Qadin.NET / Avropanın Çin səddi: miqrantlara yer yoxdur

Avropanın Çin səddi: miqrantlara yer yoxdur

 

Avropanın Çin səddi: miqrantlara yer yoxdur

Macarıstanın hakimiyyət dairələri Serbiya ilə sərhəddə 110 kilometr uzunluğunda dəmir hasar çəkdirib.

 

Hasar 28 milyon dollara başa gəlib.
Milli.Az European-a istinadən bildirir ki, Almaniyaya can atan miqrantlar Serbiyadan Macarıstana keçməyə can atırlar.
Macarıstanın xüsusi təyinatlı polislər sərhəd boyu düzülərək miqrantların keçidinə imkan verməməyə çalışırlar.
Dəmir hasar Balkanlardan keçən E75 magistralını da bağlayıb.
Xatırladaq ki, çərşənbə günü Macarıstan-Serbiya sərhədində miqrantlar və polislər arasında toqquşmalar baş verib.
İndiyədək Macarıstana daxil ola bilməyən 5 mindən artıq miqrant Xorvatiyaya gəlib.
Macarıstan polisi Serbiya ilə sərhəddə toplaşmış miqrantları geri çəkilməyə məcbur etmək üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisə sərhədin açılmasını tələb edən bəzi miqrantların polisə qarşı su qabları və daş atmasından sonra baş verib.
On minlərlə miqrant Avropa İttifaqının Şengen zonasına üzv ölkələr arasında məhdudiyyətsiz səyahətə icazə verən Macarıstana daxil ola bilib.
Macarıstan çərşənbə axşamı ölkə ərazisinə qanunsuz daxil olanları həbs etməyə imkan verən qanun qəbul edərək Serbiya ilə sərhədi bağlayıb.
Serbiya Xarici İşlər Nazirliyi öz ərazisinə gözyaşardıcı qaz və su toplarından atəş açılması ilə bağlı etirazını bildirib.
Macarıstan hökumətinin məlumatına görə, miqrantlar sərhədi keçməyə çalışarkən 20 polis əməkdaşı xəsarət alıb. Hökumət sözsüçü miqrantları uşaqları "insan qalxanı" kimi istifadə etməkdə günahlandırıb.
Gözyaşardıcı qaz və su şərnaqlarının istifadəsindən sonra bəzi miqranlar Serbiya təcili yardım xidməti vasitəsi ilə müalicə olunublar. Serbiya əraziyə əlavə polis dəstələrinin göndəriləcəyini bildirib.
"Biz müharibə və zorakılıqdan qaçarkən Avropada bu cür qəddarlıq və qeyri-insani rəftarı gözləmirdik", - iraqlı miqrant Amir Hassan deyib.Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun  hadisə ilə bağlı şərh verərək, miqrantlarla "yolverilməz" rəftardan "sarsıldığını" bildirib.Macarıstanın xarici işlər naziri Peter Szijjarto isə "bir qrup aqressiv miqrantın macar polisinə qarşı bu cür hərəkətinin yolverilməz olduğunu" deyib. O əlavə edib ki, macar polisinin vəzifəsi "belə qəddar insanların Macarıstana daxil olmasının qarşısını almaqdır".BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Gutyerres Macarıstan hakimiyyətini müharibələr və təqiblərdən qaçan insanlar üçün "maneəsiz çıxışın" təmin edilməsinə çağırıb.Eyni zamanda, Xorvatiya ölkəyə gələn miqrantlara Avropa İttifaqının başqa dövlətlərinə keçməyə icazə verəcəyini bəyan edib.Son həftələrdə Avropa İttifaqı böyük miqrant axını ilə üzləşib. Miqrantların əksəriyyəti, Suriya da daxil olmaqla, bir sıra ölkələrdə baş verən münaqişə və yoxsulluqdan qaçaraq Qərbi Avropaya çatmağa çalışır.

Mənbə: Milli.Az

18 sentyabr 2015
GO BACK