Bakıda "BakuBus"ın istifadəyə verilən yeni marşrut xətti və qrafiki açıqlanıb. Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus" MMC-nin yeni - 3 nömrəli marşrut xətti istifadəyə verilib. İlkin mərhələdə sınaq olaraq 07, 08 və 09 noyabr 2015-ci il tarixlərində marşrut üzrə hər gün 8 ədəd avtobus, noyabrın 10-dan etibarən 18 avtovus xidmət göstərəcək."BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Milli.Az-a bildirib ki, Fransa istehsalı olan "İveco" avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti" metro stansiyasından başlayaraq - Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi - Səttar Bəhlulzadə - Atatürk prospekti - Nəsib bəy Yusifbəyli küçəsi - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi -Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Ə.Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər xiyabanı - Parlament prospekti - Hüseyn Cavid prospekti - Ə.Haqverdiyev küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Fətəli Xan Xoyski küçəsi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Atatürk prospekti -Şövkət Məmmədova küçəsi - Cəfər Xəndan küçəsi - İbrahim Paşa Dadaşov küçəsi- "Azadlıq Prospekti" m/st xətti üzrə hərəkət edir. Ümumi uzunluğu 25.8 km-dir.Qeyd edək ki, "BakuBus" MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart" vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart" vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart" terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart" loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart" ödəniş kartları - məhdud istifadə üçün kağız "BakıKart"ları və daimi istifadə üçün plastik "BakıKart"ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik "BakıKart"ların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər."BakıKart"la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.Şirkət bildirir ki, "BakuBus" MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli, avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.
"BakuBus" MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gözlərə qulluq
Baş nazir Gürcüstanda yaşayan müsəlmanları təbrik etdi
Timati Bakıda restoran açdı-FOTO
Nazirdən əlaçı şagird və tələbələrə güzəştlərlə bağlı AÇIQLAMA
İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
Moskva İrəvanı sındırdı
Disney şəhzadələri bu günün trend geyimlərində
Koronavirus xəstəsini dişləmiş ağcaqanad infeksiyanı yaya bilərmi? – AÇIQLAMA
Canlı yayımda öz açıqlaması ilə hər kəsi qorxutdu-FOTO
Fransızsayağı saç hörgüsü
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
Dünya çempionu: "Şəmkirdə ancaq güclülər yarışırlar"
Günün ulduz falı
Ərzaq mallarının qiymətləri qalxıb?
Hündürdaban ayaqqabılar
Rüstəm Muradovdan Qarabağda atəşkəsin pozulması ilə bağlı AÇIQLAMA
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
HAVA necə olacaq?-27 yanvar
AbŞ-da soyuqdan ölənlərin sayi artır
Məşhur cütlük rəsmi olaraq BOŞANDILAR
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
İrqi daltonizm
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Qadın.Net-lilərin qorxu dolu anları (I hissə)
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Skype işləməyəcək
Havadan dəyişən əhval
Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı - VİDEO
Super modellərin dueti
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Sahibinə yol göstərən ayaqqabı
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
2019 Billboard Musiqi Mükafatları: Qırmızı Xalça
Məşhur müğənni yaddaşını sildirdi-SƏBƏB
Uşağın düşüncələrini oxumağın ən rahat yolu
Kiara Ferragni
Arıqlamağı çətinləşdirən səhvlər
"Instagram"da YENİLİK!
“Arvaddan qorxan” kişi ləqəbinə Burak Özçiviti layiq gördülər
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Pendirli qrenki (foto resept)
Bakının iki böyük rayonunda su problemi olacaq
Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib
Ankaradan bəyanat: "Hər zaman Azərbaycanın yanındayıq"
Yaponlar dünyanı heyrətləndirdi
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
Qorxudan xilas olmaq mümkündürmü?
BÜRCLƏR bizə nə vəd edir? - 20 fevral















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]