Macarıstanın hakimiyyət dairələri Serbiya ilə sərhəddə 110 kilometr uzunluğunda dəmir hasar çəkdirib.
Hasar 28 milyon dollara başa gəlib.
Milli.Az European-a istinadən bildirir ki, Almaniyaya can atan miqrantlar Serbiyadan Macarıstana keçməyə can atırlar.
Macarıstanın xüsusi təyinatlı polislər sərhəd boyu düzülərək miqrantların keçidinə imkan verməməyə çalışırlar.
Dəmir hasar Balkanlardan keçən E75 magistralını da bağlayıb.
Xatırladaq ki, çərşənbə günü Macarıstan-Serbiya sərhədində miqrantlar və polislər arasında toqquşmalar baş verib.
İndiyədək Macarıstana daxil ola bilməyən 5 mindən artıq miqrant Xorvatiyaya gəlib.
Macarıstan polisi Serbiya ilə sərhəddə toplaşmış miqrantları geri çəkilməyə məcbur etmək üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisə sərhədin açılmasını tələb edən bəzi miqrantların polisə qarşı su qabları və daş atmasından sonra baş verib.
On minlərlə miqrant Avropa İttifaqının Şengen zonasına üzv ölkələr arasında məhdudiyyətsiz səyahətə icazə verən Macarıstana daxil ola bilib.
Macarıstan çərşənbə axşamı ölkə ərazisinə qanunsuz daxil olanları həbs etməyə imkan verən qanun qəbul edərək Serbiya ilə sərhədi bağlayıb.
Serbiya Xarici İşlər Nazirliyi öz ərazisinə gözyaşardıcı qaz və su toplarından atəş açılması ilə bağlı etirazını bildirib.
Macarıstan hökumətinin məlumatına görə, miqrantlar sərhədi keçməyə çalışarkən 20 polis əməkdaşı xəsarət alıb. Hökumət sözsüçü miqrantları uşaqları "insan qalxanı" kimi istifadə etməkdə günahlandırıb.
Gözyaşardıcı qaz və su şərnaqlarının istifadəsindən sonra bəzi miqranlar Serbiya təcili yardım xidməti vasitəsi ilə müalicə olunublar. Serbiya əraziyə əlavə polis dəstələrinin göndəriləcəyini bildirib.
"Biz müharibə və zorakılıqdan qaçarkən Avropada bu cür qəddarlıq və qeyri-insani rəftarı gözləmirdik", - iraqlı miqrant Amir Hassan deyib.Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun hadisə ilə bağlı şərh verərək, miqrantlarla "yolverilməz" rəftardan "sarsıldığını" bildirib.Macarıstanın xarici işlər naziri Peter Szijjarto isə "bir qrup aqressiv miqrantın macar polisinə qarşı bu cür hərəkətinin yolverilməz olduğunu" deyib. O əlavə edib ki, macar polisinin vəzifəsi "belə qəddar insanların Macarıstana daxil olmasının qarşısını almaqdır".BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Gutyerres Macarıstan hakimiyyətini müharibələr və təqiblərdən qaçan insanlar üçün "maneəsiz çıxışın" təmin edilməsinə çağırıb.Eyni zamanda, Xorvatiya ölkəyə gələn miqrantlara Avropa İttifaqının başqa dövlətlərinə keçməyə icazə verəcəyini bəyan edib.Son həftələrdə Avropa İttifaqı böyük miqrant axını ilə üzləşib. Miqrantların əksəriyyəti, Suriya da daxil olmaqla, bir sıra ölkələrdə baş verən münaqişə və yoxsulluqdan qaçaraq Qərbi Avropaya çatmağa çalışır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz