Qurban bayramı ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçib. Day.Az APA TV-yə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov bildirib ki, bununla bağlı müvafiq əmr imzalanıb.
"Həm rayon, həm də şəhər baytarlıq idarələrinə tapşırılıb ki, gətirilən heyvanlar baytarlıq şəhadətnaməsi əsasında yoxlanılsın. Kəsimdən sonra bir daha baytarlıq ekspedisiyasından keçirilsin, əhaliyə sağlam və keyfiyyətli məhsullar təqdim olunsun. Artıq bu istiqamətdə həm Bakı şəhərində, həm də digər bölgələrimizdə müvafiq işlərə start verilib. Mütəxəssislərimiz yerlərə təhkim olunub. Hər bir sahəyə ciddi nəzarət olunur. Güman edirik ki, bayram yüksək səviyyədə keçiriləcək".
Onun sözlərinə görə, yoxlamalar zamanı hələlik heç bir neqativ hala rast gəlinməyib.
"Hələlik neqativ hallara rast gəlinməyib. Əgər sənədsiz gələn heyvanlar olarsa, bu, dərhal bizim baytarlıq mütəxəssisləri tərəfindən nəzarətə götürüləcək və həmin heyvanlar müayinə olunduqdan sonra onların satışına icazə veriləcək. Biz buradan iş adamlarına da, ayrı-ayrı sahibkarlara da müraciət edirik ki, mütləq Qurban bayramı ərəfəsində, qurban bayramı günlərində gətirilən heyvanlar baytarlıq şəhadətnaməsi ilə müşayiət olunsun. Yəni heç bir problem yaranmasın".
Hazırda Bakı şəhərində daimi fəaliyyət göstərən 10 kəsim məntəqəsi var ki, onlardan bir neçəsində ilkin dezinfeksiya işləri aparılır. Məqsəd isə gətirilən heyvanların təmiz şəraitə uyğun kəsimi və satışıdır.
Bakı Şəhər Baytarlıq İdarəsinin müfəttişlik şöbəsinin müdiri Zahid Nəsibli dezinfeksiya işləri üçün xüsusi maşınların ayrıldığını deyib: "Dezinfeksiya işləri üçün hazırda gördüyünüz kimi, bizim maşın ayrılıb, əvvəlcədən tədbirlər görülür dezinfeksiya işləri aparılır. Qurbanlıq bayramı bitdikdən sonra eyni ilə dezinfeksiya işləri aparılacaq, gördüyünüz kimi kəsim yerləri təmizdir, sanitar tələblərinə uyğundur. Heyvanların sağlamlığı vacibdir, onların insan qidası üçün təhlükəsizliyinə fikir verilməlidir. Biz heyvanların sağlamlığına, sanitariya qaydalarına əməl olunmasına nəzarət edirik".
Çəkiliş qrupumuzla birlikdə qurbanlıq heyvanların satışı və kəsim məntəqələrinə baş çəkirik.
"Hazırda qurbanlıq heyvanların satış məntəqəsindəyik. Bu ildən etibarən bazara çıxarılan heyvanlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən deyil, yerli sahibkarlar tərəfindən gətirilir. Qiymətlər bazar mühitinə, tələb və təklifə uyğun olaraq müəyyənləşir".
Keçən il bazarda daha çox Gürcüstandan gətirilən heyvanlar müşahidə edilirdisə, bu il belə heyvanlara rast gəlmədik. Qurbanlıq heyvanlar bu il daha çox Aran bölgələrindən gətirilib. Qiymətlər xırdabuynuzlu mal-qaranın çəkisinə uyğun olaraq 8-10 manat arasında dəyişir.
"Bərdə rayonundan gətirmişik. Qurbanlığa düşən heyvanlardır. 1 yaşını adlamış heyvanlardır. Hər qiymətə var. 120-130 manata var. Bir kiloqramı təxminən 8-9 manata düşür. Hər qiymətə var, 100-150 manata. Kimin nəyə gücü çatırsa, o qiymətə alır. Bəzən endirim də edirik. Çəkilər yuxarı olduqca qiymətlər aşağı düşür. Bir az xırda heyvanlar daha baha olur. Amma böyük, 30 kilo çəkisi olan heyvanların bir kiloqramı təxminən 7 manatdır. 22-23 kiloqram əti olan heyvanlar bir kilosu orta hesabla 8 manata, 14-15 kiloqram çəkisi olan heyvanların bir kilosu isə 9 manata düşür. Müxtəlif qiymətlədir. Hər çəkidə heyvanlar var, çəkiləri 10 kiloqramdan başlayır, 30 kiloqrama kimi dəyişir".
Müsahibimiz deyir ki, bayramla əlaqədar satış məntəqələrində canlanma müşahidə olunur. Onun sözlərinə görə, səhər saatlarından bu yana artıq 10 heyvan satılıb.
"Gördüyünüz bu qoçlar Beyləqan rayonundan gətirilib. Qobu cinsidir. Qiymətləri isə çəkisinə görə fərqlənir".
Satıcı qurbanlıq heyvanların ətinin orta hesabla 8-9 manat olduğunu deyib: "Qoç var, 25-30 kiloqram gələr, qiyməti çəkisindən asılıdır. Heyvan var, iridir, heyvan var xırdadır. Beyləqandan gətirmişik Qurban bayramına görə. Ətin orta hesabla 8,50 - 9. 50 manata düşəcək".
"Mən istəyirəm ki, Qurban bayramı ilə əlaqədar, qəşəng bir quzu alım. Bax görürsünüz, o qara qoyun, buynuzlu, mən istəyirəm onu alım. Bu əziz bayramdır, burada qiymət nə ola bilər. Qiymət fərq etmir bizim üçün".
Baş çəkdiyimiz digər satış məntəqəsində bildirirdilər ki, qurbanlıq heyvanlar ən azı 7 aylıq olmalıdır.
"Beyləqandan gətirmişik. Qiymətlər baxır quzunun çəkisinə. Əmlik quzular 10 manat, toğlular 9 manat, 8 manat 50 qəpik. Əsas qurbanlığa düşən heyvanların qiymətləri ucuzdur. Qurbanlıq heyvan mütləq ili tamam olmalıdır. Ən aşağısı 7 ayı tamam olmalıdır".
"Qiymətlər bu gün qane edir, sabah bilmək olmaz. Mən aldığım ətin kilosu 10 manata düşür. 14 kiloqramlıq heyvan aldım. 140 manat verdim. 10 manatdan qane edir".
Qeyd edək ki, Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hava xəbərdarlığı - yağış geri qayıdır
Demet Akalının təyyarəsində bomba həyəcanı-VİDEO
Dolu Tovuzu viran qoydu
Kafkanın hamını heyrətləndirən başı - VİDEO
Bakıda metro terrorundan 20 il ötür
Manat Asiyanın ən dəyərli valyutası oldu
Başqa planetlərdə həyat axtarışı – Elm adamlarından kəşf
NASA Mars "hörümçəklər"inin FOTOsunu paylaşdı
"Əziz Novruzum" (I hissə)
Uşağınız məktəbdə bu xəstəliyə yoluxa bilər
Naços deserti (foto resept)
Hava haqqında
Qara dəliyə düşən insanın qəribə taleyi(2)
Övladlığagötürmə ilə bağlı YENİ QAYDALARın layihəsi
2015-də nə yeyək?
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
İran Ərdəbil-Bakı aviareysinin açılmasını təklif edir
ABŞ Leninin nəşini almaq üçün hərəkətə keçdi - Milyonlarla dollar toplandı
Qar yağacaq, külək əsəcək
Azərbaycanda terrora qarşı mübarizə gücləndirilir
Şagirdlərin tətil günlərinin sayı açıqlandı
Deputatdan xəbərdarlıq: "Azərbaycanda 400 min ölkə vətəndaşı su altında qala bilər"
Miranda Kerr üçüncü dəfə ana olacaq
Bu qız dünya gözəli seçildi - FOTO
"Hər gün 20 nəfərdən evlilik təklifi alıram"
BlackBerry yeni smartfonu satışa çıxarır
Aksesuar seçimi necə olmalıdır?
CHP-dən qalmaqallı Azərbaycan iddiası
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Oktyabrın 9-u qeyri-iş günü olacaq
Məşhur seriala yeni aktyor gəlir-FOTO
Günün qoroskopu: uğur xırda məsələlərin həllindədir
İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Sevindirici XƏBƏR: qorxunc dəlik bağlanır
Yeni il tortları və peçenyeləri
Sibel Can izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Arı pətəyi piroqu (foto resept)
Kim ki yüz il yaşamırsa...
"Pensiyalar artacaq"
Qaşlar niyə tökülür?
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Tibbin qorxunc tarixi - FOTOSESSİYA
2116 Yusifimiz var, 1444 Hüseynimiz
Alişanın yoldaşı aylar sonra ARIQLADI-FOTO
Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edir
Ağız qoxusunun qarşısını alan üsullar
Pazllar ("Tom və Cerri")
Alimlər 100 mikrometrlik "laboratoriya" çap ediblər














