Milli.Az bildirir ki, bu barədə Trend-ə IDEA-dan məlumat verilib.
Son dövrlərdə iqlim dəyişikliyi və qlobal istiləşmənin ciddi beynəlxalq təhlükəyə çevrilməsi fonunda yaşından asılı olmayaraq, hər bir şəxsin ətraf mühitin keşiyində durması artıq zərurətə çevrilib.
Məlumdur ki, ekoloji problemlər sərhəd tanımır və heç bir dövlət iqlim dəyişikliyinin fəsadlarından sığortalanmayıb. Aparıcı beynəlxalq mütəxəssislərin qənaətinə görə iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və ona uyğunlaşmanın əsas amillərindən biri ekoloji maarifləndirmənin artırılmasıdır. Bununla belə, ekoloji tədris proqramlarının mütləq surətdə ən erkən yaş qruplarını da əhatə etməsi xüsusi əhəmiyyət daşıyır.
Yuxarıdakıları nəzərə alaraq, artıq uzun müddətdir gənclərin həm peşəkar, həm də həvəskar səviyyədə ekoloji maarifləndirilməsi üzrə mütəmadi layihələr həyata keçirən IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi bu ilin fevral ayından etibarən məktəblilər üçün "Ətraf mühiti birgə qoruyaq" mövzusunda ekoloji tədris proqramına başlamışdır. Proqramın məqsədi gənc nəsildə təbiətə qayğıkeş münasibətin aşılanması, ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi və ətraf mühit problemlərinin həllinə gənclərin cəlb edilməsindən ibarətdir.
Ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Qeyd olunamalıdır ki, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə eko-klubların yaradılması prosesinə başlamışdır. Hazırda Bakı şəhərində fəaliyyət göstərən 25 ümumtəhsil müəssisəsində bu cür eko-klub təsis edilmişdir və eko-klub şəbəkəsinin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "Ətraf mühiti birgə qoruyaq" proqramı çərçivəsində hər ay şagirdlər üçün ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. ekoloji mövzuları əhatə edən təlimlər təşkil ediləcəkdir.
Proqram çərçivəsində ilk təlim 8 fevral tarixində Bakı şəhəri, 6 saylı orta məktəbin eko-klubunda təşkil edilmişdir. Nəzəri və praktiki hissələrdən ibarət olan fevral təlimi "alternativ enerji - gələcəyin enerjisi" mövzusuna həsr olunmuşdur. Təlimdə 30 nəfərdən çox şagird iştirak etmişdir.
Təlimin nəzəri hissəsində şagirdlərə bərpa olunan və bərpa olunmayan enerji mənbələri, onların ətraf mühitə təsiri, enerjinin insan həyatında əhəmiyyəti, alternativ enerji mənbələrinin müsbət cəhətləri, Planetimizin enerji ehtiyatlarının qorunması, Azərbaycanın enerji ehtiyatları və enerjiyə qənaət, IDEA İctimai Birliyinin bu sahədə həyata keçirdiyi tədbirlərlə bağlı geniş məlumat verilib.
Praktiki iş zamanı isə şagirdlər alternativ enerji mövzusunda interaktiv çalışmalar, enerjinin əldə edilməsi ilə bağlı təcrübələr, qrup şəklində iş, krossvord və testlərin həlli, viktorinalara cəlb olunmuşlar.
İnteraktiv şəraitdə keçirilən təlimdə şagirdlər ətraf mühitlə bağlı onları maraqlandıran mövzuları mütəxəssislərlə müzakirə etmək imkanı da əldə ediblər.
IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Respublikamızın digər orta təhsil müəssisələrinin şagirdləri üçün də oxşar təlimlər təşkil niyyətindədir. "Ətraf mühiti birgə qoruyaq" proqramının təlimləri barədə mütəmadi olaraq, mətbuatda və IDEA İctimai Birliyinin internet resurslarında məlumat veriləcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA