza qarşı olan fikirlərində böyük bir ruh yüksəkliyi yaratdı. Hadisələrdən bir il keçməsinə baxmayaraq, bu hadisələr Azərbaycanın hərbi-siyasi dövlətçiliyini, gələcək milli müstəqilliyini müəyyənləşdirəcək tarix oldu. Məhz o günlər Azərbaycan xalqının, dövlətinin necə güclü olduğunu, lazım gəldikdə cənab Ali Baş Komandanın bir döyüş əmri ilə necə birləşəcəyini göstərdi. Sirr deyil ki, nə qədər gənclərimiz könüllü olaraq hərbi xidmət qoşunlarına daxil olmaq üçün orduya yazılmaq istədi. Aprel hadisələri, aprel döyüşləri şanlı tarix oldu və Azərbaycanın qürurlu tarixinə, yaddaşına yazıldı.
Ali Baş Komandanın "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır" ifadəsi də sübut etdi ki, bu tarix bizim üçün çox dəyərli və vacibdir. O dərsliyi oxuyaraq böyüyən, yetişən gənc nəsil yaxın keçmişi biləcək və bu şücaəti özündə formalaşdıracaqdır. Buna əminəm. Çünki Azərbaycan dövləti şəhidini qürurla anır və şəhid adını uca zirvə adlandırır. Şəhidləriylə fəxr edən və qanları yerdə qalmayacaq deyə yetişən, hər qarış torpağını geri alacaq, Ali Baş Komandanın döyüş əmrini gözləyən və buna hazır olan gənclik olub və yetişməkdədir.
Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın Aprel döyüşlərində şücaət göstərən zabit-gizir heyəti ilə görüşü, Heydər Əliyev Fondunun həmin şəxslərin sosial problemlərinin həllindəki əvəzsiz rolu, onlara yenidən sosial həyat qazandırmaq niyyəti, bugün Azərbaycan dövlətinin döyüşlərin iştirakçısı olmuş insanlara verdiyini önəmin ən bariz nümunəsidir. Döyüşlərdə iştirak edən, bugün ön cəbhədə xidmət edən hərbi qulluqçularımız üçün ən böyük ruh yüksəkliyidir ki, sabah hər hansısa yaranmış kiçik problemdə o öz arxasında Azərbaycan dövlətinin dəstəyini hər zaman hiss edəcəkdir.
Aprel döyüşləri bizə bir daha tarixi xatırlatdı. Ordumuzda olan fərqi, daha doğrusu gedən inkişafı göz önünə gətirdi. Aprel döyüşlərində olan və hərbi xidmət müddəti bitdikdən sonra geri qayıdan gənclərdən orada baş verənləri soruşduqda gözlərində olan torpaq, vətən sevgisi, işıltısı yetişən gəncliyə ən güclü stimuldur əslində. Biz Aprel hadisələrində nə qədər güclü olduğumuzu gördük, güclü orduya sahib olduğumuzu gördük, hər an əlimizə silah alaraq vətənin keşiyində durmağa hazır olan gənclərimizi gördük və onlarla fəxr etdik. İtkilərimiz də oldu. Gözü yaşlı qalan analarımız oldu, amma bir gün o gözlərdə olan yaş "övladımın qanı yerdə qalmadı" ifadəsi ilə əvəzlənəcəkdir. Buna inanırıq. Və bu inam çox güclü amildir.
Aprel döyüşlərində, Vətənin qarış torpağı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, valideynlərinə möhkəm səbr arzu edirik. Hər gün bütün şəhidlərimizin qanının yerdə qalmaması uğrunda Qarabağda gedən döyüşlərdə bir addım daha irəliləyirik. Qələbə tariximiz uzaqda deyil. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, digər şəhər və rayonlarımızda dalğalanacaq
Ruhun şad olsun, Azərbaycan əsgəri !
Mirhəsən Seyidov
"İrəli" İctimai Birliyinin sədri
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əhaliyə xəbərdarlıq
Sınmış ayağı ilə 10 saat süründü - FOTO
Hakerlər Ukraynanın hökümət saytlarını dağıtdılar
Azərbaycan futboluna ağır itki üz verib
2018-in dəbi necə olacaq?
Azərbaycanda ailə qurmaq istəyənlər üçün tələblər DƏYİŞDİ
Hadise pandemiya dövründə üç milyon lirə itirib? - FOTO
Göbələk zəhərlənmələri və müalicəsi
Polislərə marallar paylandı
Beyni sökən telefonlar
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Harri və Meqan Markl koronavirusdan belə qorunacaq
Möhtəşəm ziyafət donları
Hava haqqında - 16.11.2013
Britni Spirs izləyicilərinə etiraf etdi
Yaş salfetlərdəki təhlükədən xəbəriniz var?
Artıq hər kəs “Depressiyadayam” deyir...
Erkən oyanın, sağlam olun
Bəlkə də "Qərar Yorğunluğu" yaşayırsınız!
Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı
Ramil ermənilərə od qoyub
Təhlükə Azərbaycan sərhədinə yaxınlaşır
Aleksandr Myasnikov beyin qocalmasını yavaşlatmağın ən təsirli yollarını söylədi
Xodorkovski prezident olmaq istəyir
İlham Əliyev :"Bu vəhşilikdir"
Uşaqlarda qızdırma, ishal, qusma hallarının yayılma səbəbi açıqlandı
Pəhrizin kimlərə heç bir köməyi olmur?
Bu ölkədə nəhəng siçan heykəli ucaldıldı - FOTO
Günün Ramazan təqvimi (2 iyul)
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi
Rus Dili dərs-21 (Test)
Karantinin uzadılıb-uzadılmamasına qərar veriləcəyi vaxt açıqlandı - RƏSMİ
Leonardonun adası hər kəsi təəccübləndirdi
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Nobel mükafatı laureatı vəfat etdi
Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - FOTO
İş axtaranlara şad xəbər
8 Martın Tarixi
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Merilin Monronun son fotoları satılacaq
Kosmetik preparatlar
Kartoflu pankek
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?
Çimərlik çantasında nələr olmalıdır?
Mehriban Əliyevanın doğum günüdür
Hava haqqında
Kəsmikli kətə(foto resept)
Psixopatın gizlədə bilmədiyi xüsusiyyətləri
Cex prezidenti Azərbaycandan danışdı
Ölən zəvvarların ailəsinə veriləcək vəsaitin həcmi açıqlandı














