25 yaşlı Qırğızıstan sakini ilk dəfə parta arxasında oturub
"A, B, D, vay, V", - bəzi hərfləri Andrey hələ də səhv salır. Rus əlifbasındakı "myaqkiy znak"ı isə o, "R" hərfi ilə qarışdırır. Əksər insanlar kimi, onun da həyatında birinci kitab əlifba olub. Ancaq fərq ondadır ki, bu kitabı uşaqlıqda deyil, indi əlinə alıb. Andreyin artıq 25 yaşı var.
Qırğızıstanda yaşayan Andrey Syomkin gələcək planlarını bölüşür:
"Bir aydır burada oxuyuram. İndi gərək oxumağı başa çatdırım ki, sonra harasa qəbul oluna bilim".
Valideynləri içirmiş
Andrey ölkənin cənub şəhərlərindən birində, yoxsul ailədə böyüyüb. Valideynləri hər gün içirmiş. Oğullarının təhsili ilə məşğul olmaq onların ağlına da gəlməyib.
Day.Az azadliq.org-a istinadən bildirir ki, Andreyin sözlərinə görə, həyat onu hələ uşaq vaxtlarından pul qazanmağa məcbur edib:
"Valideynlərim günahkardır. Onlar çox içirdilər. Heç kim mənimlə məşğul olmurdu. Mən özüm məktəbə getdim, amma ora götürmədilər. Dedilər ki, sənin pulun yoxdur, səni necə götürə bilərik? Məktəbə götürmədilər məni".
Əsrin dörddə birini ölkəboyu əzab-əziyyət içində, sərgərdan gəzdikdən sonra Andrey Bişkekdəki "bomj"lar - bəli yaşayış yerində qeydiyyatı olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş sığınacağa gəlib çıxır.
Onun kədərli həyat hekayətindən məhdud imkanlı şəxslər üçün mərkəzdə çalışanlar xəbər tuturlar. Bu mərkəzin işçiləri ancaq əlillərlə çalışsalar da, cavan oğlana kömək etmək qərarına gəlirlər.
"Əsas odur attestat alsın"
Reabilitasiya Mərkəzinin direktoru Gülnarə Amankulova deyir:
"O, indi qətiyyətlə təhsil almağa köklənib. Biz, əlbəttə, onu məktəbə hazırlayacağıq. Ola bilər, bu gecə məktəbi olsun. Əsas odur ki, attestat alsın, onun sonrakı taleyi ilə də məşğul olarıq".
Direktor sözünə davam edir:
"Bir çox insanlar belə çətin vəziyyətə ona görə düşürlər ki, lazımi anda yanlarında kömək edəcək insanlar olmur. Andreyinsə normal insan olmağa möhkəm iradəsi var".
Mərkəzdə Andreyə iş də tapıblar - indi dalandar çalışır. O etiraf edir ki, bu iş məşğul olduğu ən asan işdir. Maaşı az olsa da, yaşayışına yetir.
Qul əməyi
Andrey Syomkin başına gələnləri belə danışır:
"Çox yerdə işləmişəm. Məsələn, yükdaşıyan olmuşam. Bəzən, gecələr yük boşaltmışıq: un, qənd, sement, armatur, ağır dəmir. Çobanlıq da etmişəm. Hamı aldadırdı. Çox işləyirdim, istirahət istəyirdim, vermirdilər. Pula gəlincə, aldadırdılar".
Andreyin dediyinə görə, qonşu şəhərdəki kərpic zavodunun direktoru ona muzdla heyvanlara baxmağı tapşırıb. Direktor gənc oğlanın pasportunu əlindən alıb və 7 ay əməyini istismar edib. İşinə görə ona pul da verməyib. Andrey, çətinliklə də olsa, bu əzabdan qurtara bilib.
Andreyin adi arzuları
İndi o, boş vaxtlarında sevimli kinolarına baxır. DVD-pleyer-i mərkəzdən veriblər. Amma birinci növbədə təhsili haqqında düşünür. Düzdür, hələ də öz adını düz-əməlli yaza bilmir.
Andrey avtomexanik olmağın xəyalını qurub. O ümid edir ki, xeyirxah insanların köməyi ilə təhsil alacaq və cəmiyyətin tamhüquqlu üzvü olacaq.
XƏBƏR LENTİ
Taylandın ağ məbədi
Məşhur aktyorun ayağı zədələndi
HAVA necə olacaq?
Qaxda yeni körpü salınır
2012-nin köynək modelləri
Akademikdən ölkənin ekoloji durumu ilə bağlı qorxunc xəbərdarlıq
Azərbaycanda abortların sayı artıb
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Şirvanşah Şahənşah
Hörüklü-muncuqlu qolbağı
Bütün Dünya bu qızdan danışır-FOTO
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
HAVA necə olacaq?-19 Sentyabr
Ermənilərə tutarlı cavab
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Hava haqqında - 07.10.2013
Birinci sinfə qəbulda yenilik
Unutqanlıq xəstəliyi - Amneziya
Ya həmişə, ya heç vaxt psixologiyası
Mövlana sözləri-3
Balın dəriyə təsiri
Koronavirusla bağlı son STATİSTİKA
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Qabarıq ətək modelləri
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
Ancaq qadınların bildiyi hallar
Türkiyə və Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir
İggi ilk dəfə ana olduğunu etiraf etdi
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Türkiyəli aktyor ata olacaq
Serenay Sarıkaya "Alisa" olacaq!-FOTO
Fantastik gözəlliyə sahib yerlər
71 yaşlı məşqçi koronavirusa qalib gəldi
Gülüş...
Əncirli keks (foto-resept)
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Azərbaycan qış vaxtına keçdi
Ali məktəblərdə illik təhsil haqları niyə artıb?
6 gün qaranlıq olacaq
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Səbzi qovurma (foto resept)
Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər
Daima gənc qalmağın 3 yolu
Arıqladan mixək suyu
Sabahın HAVAsı
Kafedə müştərilərə robotlar xidmət edəcək
“WhatsApp” rekord qırır
Qıvırcıq saçları düzləşdirmək üçün maska
İşdə sizə kömək olacaq oyuncaqlar
- ŞƏRHLƏR