Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb - "Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır". Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.
Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.
Milli.Az tebiivalideynlik.az-a istinadən bildirir ki, biz valideynlər əksər hallarda uşaqlarımızın diqqətini cəlb etməyin başqa yolunu tapa bilmədiyimiz üçün qışqırırıq. Bu yolla biz onlara diqqət cəlb eləməyin yalnız qışqırıqla mümkün olduğunu öyrədir və beləliklə gələcəkdə insanlarla münasibətdə hansı üsula əl ata biləcəkləri barədə onlara yalnış istiqamət vermiş oluruq. Çünki, övladı ilə bağıra-bağıra danışan valideyn ona öz emosiyalarının öhdəsindən necə gəlməyi öyrədir. Kiçik yaşlardan qışqırtı eşidən uşaqların qəlbi valideynlərinə qarşı sərtləşir və gələcəkdə onların pis mühitə düşmələri üçün şərait yaranır. Bu cür uşaqlarda valideynlərinin səsinə qarşı bir növ "karlıq" meydana gəlir.
Ümumən qışqırıq yalnız qısamüddətli perspektivdə imdadımıza çata bilər. Əgər bağırmaqdan fayda gəlsəydi, bütün problemlər bir bağırmaqla həll olunardı. Bəs problemlər həll olubmu? Əlbəttə ki, xeyr. İllərdir uşaqlarımızla ünsiyyətdə onlara bağırmağımıza rəğmən, onlar bizi yenə də eşitmir.
Əgər sosial şəbəkələrdə hər hansı bir istifadəçi bizimlə dialoqda Caps Lock düyməsini basaraq ünsiyyət qurarsa, biz özümüzü təhqir edilmiş hesab edirik. Çünki, Caps Lock düyməsi basılı vəziyyətdə fikir irəli sürmək qarşı tərəfə bağırmaq kimi dəyərləndirilir. Bəs necə olur ki, həddi-büluğa çatmış insanlardan özümüzə qarşı təhqir olaraq qəbul etdiyimiz bu hərəkəti biz beyin qabığı hələ tam inkişaf etməmiş övladlarımıza qarşı tərəddüdsüz tətbiq edirik? Gəlin etiraf edək: axı övladımıza qışqırmaq heç də ürəyimizcə deyil. Bəs bəzən boğazımızda düyünlənən qəzəb hissinin qışqırığa çevrilməməsi üçün nələr etmək olar?
- Əgər qışqırmaq istəyinizin səbəbini yorğunluğunuzda görürsünüzsə, dincəlin. Çünki, yorğunluğumuzun günahı uşaqlarda yox, vaxtımızı düzgün planlaşdırmamağımızdadır. Adətən həyatımızda baş verən və bizi qıcıqlandıran, yoran hadisələrin heç birinin səbəbi uşaqlarımız olmur.
- Uşaqlarda beyin qabığının tam inkişaf etmədiyini nəzərə alsaq, onları nədəsə günahlandırmaq çox da məntiqli deyil. Bunun əvəzində fizioloji səbəbləri aradan qaldırmağa çalışın: acsınızsa, yemək yeyin, yuxunuz gəlirsə, yatın. Sizi qışqırmağa vadar edən səbəb aradan qalxdıqdan sonra eyni vəziyyət qarşısında daha adekvat reaksiya verdiyinizin şahidi olacaqsınız.
- Bir çox hallarda insan hər hansı bir məsələ ilə bağlı əsəb hissi keçirdikdə, acıqlandıqda, öz acığını qarşısına çıxan ilk insandan çıxır. Valideynlərin isə adətən əli altına düşən hər hansı bir ehtiyacından dolayı ata-anasına üz tutan uşaqlar olur. Nəticə etibarilə, uşaqlar haqlı olduqları halda haqsız durumuna düşmüş olurlar. Kanadalı psixoloq Qordon Nyufeld hesab edir ki, bu qəzəb, acıq hissini kədər hissinə çevirmək və həyatımızda dəyişməsi mümkün olmayan məqamları qəbul edərək bu kədəri yaşamaq lazımdır.
- Müəyyən anda övladınızın sizin istəyinizə cavab verə biləcək enerjiyə, həvəsə sahib olub-olmadığını nəzərə alın. Əgər onun başı oyuna qarışıbsa, sizin "tez elə dur nahar elə" deyərək bağırmağınızın faydası az olacaq.
