"Əl Qaida", İŞİD və "Boko Haram" kimi təşkilatların törətdikləri vəhşiliklərlə dini inancları arasında bir əlaqə varmı? Ötən bir neçə həftədir ki, Rusiya və ABŞ-ın Suriya və İraqda böyük ziyanlar vuran cihadçılara qarşı hərbi fəaliyyətləri artırdığının şahidi oluruq. Belə bir vaxtda "Foreign Policy" dərgisinin ABŞ-ın Sülh İnstitutu ilə əməkdaşlıq edən "Peace" ("Sülh") kanalı "Kafir: Niyə görə islam dini reformasiya olunmalıdır" ("Heretic: Why Islam Needs a Reformation Now") kitabının müəllifi Ayan Hirsi Ali və ABŞ-ın Sülh İnstitutunun vitse-prezidenti Manal Omardan ekstremizmin ən son axınının arxasında hansı amillərin durduğunu və necə dəf edilə biləcəyini müzakirə etmələrini xahiş edib.
Ayan Hirsi Ali "Allahın adı ilə silahlı cihad üçün dəstək axtaran istənilən şəxsin bunu Quran ayələrində və hədislərində kifayət qədər tapa biləcəyini", Omar isə "işin əslinin İraq, Suriya və Pakistan da daxil olmaqla, müsəlman ölkələrinin əksəriyyətini ələ alan ekstremist zorakılığının mürəkkəb siyasi və sosial şəraitin məhsulu olduğunu" bildirir.Manal Omarın Ayan Hirsi Aliyə cavabı
Ayan Hirsi Alinin arqumenti üç şeyə görə xüsusi təəccüb doğurur: birincisi, o, hal-hazırda da davam edən islam dininin dərk edilməsindəki irəliləyişi gözardı edir. İkincisi, o, özü ilə razılaşmayanları "apologet" adlandıraraq, onları təhqir edir və zorakılığa qarşı çıxmağa çağırdığı mötədilləri inkar edir. Üçüncüsü isə, dünyanın hər yerində vəziyyətin sülh yolu ilə həll edilməsi tərəfdarı olanları nəzərə almır.Ali islam dini daxilində dəyişiklik edilərək dinin köhnəlmiş hissələrinin müasir dövrə və ya fərqli dinlərə etiqad edənlər üçün əsl tolerantlığa uyğunlaşdırılmasına çağırır. Maraqlıdır ki, o, keçmişdə istifadə etdiyi "reformasiya" sözündən artıq istifadə etmir. Ancaq 1400 ildir ki, islam dini dəyişməkdədir. İslam heç vaxt sabit bir din olmayıb.
İslam hüququ və təcrübəsinin inkişafı haqqında həmişə müxtəlif və zəngin müzakirələr gedib. İslam daxilində müxtəlif fikir məktəbləri bəzən bir-birləri ilə ziddiyətdə olsalar da, bir-birlərinin legitimliklərini tanıyırlar. Bu cür müzakirələr uzun tarixi olan hüquqi və dini birlik yaradıb. Bu gün nüfuzlu alimlərin dini azlıqlar və dinc müsəlman cəmiyyətlərinin qurulması haqqında konfranslar keçirdiklərini görürük.Kaliforniyada yerləşən və ABŞ-ın ilk islam universiteti olan Zaytuna Kolleci kimi təhsil müəssisələrində fəaliyyət göstərən alimlər islam dininin fərqli zaman və məkanlara uyğunlaşa bildiyinə nümunədir.
