Yaşadığımız müasir texnologiya dövründə insanların bir-biri ilə ünsiyyətinin azalmasına baxmayaraq, adətən bir nəfər zarafat edərsə və ya lətifə danışarsa, bir çoxları maraqla ona qulaq asar.
Lakin çox təəssüf ki, çox vaxt zarafatın mahiyyəti xeyli dəyişir. Bu gün əgər kimsə zarafat edib başqasını güldürmək istəyirsə, adətən bir nəfəri mütləq qurban edir. İnsanların abır və həyası onlar üçün mühüm deyildir. Fərqi də yoxdur ki, bu qurban kim olsun: müəllim, dost, həmkar, müdir, tanınmış şəxsiyyət və sair. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəzən də göz-qaş edərək, işarə ilə başqalarının eybini aşkar etmək istəyirik. Dəfələrlə insanları məsxərə edir və eyblərini söyləyərək, təhqir edirik. Gülmək üçün ya zahiri görünüşünü bəhanə edirik, ya geyim tərzini, ya söhbət etmək tərzini.
Bir nəfər bir sözü səhv deyən kimi, hamımız onun üçün hakim ola bilirik və mühakimə etməyə başlayırıq. Olmalıları söyləyir və hamının qulağına çatdırırıq. Xatasının bağışlanılmaz olduğunu söyləyirik. Guya onu tənqid edirik, ancaq ən sərt təhqirlərimizlə onu alçaldırıq. Səhv edən insanı yerə batırmağa artıq hamımız adət etmişik.
Ancaq heç düşünmürük ki, bu insanın abırı onun üçün hər şeydir. Abrımız hamımız üçün dəyərlidir və hər şeyimizdir. Əgər hər bir səhvimizə görə Allah bizi rüsvay etsəydi, hər birimizin harada olduğunu təxmin belə etmək olmazdı. Allah Təala bu qədər əzəməti ilə eybləri gizlədəndir. Bunu hamımız yaxşı bilirik.
Allah Təala - Səttarul-uyubdur. Bəndələrinin abrına böyük dəyər və əhəmiyyət verir. O zaman ki, söhbət abırdan gedir, bizi kəskin şəkildə çəkindirir və buyurur: "İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına". ("Huməzə" 1).
Eyb axtarmaq və tənə vurmaq başqalarının abrını aparar və Uca Allah bizləri bu işdən kəskin şəkildə çəkinindirir və qorxudur. Ona görə də gərək öz hesabımızı götürək və Allah Təalanın bu xəbərdarlığını çox ciddi qəbul edək. Yəni, bu rəzil sifətin dağıdıcı olduğuna diqqət edək.
İmam Sadiq (ə) buyurur: "Allah Təala Öz mömin bəndəsi üçün 40 pərdə qərar vermişdir. Nə zaman günah etsə, bir pərdə kənara çəkilər. Mömin qardaşının eybini bilsə və onu buna görə danlasa, o biri pərdələr də kənara çəkilər və pərdəsiz qalar. Bu zaman səmada rüsvay olması mələklərin dilinə düşər və yer üzündə də insanların".
İmam Əli (ə) buyurur: "Ey Allah bəndəsi! Başqasının xırda günahında tələsmə. Belə ki, ola bilsin, o, bağışlanmış olsun. Özün barəsində etdiyin kiçik günaha görə amanda olma. Çünki ola bilsin ki, ona görə əzab olunasan. Ona görə də sizlərdən hər kim başqasının eybini bilsə, gərək ona qulp qoymasın. Çünki bilir ki, özünün də eybi vardır və gərək başqalarında olan eybin onda olmamasının şükrünü etməklə məşğul olsun".
Ona görə də deyə bilərik ki, başqasının eybini axtarmaq və onu üzünə vurmaq - ən böyük günahlardandır və insanın abrını aparar. Bu işdən - zarafatla da olsa belə - çəkinmək lazımdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Nazirlikdən qrip epidemiyası ilə bağlı AÇIQLAMA
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Hər kəs bu uşaqdan danışır
Günün qoroskopu: maliyyə baxımından uğurlu gündür
Smart saat sevgilisinin xəyanətini aşkarladı
Qurban bayramı TÖVSİYƏSİ
Gəlin saçı modelləri
Saç uzadan soğan suyu
Skandinaviya ölkələrinin mətbəx dekorasiyaları
Ehtiyatlı olun: Facebook-un 800 min istifadəçisi yeni virusun qurbanı oldu
Bakı metrosu ilə bağlı qadağa
Bakıda hamilə qadın koronavirusa yoluxdu: Vəziyyəti ağırdır
Xoşbəxt evlilik nədir?
Saç tökülməsinin qarşısını alan nar maskası
“İnstagram” və “Facebook” çökdü
Koronavirusla bağlı SON STATİSTİKA
Finlandiya 10 ölkənin vətəndaşlarına sərhədlərini bağlayacaq
Limonu dilimləyib yatağınızın başına qoyun
Türkiyədə 1500 illik İncil tapıldı-Qeydlər Vatikanı ayağa qaldırdı-FOTO
Məşhur aktyor xəsarət aldı
Rəngarəng çantalar
Uşaq geyimləri
İlan qızı buna görə əzizləyirmiş - İnanmayacaqsınız-FOTO
Sərt qış günlərində sağlamlığımızı necə qoruyaq?
İranı Azərbaycanla yeni körpü birləşdirəcək
Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?
Kişilər aşiq olarsa
Putin 7 rayonu necə qaytarır?
Həccin də xərci artır
"Barsa" qışda kimi transfer edəcək?
Facebook-da YENİLİK
Prezident Qənirə Paşayevanı təltif edib
Bakının bu hissəsində su olmayacaq
Məşhurların qəribə gözəllik sirləri
Qadin.Net - 4 il Sizlərlə!
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Demet Akalın 10 minlik çəkmə geyindi-FOTO
Müsəlmanlar küçəyə çıxacaq
Şəfa mənbəyi: Mixək
Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Mehriban Əliyeva fransalı səfirlə görüşdü - FOTO
İş axtarırsınız?..
Abdullah Gülün oğlu Harvarddan məzun oldu
Şeymanın bacısından gözlənilməz paylaşım
BÜRCLƏR bizə nə vəd edir?-4 Fevral
Bu ölkə müharibə tədbiri gördü
Morris sindromu
Azərbaycanın bu il məhsul idxal və ixrac etdiyi əsas ölkələr - SİYAHI
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]