Cəhbə bölgələrinin Təhsil şöbələri şagirdlərə buraxılış imtahanlarında güzəşt edilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət ediblər.
Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə təhsil şöbələrinin müdirləri özləri açıqlama veriblər.
Tərtər rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev deyir ki, rayonun 3 kəndinin məktəbi Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yararsız hala düşüb. Bunlar Qapanlı kənd orta məktəbi, 1 saylı Şıxarx qəsəbə orta məktəbi və 2 saylı Şıxarx qəsəbə orta məktəbləridir.
"Ötən gün Təhsil Nazirliyi zəng vurub dağıdılmış məktəblərdə təhsil alan şagirdlərin siyahısını istədi. Onlar dedilər ki, həmin şagirdlərə buraxılış imtahanlarında güzəşt olacaq. Çox güman ki, onlar imtahanlardan azad olacaqlar və onlara müvafiq qiymət yazılacaq", - deyə şöbə müdiri bildirdi.
Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova bildirdi ki, rayonun Sarıcalı kənd orta məktəbi təmas xəttində aprelin 2-dən 5-dək davam edən gərginliklə bağlı dağılsa da, tezliklə bərpa olunub. Müdirin sözlərinə görə, cəbhədə ermənilərin kəndləri atəşə tutması nəticəsində ötən gün daha bir məktəb dağılıb və şagirdlər dərsə gəlmirlər.
"Bu gün də təkcə, həmin məktəbdə deyil, bölgəyanı bütün məktəblərdə dərs pozulub və heç bir şagird dərsə gəlməyib. Bununla bağlı mən şəxsən Təhsil Nazirliyinə gedib iddia qaldırmışam. Nazirlik də sağ olsun kollegiya iclası keçirib, ümid edirik ki, məlum səbəbə görə dərsə gələ bilməyən şagirdlərə güzəştlər olunacaq", - deyə Mətanət Misrixanova qeyd etdi.Digər cəbhəyanı bölgələrdə yerləşən məktəblərlə bağlı da məlumatlar toplaya bildik. Füzuli rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova və Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədov onların ərazilərində heç bir məktəbdə dağıntının olmadığını dedilər. Şöbə müdirləri onu da əlavə etdilər ki, həmin rayonların məktəbində davamiyyət də normaldır.
Təhsil Nazirliyinin nümayəndəsi açıqlamasında aprelin 27-dən 28-ə keçən gecə Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin Ermənistan ordusu tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində bir sıra təhsil müəssisələrinə də ciddi zərər dəyməsini və nəticədə cəbhə xəttində yerləşən ümumi təhsil müəssisələrində tədris prosesi pozulduğunu təstiq edib. Lakin nazirlik onlardan asılı olmayan səbəblərə görə təhsil prosesindən kənarda qalan şagirdlərin aqibəti haqda heç bir məlumat vermədi və bölgələr üzrə təhsil şöbələrinin rəhbərlərinin təkliflərini şərh etməkdən imtina etdi.Aprelin 25-dən 26-na keçən gecə təmas xəttində vəziyyət yenidən gərginləşib. Artıq 3 gündür ki, Ermənistan silahlı birləşmələri cəbhə yanı kəndləri artilleriya silahlarından atəşə tutur . Nəticədə Tərtər rayonunda 57, Ağdamda isə 58-dən çox ev dağılıb. Bundan başqa, hər iki rayonda ümumilikdə 6 məktəb, 2 bağça və 2 elektrik təsərrüfatı da sıradan çıxıb.Cəbhə xəttində son zamanlar baş verən hadisələrlə bağlı, valideynlərin narahat olması və uşaqlarını dərsə buraxmaması anlaşılandır. Bir sıra məktəblərin dağılması isə ümumiyyətlə orada dərslərin keçirilməsini mümkünsüz edir.Qarşıdan isə buraxılış imtahanları gəlir və bütün məzunlar bu imtahanlarda iştirak etməlidir. İndi məktəbə gedə bilməyən şagirdlərin imtahanlardan necə keçəcəyi özləri ilə yanaşı Təhsil Nazirliyindən də asılıdır. Şagirdlərin imtahandan alnı açıq çıxmaları üçün nazirlik bir neçə addım ata bilər: həmin şagirdlər təhsilini davam etdirmək üçün yaxınlıqda ki məktəblərə göndərilə bilər, imtahana qədər qavraya bilmədikləri proqramı öyrənmək üçün onlara xüsusi müəllimlər ayıra bilər və ya bu şagirdlərə imtahanda yalnız aprel ayına kimi keçilən proqram üzrə suallar təqdim olunmalıdır. Nazirlikdən şagirdlərə güzəşt olunmayacağı təqdirdə onlar imtahanda aşağı nəticə göstərə bilərlər. Hər gün atəş səsi altında dərs keçməklə onsuz da zərbə alan şagirdlər üçün, bu, ikinci zərbə ola bilər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur reperi güllələdilər-FOTO
Hamiləlik və toksiplazmoz
"iPhone 7Pro" gəlir
Çörəyin qiyməti ilə bağlı
"Payız uşaqları"nda bu xəstəlik daha çox olur
Bal pətəklərinin sirri açılır
İki milyon yarım zəvvar Ərafatdadırlar
MN: Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədinin kəndlərini atəşə tutur
Peyvənd edilməyən uşaqları nə gözləyir?
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Ən cazibədar qadın siyasətçilər
Prezidentin köməkçisi: “S-300-lərimiz Ermənistanın Mingəçevirə atdığı ballistik raketi məhv edib” - VİDEO
Qeyri-adi dizaynlı məscid - FOTO
Uorlik Qarabağ üçün Tiflisə gedib
Bu ölkə də Aİ-ni tərk edir?
Xizək üzərində hotel yaradıldı - FOTO
Makron koronavirusa yoluxdu
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Yuxular haqqında nə bilirik?
Məşhur cütlük yenidən diqqət mərkəzindədir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
Qırıq saç ucları üçün təbii maskalar
Yaşa görə dərinizin ehtiyacları
Ermənistanda zəhərlənmə
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI
NASA Yer kürəsini məhv edəcək asteroidin düşmə tarixini açıqladı
Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır
Ayaqlardakı yağları əridən hərəkətlər
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
20 illik həkim maskaya görə dəlixanalıq oldu-SƏBƏB
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
27 günə 1 milyard qazandı
Kişilərin gizli qorxuları
“Hekimoğlu”da yeni aktyor
“Coca-Cola” 130 illik ənənəsini pozur
Günün qoroskopu: təmaslarda diqqətli olun
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Azərbaycan əsgəri xalqımıza səsləndi - VİDEO
Ədat
“Bitməmiş müharibənin qəhrəmanları ”
Gözaltı ləkələrinin həlli yolları
Həkimlərə qadağa!
Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO
Əfqanıstanda sel:onlarla insan həlak olub
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Dırnaq boyasını qurutmağın 4 praktik yolu
"Dördbucaq" piroqu(foto resept)
Prezidentdən mühüm fərman
Qanunda övladlığa götürmə ilə bağlı yeniliklər olacaq