Ali iddia edir ki, müqəddəs kitablarda kök salan radikal islam müsəlmanların əksəriyyəti üçün dominant bir qüvvədir. Mən isə şəxsən dünyanın hər yerindən öz inancları əsasında ədalətin bərqərarı üçün cəsarətlə çalışan bir çox müsəlman tanıyıram.Bu cür konstruktiv qüvvələr bir çox müsəlmanı ərəb baharında meydanlara çıxaran və ötən il İraqda qeyri-müsəlmanları "İslam dövləti"nin əlindən xilas etməyə çağıran qüvvələrlə eynidir. Bu fəaliyyətləri bir azlığa məxsusmuş kimi, "İslam dövləti"ni isə əsl islam dinini təmsil edirmiş kimi göstərmək islam dinini dar bir çərçivəyə salır və qərəzli, yanlış fikirləri gücləndirir.İkinci məsələyə gəldikdə, Alinin mötədil müsəlmanları inkar etməsi və onların müdafiəçilərini "apologet" adlandırması ortaq məxrəc tapılması istiqamətində müzakirələr başladılmasına mane olur. Dominant islam paradiqmasının zorakı ekstremizmi təmsil etdiyini demək, avtomatik olaraq, 1,5 milyard müsəlmanı günahkar qismində göstərir. Əgər insanların əksəriyyəti müdafiə mövqeyində durmağa məcbur buraxılarsa, zorakı ideologiyaya qarşı heç bir ictimai müzakirə başladıla bilməz.Ali müsəlmanların böyük əksəriyyətinin, "Məkkə" müsəlmanlarının, ya zorakı "Mədinə" müsəlmanları, ya da azlıq təşkil edən islahatçılar tərəfindən razı salınmağı gözlədiklərini bildirir. Əksinə, onun "dinə sadiq olduğunu" dediyi əksər müsəlmanlar özləri ekstremistlərə qarşı mübarizə aparan insanlardır.Ayan Hirsi Alinin Manal Omara cavabı
Manal Omar "radikal islam" və "ekstremist zorakılığı"nı geosiyasi faktorlar, yoxsulluq və təcridolunmanın məhsulu hesab edir. Ancaq bu, şəklin yalnız bir hissəsidir.Radikal islam hərəkatları yoxsul və məzlumların istismar olunduğu avtoritar və anarxist şəraitlərdə baş qaldırır, ancaq digər bir çox faktor kimi, bu şəraitlər də islam ektremizminin səbəbləri deyil (4npress). Omara bir neçə sual ünvanlamaq istərdim: İŞİD, "Boko Haram" və "Əl Qaida" məhv edilsəydi, islam ekstremizminə son qoyulardımı? Və ya BMT-nin davamlı inkişaf məqsədləri əldə edilsəydi, İsrail-Fələstin münaqişəsi tam həll olunsaydı, islam ekstremizminə son qoyulardımı? Qərb Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyada əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bəzi ölkələri müstəmləkələşdirməsəydi, radikal islam mövcud olmazdımı?Bəs necə olur ki, Yaxın Şərqin xristianları, yezidiləri və zərdüştləri arasında oxşar radikal hərəkatlar yoxdur? Belə ki, bu insanlar müsəlmanlardan daha çox zülm, yoxsulluq və təcridə məruz qalırlar.Hal-hazırda xəlifəlik üçün can atan və şəriət qanunları tətbiq etməyə çalışan sağlam, varlı, təhsilli ekstremistlər var. Daha təəccüblüsü isə odur ki, liberal Qərb ölkələrində doğulub-böyüyən, ancaq yenə də "Əl Qaida" və İŞİD-ə qoşulan islamçı ekstremistlər də vardır. Məlumatlara görə, "İslam dövləti"nin sosial media əməliyyatlarını aparan Əhməd Əbusamranın valideynlərindən biri endokrinoloqdur və o, Bostonda böyüyüb, özəl məktəbdə təhsil alıb və özəl Northeastern (Şimal-Şərq) Universitetindən məzun olub. "Əl Qaida"ya qoşulmuş Aafiya Siddiki isə nevrologiya üzrə təhsil almışdır.Radikal islam hərəkatları Məhəmməd peyğəmbərin Mədinədə keçdiyi, ədalətli cəmiyyəti formalaşdıran amillərin və Allahın öz davamçılarından nə tələb etdiyini bildirən təlimlərə əsaslanan dünya görüşünün nəticəsidir.Məhəmməd peyğəmbər Məkkədə təkallahlı mənəvi dəyərlər sistemi yaratdı. Mədinədə isə islam dini o vaxta qədər əlində olmayan bir hərbi güc qazandı. Məhəmməd peyğəmbər çox sayda hərbi ekspedisiyalar apardı və bu fəaliyyətlərinə dini baxımdan haqq qazandırdı. Bu isə o dövrün qəbilə mədəniyyətini və dəyərlərini əks etdirirdi. Bu gün Qərbin "ekstremist" adlandırdığı kəslər öz düşüncə və fəaliyyətlərini Məhəmməd peyğəmbərin həyatının Mədinə dövrü ilə əsaslandırırlar.Omarın da dediyi kimi, bütün dünyada cihada qoşulmayan milyonlarla müsəlman var. Əsas problem isə odur ki, sülh tərəfdarı olan və qanunlara riayət edən müsəlmanların da əksəriyyəti öz dini kitablarında qeyri-tolerantlıq və zorakılığa dini zəmanət verildiyini qəbul etmək istəmirlər. İslahat tərəfdarı olan və "ümumi" doktrinanı dəyişmək istəyən müsəlmanlar isə nifrətlə qarşılanırlar.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Payızın gözəl olduğu məkanlar
Övlad qatili
Fərari oğula qız verməmək ənənəsi
Naxçıvana qar yağır - FOTO
Bakıda bəylə gəlin hər kəsi təəccübləndirdi
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Azərbaycan gimnastı Qran-pri turnirində çoxnövçülükdə altıncı oldu
Qeyri-adi dizaynlı məscid - FOTO
Almaniyada dərc olunan qəzetlərdə jurnalist Rixard Kisslerin "Qafqazın şimalında ciddi nəzarət rejimi" başlıqlı məqaləsi dərc edilib
Yeni Qarabağ bəyənatı
Günün ulduz falı
Bəsit idmanlarla arıqlayın
Qeyri-sağlam ürəyin simptomları
Havalar isti keçəcək!
İxtisas seçimi başladı
Bananın sağlamlığa xeyiri
Fevralın 10-u qeyri-iş günüdür? - AÇIQLAMA
Tez-tez qırılan dırnaqlar üçün 3 təbii üsul
Erməni hərbçilər cəbhə xəttində fəallaşıblar
Əkizlər 100 yaşlarını qeyd etdilər
Övladınızla birlikdə yemək bişirməyin faydaları
Hikmət Hacıyev: “Mülki şəxslərə hücum etmək hərbi cinayətdir”
Güləşçilərimiz 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazandı
Qızılca xəstəliyi
16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb
Gecə yatarkən qıvırcıq saçları qorumağın 3 yolu
Qara dəliyə düşən insanın qəribə taleyi(2)
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Qadınlar niyə bir-birlərini qısqanırlar?
Limonlu maffınlər (foto resept)
Saturnun peyki Enseladda həyat mümkündürmü?
Zəfəran xərçəngin dərmanıdır
Evlilik təklifi faciə ilə nəticələndi - FOTO
Övladları Nikol Kidmandan imtina etdi-SƏBƏB
HAVA necə olacaq?
Modapərəst qadınların Must-have geyimləri
Azərbaycanda payız üçün anormal hal
Bu gün Yaşar Nurinin doğum günüdür
Otellərdə rastlaşacağınız qəribə hallar
Saç rezinləri
Boksun əfsanələri rinqə qayıdacaqlar: Danışıqlar gedir
Dolu bədənli xanımlar üçün
Bu adam benzin içərək yaşayır
Antarktidada almaz yatağı aşkarlanıb
“Ermənistan qeyri-humanistlik göstərərək 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib” - RƏSMİ
Hadise geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ_FOTO
Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqında QƏRAR
Uşaqlardan Tanrıya məktublar
Xərçəng xəstəliyindən qorunun!
Hansı vitaminlər saçları gücləndirir?