İndi Bakıda dükanlardan kamali-ədəblə, qayda-qanunla mobil telefon və ya planşet alanlar bəzən acı sürprizlərlə üzləşməli olurlar. Nömrəni telefona, yaxud planşetə salanda mobil operator onu tanımaq istəmir. Belə bir hadisə 22 yaşlı tələbə Zaurun başına da gəlib.
Əhvalatını ANS PRESS-ə danışan gəncin sözlərinə görə, dükandan aldığı planşeti Azərbaycanda fəaliyyət göstərən mobil operatorların heç biri tanımaq istəməyib. Operatorların müştəri xidmətlərindən kəskin cavab alıb: “Bu planşet bizim standartlara uyğun deyil, Dubay malıdır, ona görə istifadəsinə icazə verilmir”.
İddia ediblər ki, etibarlı firmanın malı olmadığına və Dubayda xırda sexlər tərəfindən yığıldığına görə bu planşetin sağlamlığa zərər vurmadığına inamları yoxdur. Bir neçə ay əlləşən gənc, axırda məsələnin həlli yolunu özü tapıb və planşetin İMEİ kodunu elektron hökumətin saytında qeydiyyatdan keçirib. Bundan sonra planşeti hər üç mobil rabitə operatorunun şəbəkəsində işlətmək mümkün olub.
Zaur mobil rabitə operatorlarının müştərilərə qarşı bu cür davranmasını istehlakçı hüquqlarının pozulması kimi dəyərləndirirlər. “Əslində, burada müəyyən inhisarçılıq meylləri var. Yəni şirkətlər fərdi şəxsləri xaricdən ucuz qiymətə aldığı telefonları şəbəkələrində işlətməyə imkan vermir. Telefonu və ya planşeti görmədən, yoxlamadan sağlamlıq üçün zərərli olduğunu necə iddia etmək olar? İri partiyalarla mal gətirən sahibkarların mobil telefonlarını və ya planşetlərini kim yoxlayıb? Axı ölkədə belə bir laboratoriya yoxdur”,- deyə tələbə gənc vurğulayır.
ANS PRESS-in araşdırmasına görə, eyni sualı 2013-cü ilin 1 may tarixindən bu yana işi dayandırılmış 120 min telefonun sahibi də verilib. Həmçinin ölkədə fəaliyyətdə olan 14 milyon mobil telefonun istənilən birinin sahibi də rabitə aparatının işinin nə vaxtsa mobil rabitə operatoru tərəfindən dayandırılmayacağından sığorta edilməyib. Çünki bu sektorda hansı parametrlərin əsas götürüldüyünü, hansı göstəricilərə diqqət verildiyini istifadəçilərin əksəriyyəti bilmir. Sadəcə, mobil rabitə operatoru məsləhət görmədiyi mobil telefonu söndürür. Məsələyə rəsmi dövlət müdaxiləsinin vacib olduğu açıqca ortaya çıxır.
Görünür, məhz elə bü səbəbdəndir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) bu boşluğu doldurmaq və ölkədə mobil telefonların yoxlanması üçün laboratoriyaların qurulması layihəsi üzərində işləyir. Komitədən ANS PRESS-ə verilən məlumata görə, hazırda bu məsələ müzakirə edilir və yaxın zamanlarda bu barədə geniş məlumat veriləcək.
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlunun fikrincə, bu laboratoriyaların yaradılması çox vacibdir. “Əslində, mobil cihazlardan istifadə edilməsinin də standartları yaradılmalıdır. Çünki həyatımızdan çıxara bilmədiyimiz bu cihazların heç olmazsa düzgün istifadə standartları hazırlanmalıdır”,- deyə İKT eksperti ANS PRESS-ə bildirib.
Ekspertin fikrincə, mobil rabitə operatorlarının tanınmış firmaların telefonlarına üstünlük verməsi başa düşüləndir. Onun sözlərinə görə, tanınmış şirkətlər elektromaqnit dalğaları üçün xüsusi sorulma əmsalı (Specific Absorption Rate - SAR) göstəricisindən istifadə edirlər. Həmin göstərici mobil telefonun insana mənfi təsirini müəyyən edir. SAR üçün ölçü vahidi kimi vatt/kiloqram götürülür. Əksər ölkələr artıq bu göstərici üçün standart müəyyən ediblər. Məsələn, ABŞ-da SAR üçün yolverilən səviyyə 1,6 vt/kiloqram, Avropada isə 2vt/kiloqramdır.