- Bağırmaq istəyinizin gəldiyi an dərindən nəfəs alın. Əgər qışqırmağa başlamısınızsa, dayanın. Sakitləşməyə çalışın. Səsinizə mərhəmət qatın. Bu minvalla davam etsəniz, bir də görəcəksiniz ki, artıq qışqırmaq vərdişindən əl çəkmisiniz. Biz öz övladlarımıza onların tərəfində olduğumuzu hiss etdirsək, tədricən onların davranışlarında müsbət dəyişikliklərin şahidi ola bilərik. Əsas məsələ odur ki, məqsədiniz uşağa qalib gəlmək yox, vəziyyəti həll etmək olsun. Çünki, bağırtıya öyrəşmiş uşaq, valideyni bağırana qədər öz bildiyini etməyə alışır.
- Hər dəfə övladınıza bağırdıqda, onu mənəvi cəhətdən itirəcəyinizi göz önünə gətirin. Ona təfsilata varmadan üstüörtülü olaraq vəziyyəti izah edib üzr istəyin.
Əziz valideynlər, unutmayın, övladlarımız Allahın bizə əmanətidir və uşaqlıq, uşaqların valideynləri ilə yaxın olmağı ən çox istədikləri dövrdür. Bu dövr bir göz qırpımında keçib qəlbinizi peşmançılıqla doldurmamış, övladlarınızın qəlbində özünüzə qarşı kin oyatmamağa və onların könlünü ələ almağa səy göstərin.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kadırov bütün müsəlmanların əvəzinə sərt cavab verdi
Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlandı, 9 nəfər öldü - FOTO
Məşhur aktyorun boşanma işi uzanır-FOTO
"Sürpriz" buterbrodu (foto resept)
"Xankəndi boşaldılır"
Ballı tort qara gavalı ilə (foto resept)
Qapalı kafe və restoranların hansı halda açılacağı bilindi - RƏSMİ
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Onların sayı 70,4 milyona çatacaq
Bu qidalar xərçəngin qarşısını alır - SİYAHI
"Taxt oyunları"nın ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Eyni geyimləri müzakirələrə səbəb oldu
Vanqanın 2018-ci il ilə bağlı proqnozları
Şir bürcünün 4 əsas xüsusiyyəti
Arıqlamaq üçün 500 min dollar xərclədi
Tatlısəsi bu halda görənlər heyrət etdi-FOTO
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Ermənistanda böyük qiyam başlayır
Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz
"Miss Universe" iştirakçılarının milli kostyumları
Azərbaycanda dərmanlar bahalaşacaq?
Prezident yıxıldı
Dağıstan milli neft şirkəti olacaq?
Yohansonunun 50 minlik robotu hazırlandı-FOTO
Ebrunun tarixi evinə məhkəmə işçiləri girdi-FOTO
Lapşevnik (foto resept)
Qadın qış çəkmələri
Fransada məscidlər bağlanır
Messiyə inanılmaz təklif
Tağı Əhmədova yeni vəzifə verildi
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
O, ən bahalı avtomobil oldu
Astma xəstələri şərfsiz gəzməməlidir!
BBC-nin müxbiri Gəncə şəhərində - VİDEO
Məşhur aktrisa həmcinsi ilə sevgilidir - FOTO
VİDEO qadını zəngin etdi və ailəsinə qovuşdurdu
Kreativ kitab rəfləri
Müasir internet qorxusu
Ailəmizin məzəli əhvalatları
Smartfonda istənilən insanı izləmək mümkündür
Sahildə tapılan qəribə canlılar hər kəsi təəccübəndirdi – FOTO
Dövlət büdcəsi ilə bağlı son məlumat
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
Türkiyədə YouTube qadağası ləğv olundu
Prezidentdən karantinlə bağlı AÇIQLAMA
Bu da siqaret körpüsü
Yaşlanmanı gecikdirən bəsit üsul
50 il əvvəl, Nyu-Yorkda - FOTO
Qabyuyan maşının içindən zəhərli ilan çıxdı - VİDEO
"Admiral" tortu (foto-resept)














