Azərbaycanda istilik mövsümünə keçidlə bağlı işlərə noyabrın 10-dan başlanılacaq, Azəristiliktəchizat ASC-nin sədr müavini İlham Mirzəliyev BBC Azərbaycancaya müsahibəsində deyib.
Sosial şəbəkələrdə bir çoxları bu il havanın daha tez soyumasından gileylənərək istiliyin daha tez verilməsini geniş müzakirəyə çıxarıb.
Azəristiliktəchizat cəmiyyətinin rəsmisi isə dünya təcrübəsinə əsaslanaraq mövsümün həmişə olduğu kimi noyabr 10-dan tez başlamasını qətiyyətlə istisna edir.
Müraciət olunandan sonra Azəriqaz İstehsalat Birliyi borcu olmayan qazanxanaların qazla təminatına başlayacaq, qurum sözçüsü İbrahim Kərbəlayi bildirir.
Milli Hidrometeorologiya Departamentin yaydığı məlumata görə sabah Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Arabir, yarımadanın bəzi yerlərində isə intensiv yağış yağacağı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Soyuq hava və sakinlər
Nəsimi rayonunda 3 otaqlı evdə kirayədə yaşayan sakinlərdən biri deyir ki, oktyabr ayında yağışlar yağandan bu yana evdəki soyuğa tab gətirmək üçün evdə olanda bir neçə corabı üst-üstə geyinməli olur.
"Soyuq vurur" deyə mütəmadi pəncərəni açıb evin havasını da dəyişə bilmirlər. Mənzildə olan bir elektrik qızdırıcısı isə "ancaq bir otağa yetir" və buna görə də evdə olanda belə "qalın geyinmək məcburiyyətində qalırlar".
"Evdə çox soyuqdur deyə iki yorğanla yatırıq gecələr. Qızdırıcı da çox yazır. Bilirəm ki, bu ay işıq çox yazacaq. Pul çatdırmırıq deyə başqasını da işlədə bilmirik", sakin evdə istilik sisteminin işləməsindən gileylənir.
Suraxanı rayon sakininin sözlərinə görə, onun mənzilindəki istilik sistemi "şikayət edənlərdəkindən fərqlənmir".
"Evdə 3 azyaşlı uşaq var. Bir otağa peç qoymuşam və uşaqları da yığıram ora. Günümüzün çoxu eləcə o otaqda keçir", ana işıq pulunun çox gəlməsindən ehtiyatlandığı üçün əlavə qızdırıcıdan istifadə etmədiyini vurğulayır.
İstilik sistemlərinin tez verilməsinə başlanmasının mümkünlüyü ilə bağlı Azəristiliktəchizat ASC rəsmisi "Kim deyir ki, hava soyuqdur" deyə sual edir və əlavə edir ki, borcu olan qazanxanaların müraciətlərinə fərdi baxılacaq və razılaşma da olacaq.
"İstehlakçı bu borcdan əziyyət çəkməli deyil", qurumun sədr müavini İlham Mirzəliyev deyir.
Qurumun rəsmi saytında verilən məlumata görə, 340-ı Bakıda, 195-i regionlarda olmaqla "Azəristiliktəchizat" ASC ümumilikdə 535 qazanxananı istiliklə təchiz edir.
Borclara gəlincə, rəsmi saytda yalnız 2011-ci ilə aid olan audit məlumatlar yerləşdirilib ki, orda da qurumun malsatan və podratçılara kreditor borcu 41 milyon 656 min 236 manat göstərilir. Debitor borcun həcmi isə həmin il üçün 12 milyon manata yaxın olduğu qeyd olunub.
Açıq məktub
Havalar soyuyandan sonra qazın təzyiqinin azalması, bəzi yerlərdə isə kəsilməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. İstifadəçilərdən biri, Leyla Surxayzadə SOCAR-a açıq məktub ünvanlayıb.
Xanım məktubunda "Maslovun ehtiyaclar iyerarxiyasının ən təməl prinsipi olan fizioloji (yemək və çimmək) ehtiyacını" xatırlatdaraq qurumun missiyası ilə bağlı rəsmi saytında yazdığı cümlələrdən sitat gətirib.
