Gürcüstanda səfərdə olan prezident İlham Əliyev bu ölkədə yaşayan azərbaycanlılarla da görüşüb.
İlham Əliyev həmin ərazidə yaşayan azərbaycanlıların problemlərinin həllinin vacib olduğunu vurğuluyub və Gürcüstanda bir dənə də olsun təmirsiz Azərbaycan məktəbi qalmayacağını deyib.
ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, prezidentin səfərin ikinci günündə ilk üz tutduğu məkan Marneuli rayonu oldu. O, gürcü həmkarı ilə birlikdə burada yaşayan yerli soydaşlarımızla görüş keçirtdi.
Dövlət başçısı Gürcüstan azərbaycanlılarının iki ölkə arasında körpü rolunu oynadığını və onların hər zaman həm Azərbaycan dövlətinin, həm də şəxsən özünün diqqətində olduğunu söylədi.
İlham Əliyev burada yaşayan soydaşlarımızı narahat edən bir sıra məqamlara da toxundu. Bu məsələlərdən biri də gömrük buraxılış məntəqələrinin fəaliyyətilə bağlı oldu:
“Burada qaldırılan bütün məsələlər tezliklə öz həllini tapacaq. Azərbaycan tərəfindən bu istiqamətdə lazımi tədbirlər görüləcək ki, burada heç bir problem yaşanmasın. İnsanlar rahat bir şəkildə həm gedə, həm də gələ bilsinlər. Onsuz da iki ölkə arasında viza rejimi yoxdur, bu olda bilməz”.
Dövlət başçısı həmçinin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin də heç birini təmirsiz vəziyyətdə görmək istəmədiyini və bununla baglı SOCAR-ın rəhbərəliyinə lazımi tapşırıqlarını verdiyini bildirdi.
Daha sonra hər iki ölkənin başçısı tikintisini və bütün maliyyə xərclərini Azərbaycan tərəfinin həyata keçirdiyi iri tutumlu soyuducu anbarın işi ilə tanış oldular.
Günorta saatlarında isə İlham Əliyev bütün Gürcüstanın Patriarxı 2-ci İlya ilə görüşdü. Gürcüstanın dini rəhbəri SOCAR-ın bu ölkədə fəaliyyət göstərən mənsub olduğu dindən asılı olmayaraq bütün ibadət məkanlarının təmənnasız qazlaşdırılmasının üzərinə götürməsini də alqışladığını bildirdi.
Azərbaycanın dövlət rəhbəri hər iki ölkədə yaşanan ərazi münaqişələrinə toxunaraq qeyd etdi ki, bu münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində ölkələrimizin ərazi bütövlüyü və sərhədlərinin pozulmaması şərti ilə həll olunmalıdır.
Azərbaycan prezidentinin növbəti görüşü isə qonşu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə oldu.
Prezident 2012-2015-ci illər ərzində Azərbaycanın Gürcüstana qoyduğu investisiyanın həcminin 3,7
dəfə artdığını vurğuladı.
Dövlət başçısının sözlərinə görə, Bakı-Tiflis-Qars,“Cənub qaz dəhlizi”, Bakı-Tiflis-Ceyhan,Bakı-Tiflis-Ərzurum və “Socar Energy Georgia”- bu gün enerji resursları bazarında uğurla fəaliyyət göstərir.
Bundan əlavə tərəflər arasında regionda təhlükəsizlik məsələsi də müzakirə mövzusu olub.
Prezident İlham Əliyev Gürcüstana iki günlük rəsmi səfərini bu ölkənin parlament sədri David Usupaşvili ilə görüşlə baş vurdu.
Gürcüstan səfrində dövlət başçısı enerji ilə bağlı mühüm bəyanatlar da səsləndirib və bildirib ki, 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək.
“Cənub qaz dəhlizi”nin bu gün həm Azərbaycan, həm Gürcüstan, həm də Avropa üçün böyük iqtisadi və siyasi mənası olduğunu deyən dövlət başçısı Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları olduğunu da əlavə edib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gözlərə qulluq
Baş nazir Gürcüstanda yaşayan müsəlmanları təbrik etdi
Timati Bakıda restoran açdı-FOTO
Nazirdən əlaçı şagird və tələbələrə güzəştlərlə bağlı AÇIQLAMA
İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
Moskva İrəvanı sındırdı
Disney şəhzadələri bu günün trend geyimlərində
Koronavirus xəstəsini dişləmiş ağcaqanad infeksiyanı yaya bilərmi? – AÇIQLAMA
Canlı yayımda öz açıqlaması ilə hər kəsi qorxutdu-FOTO
Fransızsayağı saç hörgüsü
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
Dünya çempionu: "Şəmkirdə ancaq güclülər yarışırlar"
Günün ulduz falı
Ərzaq mallarının qiymətləri qalxıb?
Hündürdaban ayaqqabılar
Rüstəm Muradovdan Qarabağda atəşkəsin pozulması ilə bağlı AÇIQLAMA
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
HAVA necə olacaq?-27 yanvar
AbŞ-da soyuqdan ölənlərin sayi artır
Məşhur cütlük rəsmi olaraq BOŞANDILAR
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
İrqi daltonizm
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Qadın.Net-lilərin qorxu dolu anları (I hissə)
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Skype işləməyəcək
Havadan dəyişən əhval
Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı - VİDEO
Super modellərin dueti
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Sahibinə yol göstərən ayaqqabı
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
2019 Billboard Musiqi Mükafatları: Qırmızı Xalça
Məşhur müğənni yaddaşını sildirdi-SƏBƏB
Uşağın düşüncələrini oxumağın ən rahat yolu
Kiara Ferragni
Arıqlamağı çətinləşdirən səhvlər
"Instagram"da YENİLİK!
“Arvaddan qorxan” kişi ləqəbinə Burak Özçiviti layiq gördülər
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Pendirli qrenki (foto resept)
Bakının iki böyük rayonunda su problemi olacaq
Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib
Ankaradan bəyanat: "Hər zaman Azərbaycanın yanındayıq"
Yaponlar dünyanı heyrətləndirdi
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
Qorxudan xilas olmaq mümkündürmü?
BÜRCLƏR bizə nə vəd edir? - 20 fevral














