Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yanğın törədiblər.
Milli.Az bildirir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Ermənistan Silahlı Qüvvələri irimiqyaslı hərbi təlimləri başa vurduqdan sonra ərazilərə od vurublar. Təlimlərdən dərhal sonra işğal altında olan yaşayış məntəqələrində güclü tüstü müşahidə olunub. Hazırda sözügedən ərazidə yanğın davam edir.
Xatırladaq ki, bu gün günün ikinci yarısında erməni silahlı bölmələri nəzarət etdikləri ərazilərdəki dağ massivlərində və düzəngahlarda canlı qüvvə, zirehli texnika və artilleriya qurğularından istifadə edərək təlimlər keçiriblər.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Asteroidin ilk - FOTOları
Gənclər arasında ən varlı adam o oldu-FOTO
Ermənilər Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub - RƏSMİ
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sarkisyana növbəti şapalaq
Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi - FOTO
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
Övlad arasında fərq
Cem Yılmaz Mayamidə EVLƏNİR-FOTO
“O səs Türkiyə”nin yeni münsifi bəlli oldu
Müəllimlik ixtisasları üzrə yeni nəsil proqramlar hazırlanır
Ziyafət geyimləri
Balığın əməliyyatına 380 avro ödədi
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Niki Minajın yoldaşı 10 illik həbs oluna bilər-SƏBƏB
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
Bir az dərin düşünək
Kələmli, üzümlü və almalı salat (foto resept)
Doşablı Peluze (foto-resept)
2 min hamilə qadın dəhşətli virusa yoluxub
BÜRCLƏR bizə nə vəd edir?- 3 Dekabr
Azərbaycanlı aktrisa "erməni soyqırım"na aid filmə çəkildi
Saçların yağlanmasının qarşısını alan 6 üsul
Səhnə gözəli fermerliklə məşğuldur
Ən sürətli saç uzadan maska
Məşhur aktrisa çəkilişə oğlunu da gətirdi - FOTO
65 milyon il əvvəl
Ermənilərin cəbhə xəttində təxribatı davam edir
Tarkan bir aylıq qızına ev aldı
Sevgi ilə əmrə tabe olan Qadın.Net xanımları
İqbal Ağazadənin namizədliyi qeydə alındı
Ağciyərlərinin 95 faizi zərər görən 62 yaşlı pasiyent koronavirusdan sağaldı - VİDEO
Hava haqqında
Azərbaycanda son iki ildə qoyulan ən məşhur adlarla bağlı rəsmi açıqlama
Sokratın 3 süzgəc testi
Alma ağacları kütləvi şəkildə kəsirlir
Kökəlmək istəyənlər qorxulu filmlərə baxsın – Alimlər deyir
Eyvan dekorasiyası
Azərbaycan qazı ilə bağlı mühüm razılaşma əldə olunub
Mühəndislərə böyük şans
Şəfalı bitkilər
FAYDALI MASKALAR
Albert Eynşteyndən aforizmlər
Dostluq mesajları...
Hər zövqə uyğun paltarlar
Dərin yuxuya getməyin yolları
Qeyri-adi corablar
Rusiyanın Azərbaycanla bağlı şübhəsinə son qoyuldu
70 yaşlı Alla Puqaçova konsertə hazırlaşır
Azərbaycanda iş saatları və qeyri-iş günləri ilə bağlı yeni normalar