"Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib.Dövlət başçısı vurğulayıb ki, bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır:"Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. "Cənub" qaz dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki, daha da güclü olacaqdır. "Cənub" qaz dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir.Nəqliyyat sektorunda biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq".
İlham Əliyev vurğulayıb ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır:
"Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur reperi güllələdilər-FOTO
Hamiləlik və toksiplazmoz
"iPhone 7Pro" gəlir
Çörəyin qiyməti ilə bağlı
"Payız uşaqları"nda bu xəstəlik daha çox olur
Bal pətəklərinin sirri açılır
İki milyon yarım zəvvar Ərafatdadırlar
MN: Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədinin kəndlərini atəşə tutur
Peyvənd edilməyən uşaqları nə gözləyir?
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Ən cazibədar qadın siyasətçilər
Prezidentin köməkçisi: “S-300-lərimiz Ermənistanın Mingəçevirə atdığı ballistik raketi məhv edib” - VİDEO
Qeyri-adi dizaynlı məscid - FOTO
Uorlik Qarabağ üçün Tiflisə gedib
Bu ölkə də Aİ-ni tərk edir?
Xizək üzərində hotel yaradıldı - FOTO
Makron koronavirusa yoluxdu
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Yuxular haqqında nə bilirik?
Məşhur cütlük yenidən diqqət mərkəzindədir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
Qırıq saç ucları üçün təbii maskalar
Yaşa görə dərinizin ehtiyacları
Ermənistanda zəhərlənmə
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI
NASA Yer kürəsini məhv edəcək asteroidin düşmə tarixini açıqladı
Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır
Ayaqlardakı yağları əridən hərəkətlər
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
20 illik həkim maskaya görə dəlixanalıq oldu-SƏBƏB
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
27 günə 1 milyard qazandı
Kişilərin gizli qorxuları
“Hekimoğlu”da yeni aktyor
“Coca-Cola” 130 illik ənənəsini pozur
Günün qoroskopu: təmaslarda diqqətli olun
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Azərbaycan əsgəri xalqımıza səsləndi - VİDEO
Ədat
“Bitməmiş müharibənin qəhrəmanları ”
Gözaltı ləkələrinin həlli yolları
Həkimlərə qadağa!
Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO
Əfqanıstanda sel:onlarla insan həlak olub
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Dırnaq boyasını qurutmağın 4 praktik yolu
"Dördbucaq" piroqu(foto resept)
Prezidentdən mühüm fərman
Qanunda övladlığa götürmə ilə bağlı yeniliklər olacaq














