ANS PRESS-in məlumatına görə, noyabrın 1-də keçiriləcək Parlament seçkiləri ərəfəsindəMSK sədri Məzahir Pənahov ciddi bəyanat səsləndirib. Sədr seçki zamanı yarana biləcək nöqsanlardan danışıb.
Onun sözlərinə görə, seçki öncəsi vəziyyəti qəsdən gərginləşdirmək istəyən qüvvələr var. Məzahir Pənahov komissiyanın iclasında bəzi namizədlərə qarşı aparılan kampaniya, nüfuza xələl gətirən, seçkini gözdən salan hərəkətlərdən də danışıb. Seçki zamanı yarana biləcək nöqsanlardan söz açarkən MSK sədri söyləyib ki, çatışmazlıqlar hər yerdə var.MSK sədri Məzahir Pənahovun iştirakı ilə keçən iclasda qurumun 15, 25, 27 may tarixli iclaslarının protokolları təsdiqlənib. Daha sonra MSK sədr müavini Natiq Məmmədov Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məlumat verib. N. Məmmədov bununla bağlı keçirilən tədbirlərdən danışıb. N. Məmmədovun təqdimatı səsə qoyularaq təsdiq olunub.
Hələlik, parlament seçkilərinə namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir. MSK sədri Məzahir Pənahov bildirib ki, onların 506-sı siyasi partiyalar tərəfindən, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb.“İndiki mərhələdə dairələrdə,səsvermənin keçirilməsi vaxtı məntəqələrdə, kimisi bilərəkdən və ya bilməyərəkdən bəlkə də qəsdən hansısa xoşagəlməz hərəkət eləməsi bu seçkilərə müəyyən kölgə salmaq istiqamətində meyilli olan insanların əlinə əsas verir. Bu insanlara biz öz iradimizi bildiririk. O, əsası verənlərə də ciddi şəkildə fikrimizi bildirməliyik”,- deyə Pənahov qeyd edib.Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlimməmməd Nuriyev bu haqda fikirlərini bildirib: “ATƏT-in insan hüqüqlari demokratik təhtiqatlar institutu və eyni zamanda Avropa Parlamenti seçkilərin şəffaf demokratik keçirilməsinə çalışır. Avropa Parlamentinin seçkilərə müşahidəçi göndərməmək barədə çıxardığı qətnaməsi və seçkilərdə iştirak etməməsi beynalxalq qurumlarda bəzi xoşagəlməz rəylərin yaranmasına gətirib çıxara bilər. Məncə, Məzahir Pənahov bu gurumlara gedən şikayətlərin mənbəyinin Azərbaycanda olduğunu və ya bu qurumlara gedən informasiyaların Azərbaycanın daxilində olduğunu güman edir. Eyni zamanda, bəzi qüvvələr, bəzi insanlar çalışırlar kı, yaxud çalışa bilərlər ki, seçkilər zamanı bəzi xoşagəlməz halların yaranmasına şərait yaratsınlar. Məsələn, öyrədilmiş insanlar topa ilə bülütenlər ata bilər, eyni zamanda mübahisələr və ya konfliktlər yarada bilər. Bu zaman kiməsə qarşı zorakılığ tətbiq oluna bilər. Başqa bir təhlükəyə də diqqətli olmalıyıq. Regionda - Yaxın Şərqdə ciddi proseslər davam edir. İŞİD-in fəaliyyəti, orda vuruşanlar arasında azərbaycanlılar var. Onlar ölkəyə gəlib gedir, yəni bu da ciddi problemdir. Bir çox provakasiya halları baş verə bilər ki, biz bunlara qarşı hazırlıqlı olmalıyıq. Bunlar düşünülmüş şəkildə qəsdən edilə bilər ki, həmin qurumlara sonradan bunları göndərib Azərbaycanda seçkilərin necə bərbad keçirildiyini fakt kimi göstərsinlər. Məzahir Pənahovun açıqlamalarında məhz bu məqamlar nəzərə alınır. Seçki prosesi ciddi hadisədir, ölkənin imici ilə bağlı olan məsələdir. Bizim məmurlar diqqətli olmalı, belə halların yaranmasına imkan verməməlidir. Polis də son dərəcə diqqətli olmalıdır”.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
116 il yaşamaq üçün nə etməli?
Azərbaycanda abituriyentlər üçün ilk imtahan keçiriləcək
"Samsung" bazara "iWatch"a rəqib məhsul buraxacaq
Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi - FOTO
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq
Günün ulduz falı
Ərdoğan Avropaya od püskürdü
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
Nescafeli Muffin (foto-resept)
Azərbaycanda qız qəhətə çıxacaq?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
HAVA necə olacaq?-5 Noyabr
Nəfsinə hakim çıx, iradəli ol!
Sadəcə mütəxəssislərin bildiyi təmizlik hiylələri
Partlayışın TƏFƏRRÜATI - Hərbçilər silah götürmək məqsədilə zavoda daxil olarkən...
Dubayda dünyanın ən hündür oteli açılır
Azərbaycanda doğulan körpələrin çoxu oğlandır - STATİSTİKA
Səhiyyə Nazirliyində "təmizlik" davam edir
Azərbaycan jurnalistikasında yeni cığır açan qəhrəman
Mbappe Açıqlaması ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
Qəlbimizi pak saxlamaq üçün nə edək?
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
Günün ulduz falı
Ürək kimi telefon satılacaq
Merve Özbey əməliyyat olundu-SƏBƏB
Olimpiya yığmamız Braziliyaya yola düşdü
Göz makiyajı (2-ci hissə)
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Google-dan yeni xidmət
Məşhur aktyor ata oldu
Mütəxəssislərdən sağlam bədənin sirləri
Qınaqlarla baş etməyin yolları
Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTO
Okeanın dibində muzey tikdilər
Gecəyə libası ilə damğa vurdu -FOTO
Bədən formasına görə çanta seçimi
Quru dərini necə nəmləndirməli?
XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT
Baha qiymətə satılan qeyri-adi əşyalar
Melaniya Trampın geyimi çoxlarını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Şah plov (foto resept)
Su və bitkilər arasındakı ahəng
Eyni yaşda olan məşhurlar
Fincan şirniyyatı (foto-resept)
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
Qızıl, gümüş və bürünc seks
Neft ucuzlaşdı
Nazir müavini mesaj verdi: "5-6 kənd qalıb"
2019 gözəllik trendləri














