ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycanla Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır.
Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik.
Bundan əvvəl isə bu gün Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mard Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tərəfindən Malena Mardın diqqətinə bir sıra məsələlər çatdırılıb:
Sentyabrın 10-da Avropa parlamenti tərəfindən qəbul edilən qətnaməni kəskin şəkildə qınayırıq. Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır.
Plenar iclasda Avropa Parlamentinin bəzi üzvləri tərəfindən də deyildiyi kimi aidiyyəti komitələrdə əvvəlcədən müvafiq müzakirələr aparılmadan plenar iclasda tələm-tələsik səsvermə yolu ilə qətnamənin tez bir şəkildə qəbulu bir sıra prosedur çatışmamazlıqları ilə müşayiət olundu. Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirilir və onların əsl mahiyyətinin ziddinə olaraq, əsassız iddialar irəli sürür.
Həmçinin, Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan hüquqları məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir. Lakin Avropa parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər ilkin başlanğıcdan uğursuzluğa məhkumdur. Bununla yanaşı qətnamənin müəyyən müddəalarında istifadə edilən həqarətli ifadə forması etik normalardan və çərçivələrdən kənara çıxır. Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz.Bu aydın şəkildə təsdiq edir ki, belə bir sənədin qəbulu Azərbaycanın artan beynəlxalq nüfuzunun zədələnməsini qarşısına yeganə məqsəd qoyan maraqlı məhdud qüvvələrin marağına xidmət edir.
Eyni zamanda qətnamədə istifadə olunan “Dağlıq Qarabağ” ifadəsi beynəlxalq hüquqa zidd xarakter daşıyır və buna görə də qəbuledilməzdir.
Avropa qitəsi təxirəsalınmaz həll tələb edən çoxsaylı ciddi təhdidlərlə üzləşdiyi halda, Avropa Parlamentinin davamlı əsasda Azərbaycanda insan hüquqları məsələsinə diqqət yetirməsi təəccüb doğurmaya bilməz.
Hesab edirik ki, Avropa Parlamenti tərəfindən BMT-nin insan hüquqları mexanizmləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Aİ üzv dövlətində müəyyən edilmiş həddən artıq gücdən istifadə, hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, ayrı-seçkilik və dözümsüzlük, İslamofobiya, korrupsiya, miqrasiya problemləri və sair bu kimi sistemli insan hüquqları zorakılıqlarına zəruri diqqətin ayrılması daha məqsədəuyğun olardı.
Avropa Komissiyası Avropa Parlamentini bu qınaq obyekti olan qətnamənin səsverməyə çıxarılmasının qarşısının alınması üçün ciddi addımlar atmaması təəssüf doğurur. Əksinə olaraq, Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinin bu yaxınlarda verdikləri açıqlamaları bu prosesə öz mənfi təsirini göstərdi.
Malena Mard Azərbaycanın mövqeyinin Avropa İttifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirdi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əli Abbasov vəzifəsindən azad edildi
Beli incə göstərən geyim təklifləri
Əhaliyə xəbərdarlıq olundu - Güclü istilər...
Hadisənin klipi plagiat çıxdı-VİDEO
Baş nazirdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı QƏRAR
Erməni əsgər: “Mühasirəyə düşəndə komandirimiz orada yox idi”
COVID-19-un “Britaniya ştammı” Çinə çatdı
Kişilər haqqında 10 həqiqət
Zədələnmiş saçları bərpa etməyin yolu
Dilqəm Əsgərov: “Şuşa həbsxanasında azərbaycanca kitablar qalmışdı”
Axşam Heydər Əliyev prospektinə getməyin
DİN əhaliyə müraciət etdi
Parisin nudist restoranı bağlandı-SƏBƏB
Viktoriya Bekhemdən FOTOsessiya
Cəbhədə erməni təxribatı
“Twitter”də dəhşətli heşteq
Polislərə yeni rütbələr verildi
İŞİD-ə qarşı müharibə başladı
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün..."
Məşhur cütlük Sevgililər günündə nişanlandı-FOTO
Qırmızı xalıda möhtəşəm geyimlər
Qəzaya uğrayan yadplanetli gəmisi tapıldı-FOTO
Arıqlamaq istəyirsinizsə, alça yeyin
Sin R1 dəyişir
300 kalori yandırmağın yolları
Müəllimlər İnstitutunun 4 filialına tələbə qəbulu dayandırılır
Baharın Azərbaycana gəlmə vaxtı açıqlandı
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə azaldı
Dolça və Balıq bürcü uyğunluğu
Evlərə "kupça"nı necə almaq olar?
Argan yağının faydaları
Günün qoroskopu: Pozitiv gündür!
Düşünməyə dəyər
Vladimir Putin böyük tədbirə dəvət edilmədi
Çay pəhrizi (Yaponiyadan)
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)
Güclü külək əsəcək
Atatürkün xanımının əşyaları satıldı
Qadın boksçumuz beynəlxalq turnirdə 1-ci oldu
Azərbaycanda səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırıldı
Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü: Üç nəfər vəfat etdi
Qəssab kimi həkimlər - onlardan uzaq durun
Rəngarəng don modelləri
Günün ulduz falı - 06.02.2014
Yaponlar virtual valyuta buraxdılar
Qiyməli kartof (foto-resept)
Ananaslı ət
Müdafiə Nazirliyindən Ermənistanın guya 13 Azərbaycan PUA-sını vurması iddiası ilə bağlı AÇIQLAMA
Günün qoroskopu: sadə gün deyil














