
Oktyabrın 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında ölkə prezidenti sərəncam imzaladı. Bu, ekspertlər və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Çünki 12 illik təhsil sistemi Avropa standartlarına uyğun olsa belə, insanlar düşünürlər ki, əlavə bir il, əlavə vaxt itkisidir. Ancaq bəzi təhsil ekspertləri əksinə, bunun şagirdlər üçün əlverişli olduğunu düşünürlər.Bu sənədə ilk reaksiya verən təhsil naziri Mikayıl Cabbarov olub. O, strategiyanı təhsil tarixi üçün əlamətdar hadisə hesab etdiyini bildirib, 5 əsas istiqamətin müəyyənləşdirildiyini deyib: “Birincisi, təhsilin peşəkar inkişafına, maddi rifahına yönəlmiş addımlar nədən ibarət olmalıdır, ikincisi, təhsilin məzmunu, yəni biz nəyi öyrədirik, üçüncüsü, təhsil sisteminin idarə olunmasında hansı dəyişikliklər edilməlidir, dördüncüsü, təhsil sisteminin infrastrukturu, beşincisi, strategiyada nəzərdə tutulan addımların həyata keçirilməsi üçün lazım olan resurslar nəzərdə tutulub. Sənəd çox əhatəlidir. Strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq. Fəaliyyət planında tədbirlərin icra müddətləri də müəyyənləşəcək”.Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tətbiq olunmasının doğru addım olduğunu deyən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, eyni zamanda 12 illik təhsilin üstünlüklərindən də danışdı: “12 illik təhsil sistemi artıq dünyada özünü doğrultmuş sistemdir. 11 illik təhsil sistemi isə daha çox geridə qalmış postsovet məkanında qalıb. Ancaq dünyanın aparıcı ölkələrində orta təhsil 12 ildir. Elə ölkələr var ki, hətta orta təhsil 13-14 ilə qədər çəkir. 11-12 illik təhsil üçün artıq yeni proqramlar tərtib olunmalıdır. Ancaq sabiq təhsil naziri kateqorik olaraq 12 illik təhsilə keçmənin əleyhinə idi. Düzdür, ölkəmizdə hamı istəyir ki, övladı tez oxuyub qurtarsın. Amma orta məktəbdə xarici dövlətlərdə olduğu kimi normal təhsil sistemi təşkil olunsa, hamı görəcək ki, bu, doğrudan da orta məktəb şagirdləri üçün yararlı addımdır".“Bu addım təhsilin keyfiyyətinə hər hansı müsbət təsir göstərəcəkmi” sualına isə Şəmsəddin Hacıyev yalnız nəzərdə tutulmuş tədris planlarının yaxşı hazırlanması, uyğunlaşdırılması şəraitində təsir edəcəyini bildirdi: “Təhsilin 12 illiyə keçməsi təhsilin keyfiyyətinə təsir etməsi üçün gərək tədris planları, dərsliklər, müəllim kadrları hazırlansın. Ona görə də bu, birdəfəlik addım kimi deyil, tədricən həyata keçirilməlidir. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Əgər sabahdan hamı 12 illiyə keçmiş olsaydı, bəli, problemlər olacaqdı. Lakin 12 illik bu il, ya da növbəti il məktəbə gedənlərdən başlayacaq. Belə bir versiya da var ki, ola bilsin ibtidai sinfi bitirənlərə də şamil olunsun. Bu da mümkün variantlardan biridir. Çünki ibtidai təhsil üçün heç bir maneə yaratmaz. Əsas məsələ odur ki, təhsilin keyfiyyəti, səmərəliliyi və orta məktəbi bitirənlərin taleyi üçün uğurlu addımdır. Yəni universitetlərə qəbul olmayan abituriyentlər bu halda peşə də öyrənə bilərlər. Bütün bunların hamısı təhsil proqramlarının necə tərtib olunmağından asılıdır”.