Ramazan ayının kəffarəsi üzərinə vacib olan şəxs ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birinə bir mudd, yəni təqribən 750 qram buğda, arpa, çörək və bu kimi şeylərdən verməlidir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) verilən məlumata görə, əgər bunlardan heç biri mümkün olmasa, bacardığı qədər sədəqə verməli, əgər bunu da edə bilməsə, istiğfarə etməlidir. Lakin mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, kəffarəniödəməlidir.
Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və onun bir gününü o biri aydan olmaqla ardıcıl tutmalıdır. Əgər onun davamındakı otuz gün ardıcıl olmasa, eybi yoxdur. İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.
Ardıcıl oruc tutmalı olan bir şəxs əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən başlayaraq ardıcıl tutmalıdır. Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların davamını yerinə yetirər.Müəyyən bir gündə oruc tutacağını nəzir edən şəxs o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzirin pozulması kəffarəsində izah olunacaq.
Oruc tutan şəxs sözünə etimadı olmadığı bir şəxsin "iftar oldu" deməsi ilə orucunu yesə və sonra da iftar olmadığını bilsə və ya iftar olub-olmadığında şəkk etsə, həmin günün orucunun qəzası və kəffarəsi ona vacib olar.
Qəsdən orucunu batil edən şəxs zöhr vaxtından sonra səfərə çıxsa, ya kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta zöhrdən əvvəl qarşıya çıxan səfərə getsə, yenə də ona kəffarə vacibdir.
Oruc tutan şəxs qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya digər xəstəliklər kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbdir.
Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra Şaban ayının son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.
İnsan Ramazanın son günü, yoxsa Şəvval ayının biri olduğundan şübhələndiyi gündə qəsdən orucunu pozarsa, belə ki, sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib olmaz.
İnsan kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməməlidir, lakin dərhal yerinə yetirməsi də lazım deyil.
Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan şəxs altmış fəqir tapa bilməsə, tapdığının hər birinə bir muddan artıq təam verməsin, yaxud bir fəqiri bir dəfədən artıq doydurmasın. Lakin fəqirin ailəsi olsa, insan onun fəqir ailə üzvlərinin hər biri üçün hətta azyaşlı olsalar da, bir mudd təam verə bilər.
Ramazan ayının orucunun qəzasını tutan şəxs əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, on yoxsulun hər birinə bir mudd (750 qram) təam versin. Əgər bunu verə bilməsə, üç gün oruc tutsun.Orucun yalnız qəzası vacib olan yerlər:
Bir neçə yerdə (əvvəldə qeyd edilən yerlərdən başqa) oruc tutan şəxsə ancaq orucun qəzası vacibdir və kəffarə lazım deyil:
1. Ramazan ayı gecəsində cünub olan şəxsə, cima məsələsində deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa.
2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti etməsin, ya riya etsin, ya oruc olmasını niyyət etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini niyyət etsə, gərək lazım ehtiyata əsasən, o günün orucunu qəza etsin.
3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün ya bir neçə gün oruc tutarsa.
4. Ramazan ayında sübhün daxil olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa; bu təqdirdə ehtiyata əsasən mütləq-qürbət qəsdi ilə orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.
5. "Sübh olmadı" deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra sübh olduğu məlum olarsa;
6. Ona "sübh oldu" deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini başa düşdüyü halda, özü də araşdırmadan orucu batil edən bir işi gördükdən sonra sübh olduğu məlum olarsa;
7. Kor bir insan, ona şəri cəhətdən höccət olan şəxsin sözünə əsasən iftar etsə və sonra iftar vaxtı olmadığı məlum olarsa;
8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edə, sonra da iftar vaxtı olmadığı məlum olarsa; amma buludlu havada axşam olduğunu zənn edib iftar edərsə, belə ki, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata daha uyğundur.
9. Susuzluq cəhətindən ağzında suyu məzməzə etsə və bu əsnada ixtiyarsız olaraq boğazına su gedərsə, yenə əgər vacib namazdan qeyri bir şey üçün dəstəmaz aldığı zaman məzməzə edərkən boğazına su yetişərsə, onu qəza etmək ehtiyat-müstəhəbdir. Amma oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq su boğazına yetişərsə, qəzası yoxdur.
10. Bir kəs məcburiyyət, ya zərər, ya təqiyyə cəhətindən iftar etsə, qəza etməsi lazımdır, amma kəffarə ona vacib deyildir.
Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, ya suyu burnuna alsa və ixtiyarsız udsa, qəza ona vacib deyildir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Həyatınızı başqalarına görə yaşamayın
Yaşayış evindən öz-özünə çıxan yanğının səbəbi bəlli oldu - FOTO
Şahbaz Quliyev erməni əsirliyində yaşadıqlarını danışdı - VİDEO
Əzələ yığını olan "müsəlman div"
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Skype-da gözlənilən yenilik gerçəkləşdi
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Fransada ara qarışdı
HAVA necə olacaq?-22 Avqust
“Samsung” parçalana bilər
"Terrorun dini yoxdur"
Portağallı piroq (video-resept)
Həkim qədər təsirli 27 meyvə və tərəvəz (1)
Səyahəti sevənlər üçün maraqlı filmlər
Sürpriz kök salatı (foto-resept)
Qədim İspan şəhərində gəzinti
Qənaətcil qadınlara məsləhətlər
Qəhvənin düzgün içilmə qaydası
Hamilə xanımların diqqətinə...
Qadın.Netlilərin tərcümeyi-halı (3)
Dişlər haqqında 5 maraqlı fakt
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Pelin və Anıl cinayətə şahid oldular-FOTO
Tortları bəzəmək üçün güllər düzəldilməsi (foto dərs)
1 həftəyə 5 kiloqram arıqladan qarpız pəhrizi
ABŞ-la Rusiya Qarabağla bağlı razılığa gəldi
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Havanın təmizlənməsi üçün süni ağaclar yaradıldı
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
Xəttə görə xasiyyət necə müəyyən edilir?
Cemli piroq (foto resept)
Avropa Oyunları: Karatedə 3-cü qızıl medalımız!
Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ
Cennifer Lopez sirri açdı-FOTO
Ebru Şahin məşhur basketbolçu ilə sevgilidir-FOTO
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
HAVA necə olacaq?- 10 APREL
"Bəli, mən arvadağızam"
Dəniz Seki 15 kq arıqladı-FOTO
Ananasın faydaları
Yapon alimlərindən COVID-19-un müalicəsində YENİ KƏŞF
"Doğrudanmı Avropada məndən yaşlı insan yoxdur?"
Ramazan ayı ilə əlaqəli mədə xəstələrinə tövsiyələr
Ayaqları uzun göstərən geyim hiylələri
Bürclər nə vaxt hirslənir?
Nyu-Yorkda koronavirusun mənbəyi aşkarlandı
Afrikada bir gün
Ziyafət məclisinin şahzadəsi ol
Sınan əşyalardan və bitkilərdən ev