"Sizi əmin edirəm ki, bu gün mən yeməyimi bişirməyə qaz, çimməyə isti su tapmıramsa, siz nə "Azərbaycanda elmi-texniki, iqtisadi və..." dəstək ola biləcək, nə də "regional və..." mənfəət əldə edə biləcəksiniz", məktubda yazılır.
Nəinki Bakıda, respublika ərazisində qazın verilməsi ilə bağlı heç bir məhdudiyyət gözlənilmir və qəza halları istisna olmaqla Azəriqaz qış vaxtına hazırdır, Azəriqaz İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbəlayi bildirib.
Cənab Kərbəlayi əlavə edir ki, isti aylarda gün ərzində qaz istehlakı 4-6 milyon kub metr həcmində idisə, qışda bu rəqəm 19 milyona və daha yüksəyə çatır.
Oktyabr ayında paytaxtın mərkəzi prospekt və küçələrində, Binəqədi, Bayıl, Masazır ərazilərində, Hövsan qəsəbəsində yaşayan sakinlər təbii qazın azlığından və ya heç olmamasından şikayət ediblər. Həmin vaxt cənab Kərbəlayi problemin havaların soyuması və təbii qaza olan tələbatın artması ilə əlaqədar yarandığını deyib.
Milli.Az
XƏBƏR LENTİ
Koronavirus üçün maskalar dəbli aksesuara çevrilib - FOTO
Gün var əsrə bərabər: Ötənləri yada salaq
"ASAN xidmət" bu gündən "kupça" verməyə başlayır
Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA
Evdə təhlükə yaradan əşyalar
Qafqaz Müsəlmanları İdarəsi Məhərrəmliklə bağlı qərar verdi
Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir
Bakıda şimal küləyi əsəcək
Yeni müdafiə naziri general-polkovnik poqonu taxdı
Hərbçimiz Şuşada “Sarı gəlin”i ifa etdi - VİDEO
Əlfəcinlərim-1
Sevdiyi qıza evlilik təklif etmək istədi, ancaq evini yandırdı
Günün ulduz falı - 18.01.2014
"Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir"
Baharın Yeni Trendi: Dəri Şalvarlar
SMS icazənin müddəti artırıla bilər? - AÇIQLAMA
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər
Nokia-larda Android olmayacaq
Bu gün “Son zəng” qeyd olunur
Bakıda Xocalı soyqırımının qurbanlarının xatirəsi yad olunur - FOTO
İynə ilə rəsm çəkən tibb bacısı
Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ
Bir gündə üç kitab təqdim ediləcək
Ramazan bayramında terror həyəcanı
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Prezidentdən yeni qərar
5 il öncə boşandığı xanımı ilə bu səbəbdən bir araya gəldi
Dünyanın ən böyük limanı
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar
Hamiləlik dövründə idmanın körpənin zəkasına təsiri
Paytaxt avtobuslarında yeni sistem
Ramazan ayında səfərə çıxmaq olarmı?
Boksçularımız ermənilərə dərs keçdilər
Azərbaycanda zəlzələ oldu
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Bacınız və qardaşınız varsa, şanslısınız!
İrina Şeyk 10 aylıq körpəsi və sevgilisi ilə - FOTO
12 illik təhsilə keçiddə əlavə 1 il hansı təhsil pilləsinə veriləcək?
Selfi həvəskarlarına Göygöldən şad xəbər
Maddələr mübadiləsi sürətləndirmək üçün 11 təklif
Mərci böreyi (foto resept)
AKP-nin yeni sədri sabah bilinəcək
Bu günün hava proqnozu - 27.10.2013
Bu sistem 13 dəqiqəyə robotlar yaradır
Gəlin ayaqqabıları
"Barselona"ya yox deyib "Real"ı seçdi
Xoşbəxtliyə açar olan doqquz qayda
Ətəkləri hansı uzunluqda seçməliyik?
İplərdən qolbağ düzəldək
- ŞƏRHLƏR