Milli.Az lent.az-a istinadən Ceyms Havesin "Həyatınızı məhv etmədən öncə niyə Kafka oxumalısınız" kitabından Frans Kafka haqqında bilinməyən 10 faktı təqdim edir.
1. Kafkanın gecə həyatı - Sığorta işində işləyən Kafka haqqında düşüncəmiz eynən belə idi: onun getdiyi yer ancaq evi ilə işinin arasıdır. Kafka müti bir əsgər kimi atasına tabe olurdu və işdən birbaşa evə gəlirdi. Amma sən saydığını say, gör fələk nə sayır. Kafka üçün həyat gecələr başlayırdı və bu gecələrdə tanış olduğu praqalı qızlar onun yorğunluğunu çıxarırdılar. Hər gün fahişəxanalara baş çəkən Kafkanın tənha, özünə qapanıq görünüşünün üstündən qalın bir xətt çəkir.
2. Yazmadan məşhurlaşan Kafka - Çoxumuz düşünürdük ki, Kafkanın əsərləri öləndən sonra çap olunub. Dostu Maks Brod onun vəsiyyətinə "xəyanət" edərək Kafkanı bizə tanıtdı. Amma bir maraqlı nüans var. Maks Brod elə Kafkanı sağlığında heç bir sətir yazmadan məşhurlaşdırmışdı. Franz Blei adlı birinin romanı haqqında tənqidi yazı yazıb və bir neçə məşhur yazıçının arasında Kafkanın da böyük bir üslubçu olduğunu deyib. Heç bir dəfə çap olunmayan biri üçün bu olduqca gözəl reklamdır.
3. Kafanın imtinası - 1915-ci ildə Fontane Mükafatını o vaxtların məşhur yazarı Karl Sternheim qazanır. Sternheim çox varlı biridir və təqdimetmədə o boyda insanın qarşısında çek almaqdan utanır. Nə etməli? Belə qərara gəlir ki, mükafatdan əldə etdiyi gəliri Kafkaya versin. Bu sevindirici xəbəri Kafkaya onun kitablarını çıxardan naşir xəbər verir. Kafka isə naşiri təəccübləndirəcək məktub yazır: "Bu mükafat ehtiyacından deyil, pul ehtiyacından ortaya çıxıb. Mənimsə mükafata təqdim olunmadığım halda pulu almağım doğru olmaz. Çünki mənim pula ehtiyacım yoxdur". Nəticədə mükafatı Kafkaya verməyə razı olurlar.
4. Porno jurnalların abunəçisi - Kafka o vaxtlar məşhur olan "Ametist" adlı porno jurnalına abunə yazılmışdı. Erotik rəsmlərə baxıb həzz alan Kafka hətta jurnalın çapı gecikəndə gündəliyinə belə yazmışdı: "Bu günlərdə əzab çəkirəm". Maks Brodun da sevimli jurnalı olan "Ametist"in rəsmləri çox qəribə idi: sadist, tükürpədən erotik rəsmlər oxucuları bir xeyli təəccübləndirirdi.
5. Kişilərə marağı olan Kafka - Onun əfsanəsinin tərkib hissəsi. Çoxları Kafkanı homoseksual kimi tanıyır. Amma bir həqiqət də var. Görüşdüyü qızlardan biri haqqında dostu Maks Broda: "Onun kişiyə bənzər bədəni məni ehtiraslandırdı" deyə yazmışdı.
6. Kasıb qızlara seksual maraq - Kafkanın fəhlə və yoxsul qadınlara marağı olduğu deyilir. Onun "Amerika", "Məhkəmə", "Çevrilmə" romanlarında qəhrəmanların xidmətçi və işçi qızlarla eşqbazlıq macəraları yer alıb.
7. Yəhudi qırğını - Kafkanın əfsanəsində bu məqam xüsusi qabardılır: bütün ailəsinin yəhudi soyqırımının qurbanı olduğu. Halbuki yəhudi soyqırımı deyilən bir şey Kafkanın vaxtında heç danışılmayan bir mövzu idi.
8. Kafkanın sanatoriyası - Bəlkə də bu fakta heç yerdə rast gəlməmisiniz. Kafka 1916-cı ildə əsəbləri pozulmuş əsgərlər üçün sanatoriya açmışdır.
9. Hitler və Kafkanın rəqqasə sevgisi - Kafkanın çox bəyəndiyi, onu ehtirasa gətirən bir rəqqasə vardı. Eduardova adlı rəqqasəni görmək üçün Kafka hər gün onun olduğu yerə ayaq döyürmüş. Burda qəribə bir məqam var. Kafkanın xoşuna gəldiyi rəqqasənin tələbəsi də Adolf Hitlerin diqqətini çəkib. Hər ikisi də rəqqasələrə vurğunmuş.
10. Vərəm xəstəliyi - Kafka əfsanəsində bu məqam da xüsusi vurğulanır. Ancaq Kafkanın gündəliyindən yola çıxaraq deyə bilərik ki, o dönəmlər vərəm xəstəliyi adi bir xəstəlik hesab olunurmuş. Və düşünün ki, vərəm xəstəsi ola-ola Kafka "Məhkəmə"ni yazırmış...
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı
Bu gecə dünyanın ən güclü komandaları üz-üzə gəlir, baş hakim türk olacaq
Hamiləliyin əlamətləri
Bakıda sosial mənzillər tikiləcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Manatın məzənnəsi
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Qadın ölümündən 55 gün sonra ana oldu
Azərbaycanda yumurta döyüşdürənlər: qiyməti kimlər qaldırır?
Almanın faydaları
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Xərçəngin boyun uzun olması ilə əlaqəsı varmı?
Həyat dərsi
Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar...”
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Cinsi həyatın düşmənləri
LG yeni smartfonu təqdim etdi
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Qarabağa dair birgə BƏYANAT
Alimlərdən yeni rekord
Ingilis dili- XXX dərs
Noxudun faydaları
37 hərfdən ibarət, şeir kimi soyadı
Azərbaycanda zəlzələ oldu
Məşhur prodüseri öldürmək istədilər-FOTO
"Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır" - YENİLƏNİB
Evdəki mənfi enerjini necə təmizləməli?
Qaynananızı tanıyın
Kırmızıgül anasının 2 milyonundan danışdı
Rəngarəng koftalar
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü qeyd olunur
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Bayram günü HAVA necə olacaq?
Dünyada ən çox qazanan aktyor kimdir?
Hörmə kofta modelləri
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
Yumurtalıq kistasının partlaması
Azərbaycan qış rejiminə vaxtından əvvəl keçəcək?
İşğal olunmuş 7 rayon qaytarılacaqmı?
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Qarpızlı yay salatı (foto resept)
Azərbaycana qar yağacaq
Karbon pilinqi
Bu gerçəkdir, model deyil
Türkiyədə məktəb və bağçalarda tətil elan edildi
Gənc xanımlar üçün gündəlik geyim təklifləri
Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI
Böyüməmiş ana olan qızlar
Bu təqaüdçülər pensiyalarını artıra biləcəklər