“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də 12 illik təhsilin dünyanın qabaqcıl ölkələrində tətbiq edildiyini söylədi: “12 illik təhsilə keçmək üçün hələ çox gecikmişik. Yeni təhsil haqqında qanun qəbul olunanda bu addım elə o vaxt atılmalı idi. Çünki 12 illik təhsil artıq Avropa standartlarına uyğundur. Yəni 10-11 illik təhsil ancaq postsovet məkanına daxil olan bir neçə ölkədə qalıb. Məsələn, Hollandiya və Almaniyada orta təhsil 12 ildir. Ona görə də bizim orta təhsil haqqında sənədimizin tanınması, məktəb proqramlarının unifikasiyası 12 illik təhsil üçün çox vacib məsələdir. Biz təhsil eksperti kimi yeni təhsil haqqında qanunun müzakirələri həyata keçiriləndə, təkidlə israr edirdik ki, biz bu qanunda 12 illik təhsili tətbiq etməliyik. Ancaq çox təəssüflər olsun ki, Misir Mərdanovun o zamankı komandası buna maneçilik törətdi və nəticədə qanunda da öz əksini tapmadı”.Etibar Əliyev 12 illik təhsilin şagirdlərin ixtisaslaşmasında da əhəmiyyətli rol oynadığını vurğuladı: “12 illik təhsil ona görə əhəmiyyətlidir ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" qanununda orta təhsildə təmayülləşmə nəzərdə tutulub. Yəni bir növ ixtisaslaşmanın sinonimidir. Bildiyiniz kimi, icbari təhsil 10 il, 11-12 il isə təmayülləşmə üçün əlverişli şərait yaradacaq. Əgər bu rasional şəkildə həyata keçirilmiş olsa, heç şübhəsiz ki, repetitor xidmətini də azalda bilər və proqramlarda bir il təhsil müddətinin uzadılması müəyyən sadələşmələr yarada bilər ki, o da bizim şagirdlər üçün olduqca əhəmiyyətli olacaq. Çünki 11 illik təhsildə proqramlar həddindən artıq yüklənmiş vəziyyətdə olur. Bu səbəbdən də şagirdlərin psixologiyasına amansız zərbələr vururdu. 12 illik təhsilin bir üstünlüyü də ondan ibarətdir ki, oğlanlar artıq 17 yaşında yox, 18 yaşında orta məktəbi bitirəcəklər. Bu da o deməkdir ki, məktəbi 18 yaşda bitirmiş oğlanların hərbi xidmətdə həm psixoloji, həm də fiziki baxımından qulluq etməsi üçün müsbət şərait yaradacaq”.
XƏBƏR LENTİ
Kür çayı dondu
Mixəkli, cemli kökələr (foto resept)
Ebola barədə şad xəbər
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Paradoksal həyati həqiqətlər
Zərif və zövqlü ziyafət geyimləri (3)
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Yayda sağlam və gümrah ol
BBC ailəsini itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırladı: “Deyir, baba, anamı gətir” - VİDEO
Rusiyada koronavirus daşıyıcılarının sayı milyonu ötdü, 17 mindən çoxu...
Ağstafa sakini yeni intellektual oyun kəşf edib
Bədəni təmizləyən 4 qida
Bakının bir hissəsi susuz qalacaq
Ali məktəblərə sənəd qəbulu başlandı
Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA
"Üzümdə və bədənimdə plastik əməliyyat etdirdim"
Pensiyalar haqqında yeni QANUN
Bu gün köhnə Yeni ildir
Hava limanına “Rəcəb Tayyib Ərdoğan” adı veriləcək
Evliliyi bitirən səbəblər
İrem Derici dənizdə
Qadin.Netli qızların sevgi yolu (Son)
Qoturluq haqqında verilən suallar
100 gün sonra planetdə 181 insan qalacaq
Bakının böyük bir hissəsində içməli su problemi olacaq
Ramazan ayının 11-ci gününün duası
Müge Boz yeni doğulan körpəsinin FOTOsunu paylaşdı
Uşaqlar üçün bəzədilmiş tortlar
İlin sonunadək 380 milyon olacaqlar
Azərbaycanda son 15 ilin ən isti ayı...
Azərbaycandakı şizofrenlərin sayı açıqlandı
Bu nəhəngin sirri açıldı
Flora Kərimova yubiley mərasimini təxirə saldı
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Uzaq məsafələrə uçanlar üçün dərman
Səhiyyə Nazirliyində "təmizlik" davam edir
Hamam dəstləri
Yayda rekord qeydə alınacaq
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
Koronavirusla bağlı SON STATİSTİKA
Lavaş pizza (foto-resept)
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
Qısa saç onlara daha çox yaraşır - FOTO
Dəbli cins kurtkalar
Qızıl Kürə Mükafatlarının Sahibləri
Saturnun peykində yaşamaq üçün hər şey
İtlər və pişiklər üçün şərab istehsal olundu
Sevgili tapmağın yolları
Gənc otağı dekorasiyası
Gözaltı torbalardan xilas olmağın yolları















- ŞƏRHLƏR