“Tanınmış firmaların mobil telefonları üçün SAR göstəricisi 1 vt/kiloqram ətrafında dəyişir. Amma saxta cihazlarda isə SAR 4 vt/kiloqramdan çox olur”,- deyə ekspert bildirir. Cahid İsmayıloğlunun sözlərinə görə, bu səviyyədə elektro-maqnit şüalanma insan üçün hətta ölümcül təhlükələr yarada bilər.
“Mobil cihazlar, planşetlərin yaydığı elektromaqnit dalğalar insanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, məhz mobil telefonların yaydığı zərərli elektromaqnit dalğaları səbəbindən 2020-ci ilə qədər xərçəngə və epilepsiyaya, göz, qulaq və ürək xəstəliklərinə tutulanların sayı xeyli artacaq”,- deyə ekspert bildirir.
Göründüyü kimi, vəziyyət yetərincə arzuolunmazdır və ölkədə mobil telefonların ekspertizası üçün laboratoriyaların olmaması hər bir telefon istifadəçisini yuxarıda sadalanan təhlükələrlə üz-üzə qoyur. Amma Cahid İsmayıloğlu SMPDK-nin vəd verdiyi laboratoriyaların işə salınmasına qədər abunəçiləri qorumağın yollarını açıqlayır: “İlk öncə, uşaqların bu cihazlardan idarəsiz şəkildə istifadə etmələrinin qarşısı alınmalıdır. Həm də son araşdırmalar göstərir ki, insan orqanizmi üçün sensor ekranlı mobil telefonlar daha təhlükəlidir. 3 SİM kart taxılan mobil telefonların da ətrafa yaydığı elektromaqnit dalğaları insan üçün təhlükəlidir. Həm də çalışın, dünayada məşhur olan firmaların telefonlarını alın. Beləcə, laboratoriyalar işə düşənə qədər özünüzü qoruşmuş olarsınız”, - deyə İKT eksperti vurğulayır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycan futboluna ağır itki üz verib
“Disney”dən ailə ənənələrinin əks olunduğu maraqlı animasiya -VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-18 Avqust
Vaşinqtonda ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi
Oğlan uşaqlarının saçlarını uzatmayın-SƏBƏB
İrəvanın işğalı gözlənilir
Payızın sevimlisi olacaq üst geyimləri
Postlar yığışdırıldı: Maşındakı sərnişinlərə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Metyu Brayza: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır”
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Elvis Preslinin alt paltarı hərraca çıxarılacaq - FOTO
Cardi Bi Bakıya gəldi
Nogay çayı (foto resept)
Misir ehramları dezinfeksiya edilir
Xocalıdan Gəncəyə gətirilən torpaq və su... - VİDEO
"B" hərfi ilə başlayan adların mənası
"Ermənistanın daxili vəziyyəti Serj Sarkisyanın istefasını aktuallaşdırıb"
Azərbaycanda əhalinin dolanışığı qonşu ölkələrlə müqayisədə qənaətbəxşdir
Məkkə tarixində İLK - Ərəfat dağında uşaq doğdu - FOTO
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Hakan Şükür hakim partiyadan istefa verib
Kişilərin tez-tez dedikləri 6 yalan
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Tam Günəş tutulması kosmosdan nümayiş olundu - FOTO
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Naxışlı cins pençəklər
Yeni güclü antibiotik ixtira edilib
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Oğlan uşağı sizi öldürə bilər
Con Kerri fil balasıyla selfi çəkdirdi
Bu rayonlar qazsız qalacaq
Hava şəraiti kəskin dəyişəcək
Bu da yeni Mustang
Venesiya kinofestivalının qalibləri məlum oldu - SİYAHI
Koronavirusa yoluxanlar hansı xəstəxanalarda müalicə olunur? - Siyahı
İraq üç müstəqil dövlətə parçalanır
Evdən 10 min tısbağa çıxdı-FOTO
Bu filmi izləmək istəyən 9 min ödəməlidir
Üzünüzü qocalmaqdan qoruyun
Rusiya şokdadır: rubl dibə vurdu
Cəbhədən son xəbər
Həm arıqla, həm də sağlam qal
Nazir otellərdə istənilən nikah kağızından DANIŞDI
HAVA necə olacaq?- 31 Mart
Daban çatları (2)
Uşaqlar üçün hamam xalatları
Azərbaycanda Türk adlarına maraq artıb - Melisa, Miray, Elif..
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
- ŞƏRHLƏR