Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı təbii səbəblərdən gəlir əldə edə bilməyən əhali qruplarının dövlət vəsaiti hesabına icbari tibbi sığortaya cəlbi nəzərdə tutulur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev deyib.
Şöbə müdiri qeyd edib ki, bütün əhalinin icbari tibbi sığorta sistemi ilə əhatə edilməsi nəzərdə tutulur: "Bu sistem həmrəylik prinsipinə əsaslanır və burada dövlətin rolu olacaq. Dövlət öz üzərinə düşən əhali qruplarının sığortaya cəlbinin maliyyələşdirilməsini öhdəsinə götürəcək".
İ.Əliyev əlavə edib ki, sığorta sistemində güzəşt tətbiq olunacaq əhali qrupuna işləməyən pensiyaçılar, əlillər, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslər daxildir: "Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların icbari tibbi sığortaya cəlbini dövlət həyata keçirəcək. Amma digər şəxslər üçün icbari tibbi sığorta ödənişləri tətbiq olunacaq. İlkin olaraq, bu, pilot rayonlar üzrə sınaqdan keçiriləcək".
İ.Əliyev bildirib ki, sığorta sisteminin tətbiqi üçün Yevlax rayonu və Mingəçevir şəhəri pilot ərazilər seçilib: "Artıq bu sahədə işlərə başlamışıq. Bu rayonlarda sakinlərlə, tibb mütəxəssisləri ilə müəyyən görüşlər keçirilib və ictimai tibbi sığorta barəsində onlara daha ətraflı məlumat verilib".
Agentlik rəsmisinin sözlərinə görə, icbari tibbi sığorta sisteminin mərhələli şəkildə ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
HAVA necə olacaq?- 25 APREL
Depressiyaya səbəb olan problemlər
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
BÜRCLƏR bizə nə vəd edir? -5 iyul
COVID-19-un erkən simptomları
Rusiyanın gizli Qarabağ planı
Bölgələrdə Qurban bayramı böyük coşqu ilə qeyd edilir
Rəsul Quliyev Milli Şuradan çıxarılıb
Uşaq tərbiyəsində - 7 MƏQAM
Cem Yılmazın 6 yaşlı oğlu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Öz dırnağımızı bəzəyək
Telefonun icadı...
Dünyanın ilk süni insanı yaradıldı
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Brent neftinin qiyməti 48 dolları ötdü
Eynək taxmaq istəmirsiz?
Nəsiminin məzarı Hələbdən Azərbaycana gətirilsinmi?
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət etdi
Bibərli kələm salatı (foto resept)
Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
Gülben Ergen ilk dəfə onunla-FOTO
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Saç uzadan turp maskası
Bu gün Məhərrəm ayı başlayır
Gündəlik yay geyimləri
Futbol oyununda 53:0-lıq hesab
Susuz qalan bədəni necə canlandırmalı?
Özünü ən sevdiyi məşhura bənzədən 8 insan
"Facebook"un bu yeniliyi sevilməyəcək
Derya Tuna Tatlısəsin evliliyindən danışdı
Azərbaycan və Türkiyə Ordusunun Ermənistan sərhədinə toplanmasının səbəbi
Təbiət yenə sınağa çəkərsə...
Bakteriyalarınızı çalışdırın
Sevgilisi olmayan qızlara müjdə
Azərbaycan ordusu ermənilərə zərbələr endirdi
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yaponiyada güclü zəlzələ oldu
Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlər
Səmada "ulduz yağışı"- VİDEO
Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyurlar?
Gürcüstan-Ermənistan münasibətləri soyumağa başlayıb
Gözəlliyi ilə dünyanı silkələyən, kişilərin ağlını alan türk gözəlin bədbəxt həyatı - FOTO
Günün ulduz falı - 16.03.2014
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Azərbaycanda 12 illik təhsil sisteminə keçid nə verəcək?
Çörəyin bahalaşması xəbərinə rəsmi reaksiya
Andrey Kudryaçenko: "Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır"
Körpənin nəcisi necə olmalıdır?














