Beynəlxalq Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında 2500 il bundan əvvəl mövcud olan şəhər tipli böyük yaşayış yerində 2006-cı ildən arxeoloji qazıntı aparır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekspedisiyanın qənaətinə görə, qədim şəhərdə saraylar və digər tikililər bir-birindən xeyli aralı olmaqla, parkların, bağların arasında yerləşməklə divarlarla əhatələnib. Böyük tikililərdə geniş sütunlu zalların, uzun dəhlizlərin olduğu qeyd edilir. Bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər, 220 il mövcud olub və Əhmənilər imperiyasına məxsus Pasarqad, Persopol tikililəri ilə müqayisə olunur. Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yeri Əhmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olduğu güman edilir. Beynəlxalq ekspedisiya Qaracəmirli yaxınlığında qədim yaşayış yerində hələlik bir neçə yerdə qazıntı apararaq böyük inzibati, təsərrüfat, istehsalat tikililərinin və dini abidənin qalıqlarını aşkarlayıb. Onlardan böyük sarayın qalıqları xüsusi əhəmiyyət kəsb edir.
Ekspedisiyanın rəhbəri İlyas Babayev deyib: "Bu vaxta qədər burada 28 sütun altlığı tapılıb. Görünür, burada 100-dən çox sütun altlığı var. Sarayın 8 metr enində, 25 metr uzunluğunda giriş hissəsi olub, onun arxasında 675 kvadratmetrdə audiensiya zalı yerləşir, ətrafında isə dəhlizlər və böyük zallar var. Burada tapılan maddi mədəniyyət nümunələri azdır, ancaq elitardır. Gil qablar çox azdır. Halbuki saray olmasaydı, gil qablar çoxluq təşkil edərdi. Ən maraqlısı isə burada mixi yazıların olmasıdır".
Hazırda ekspedisiya saraya aid edilən 5-ci sahə adlanan ərazinin qazıntısını aparır. Beynəlxalq ekspedisiyanın tərkibində almaniyalı arxeoloqla yanaşı, milliyyətcə yapon olan, Ankara Universitetinin magistrantı Masumi Uehara da iştrak edir.
Masumi Uehara bildirib ki, 10 gün davam edən qazıntılarda kərpic tikililər və onun bərabərində zibil çökəklikləri aşkarlanıb, keramika və küp parçaları, daş alətlər tapılıb.
Qeyd edək ki, saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır. Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb. Sarayın e.ə. V əsrin birinci yarısında, 2480 il bundan əvvəl tikildiyi güman edilir.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Nişan üçün don modelləri
Bakıda telefon rabitəsi sahəsində yenilik.
Ronaldo ağladı-SƏBƏB
Kosmosda tərəvəz yetişdiriləcək
Zəhərli çiçək
Şifon donlar
Əmzikləri təmizləməyin ən düzgün yolu
2018-in trend aksesuarları
Elektron ödəmə populyarlaşır
Əməliyyata 250 min xərcəlilər, peşman oldular-FOTO
86 yaşlı alpinist QƏRARINDAN DÖNDÜ-SƏBƏB
Bu gün səni istədim
Sürücüsü Hülya Avşarı məhkəməyə verdi
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
Bakıda metro terrorundan 20 il ötür
Aygün Bəylərin ərə getmək xəbəri YALAN ÇIXDI - VİDEO
Zərif görünmək üçün nə geyinməli?
Günün ulduz falı - 30.12.2013
Manikür modelləri
Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”
Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
Rəsul Çunayev lider oldu
Murad Bozun yeni sevgilisi odur
Yumurta ucuzlaşdı, kartof bahalaşdı
Günün qoroskopu: diqqəti əldən verməyin
Salma Hayekdən L'Officiel üçün fotosessiya
Xoşbəxtliyimizin açarı
Fıstıqlı şorba ( foto resept)
Bu il iPhone sahibləri nə qədər pul xərclədilər?
"Milan" satıldı - 1,5 milyarda
Fahriye Evcen kökəlməsi barədə yazdı-FOTO
WhatsApp istifadəçilərinə ƏLA XƏBƏR!
Bayram günü 26Лљ isti olacaq
Eyni vaxtda iki qızla evləndi-SƏBƏB
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Bakıda bütün taksi qiymətləri eyni olacaq - VİDEO
"Kobra Pərviz" "Survivor" -2020-dən Ayrıldı
Dünya mətbəxi - Yunanıstan
Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər
Mervenin sirri məlum oldu-FOTO
Banklar krediti dayandırdı
Rober De Niro xanımından ayrılır-SƏBƏB
Şvartsenegger uzunqulaqla şahmat oynadı – FOTO
Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab verdi
Tərəvəzli pizza (foto resept)
Demet Akalın ad gününü belə qeyd etdi-FOTO
Azərbaycanda 62 əsir var – Erməni deputat
“Survivor”a yeni iştirakçılar gəldi- FOTO
25 il Laçınsız...
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?














