Manatın növbəti devalvasiyası ilə əlaqədar əhalinin kommersiya banklarına olan 10 min manata qədər borclarının əvvəlki məzənnə ilə ödənilməsi nəzərdə tutula bilər.
Milli.Az xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.Az saytına açıqlamasında bir sıra təkliflərlə çıxış edib. Deputat qeyd edib ki, əslində devalvasiyanın yumşaq şəkildə tətbiqi nəzərdə tutulsa da, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi manatın 50 faiz ucuzlaşmasını labüd edib: "İl ərzində iki dəfə devalvasiyanın olması bank sisteminin, eyni zamanda əhalinin bəzi problemlərinin həllini gündəmə gətirib. İlk olaraq müzakirə predmeti istehlak kreditləridir. Belə ki, dollarla kredit götürən insanların vəziyyəti çox çətindir. Bu baxımdan onlar əlavə vəsait ödəməsinlər deyə, Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır, həmin insanların aldığı kreditlərin (10 min manata qədər) köhnə məzənnə ilə ödənilməsi qərarı verilə bilər. İstəyimiz nisbətən aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsi, kreditlərin ödənilməsinə müəyyən mənada yardım edilməsidir.
Bank sistemində bank faizləri, o cümlədən iri bankların yaradılması məsələləri öz həllini tapmalıdır. Banklar öz aralarında birləşərək, kapital yığını əmələ gətirməlidir ki, bank faizləri aşağı düşsün".
Vahid Əhmədov neftin qiymətinin 20 dollara düşməsi fonunda manatın hansı həddə qədər ucuzlaşmasına da aydınlıq gətirib. O qeyd edib ki, bununla bağlı hökumətin xüsusi tədbirlər planı olmalıdır: "Məndə olan məlumata görə, hazırda bunun üzərində iş gedir. Aldığım məlumata görə, cənab prezident İlham Əliyev hökumətə belə bir göstəriş verib ki, elə proqram tərtib etsinlər ki, manatı bu səviyyədə qoruyub saxlamaq mümkün olsun. Bunun üçün də ixrac yönümlü məhsulların istehsalı, sahibkarlıqla məşğul olan insanlara müəyyən güzəştlərin verilməsi, monopoliyanın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və s. məsələlərə Azərbaycan hökuməti tərəfindən baxılacaq.
Gələcəkdə devalvasiyanın baş verməməsi üçün Azərbaycan hökumətinin üzərinə çox böyük məsuliyyət düşür ki, ixrac yönümlü məhsulları artırsın, idxalın strukturuna yenidən baxsın. Hansı məhsulları ki, Azərbaycanda istehsal etmək lazımdır, onları idxaldan çıxarmaq lazımdır. Büdcə xərclərilə əlaqədar nəzarət gücləndirilməli, hər bir manat təyinatı üzrə xərclənməlidir. Mən hesab edirəm ki, Mərkəzi Bank və Azərbaycan hökumətinin bu sahədə ciddi planları var və bunları həyata keçirəcəklər".
V.Əhmədov deyib ki, bankların bağlanmaq təhlükəsi yoxdur və onların hər birinin iqtisadi cəhətdən manevr etmək imkanları var. O, həmçinin qeyd edib ki, əmanətlərin qorunması məsələsi gündəmdədir: "Bildiyiniz kimi 30 min manatadək olan əmanətlər qorunur. Biz təklif etdik ki, əmanətlər 250, 500 min manata qədər qorunsun və 3 il müddətinə monopoliya qoyulsun ki, heç bir problem yaranmasın. Hökumət belə addımlara gedə bilər, çünki beynəlxalq praktikada da bu var".
Deputat xüsusi olaraq vurğulayıb ki, bahalaşma ilə əlaqədar ölkə başçısının göstərişi var: "Bahalaşma ilə əlaqədar prezident İlham Əliyevin xüsusi göstərişi olub. Bu barədə Mərkəzi Bankın sədri də qeyd edib. İqtisadi İnkişaf Nazirliyi subyektiv qiymətlərin qarşısını almalıdır, bahalaşmaya gedilməməlidir. Çünki anbarlarda olan mallar köhnə qiymətlərlə alınıb, elə köhnə qiymətlə də alıcılara satılmalıdır. Ciddi monitorinqlər aparılsa, ciddi bahalaşmaya gedilməz. Hər dəfə devalvasiya prosesi gedəndə müəyyən qədər bahalaşma olur. O zaman əhalinin sosial vəziyyəti ilə əlaqədar sosial paket hazırlanmalıdır və ona baxılmalıdır.
Pensiya və əmək haqqı ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Müəyyən qədər indeksasiya prosesi gedə bilər. Bu da Azərbaycan hökumətinin qəbul etdiyi qərardan asılı olacaq. Sosial problemlərlə əlaqədar sosial paket hazırlana bilər. Həmçinin pensiya ilə bağlı da islahatlar aparılmalıdır.
Əsas müzakirə mövzusu sənaye obyektlərinin yaradılmasıdır ki, kənd təsərrüfatı və sənaye sahələrində qısa müddət ərzində həm xaricə çıxa bilək, həm də bəzi məhsulları idxaldan çıxaraq. Bu da gələcəkdə manatın möhkəmlənməsinə səbəb olsun".
V.Əhmədov deyib ki, 21 fevral devalvasiyasından sonra əmanətlərin 20 faizi dollarda, 80 faizi isə manatda idi: "Mərkəzi Bankın yaratdığı şəraitdən sonra insanların əmanətlərinin 80 faizi dollardadır, 20 faizi manatdadır. Faktiki olaraq həmin insanlar 50 faiz udublar".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR