Bu gün respublikamızın bütün bölgələrində ulu öndər Heydər Əliyevin zəngin irsini, xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədilə Ümummilli Liderin adını daşıyan muzeylər və mərkəzlər istifadəyə verilir. Bu baxımdan Cəlilabadda yaradılan Heydər Əliyev Mərkəzinin də xüsusi əhəmiyyəti var. Orijinal üslubda inşa edilən Mərkəz həm də rayonun görkəminə əlavə çalarlar qatır. Bu Mərkəz ilk növbədə, rayon sakinlərinin Ulu Öndərin xatirəsinə dərin ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də dahi şəxsiyyətin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır, xalqımızın böyük oğlunun Azərbaycan naminə gördüyü işləri gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Buradakı fotolar və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması, respublikamızda demokratik, hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və təbliği məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Müasir dövlətin möhkəm təməl və milli dəyərlər üzərində qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi. Bu cür çoxfunksiyalı mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, inşasına 2014-cü ildə başlanılan Mərkəzin ümumi sahəsi 8800 kvadratmetrdir. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey yaradılıb. Muzeydə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər və Cəlilabada səfərləri əks olunub. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə Cəlilabad rayonuna etdiyi səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Bu fotolar bir daha onu göstərir ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, bütün sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini öyrənmək baxımından bu Mərkəzin çox böyük əhəmiyyəti var.
Mərkəzdə, həmçinin 110 kvadratmetr sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var. Burada məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.
Bu Mərkəzin istifadəyə verilməsi ilk növbədə, Ulu Öndərin zəngin irsini, onun dərin dövlətçilik ənənələrini öyrənməyə imkan verəcək. Bundan başqa, Cəlilabaddakı Heydər Əliyev Mərkəzi həm də rayon sakinlərinə asudə vaxtlarını səmərəli keçirmək üçün hərtərəfli imkanlar verir. Mərkəzin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, dekorativ gül və bəzək kolları, ağaclar əkilib.
Sonra Prezident İlham Əliyev burada istirahət edən rayon sakinləri ilə görüşdü.
Sakinlər göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Metropolitenin sözçüsü: "Metroda külək də əsir..."
Cəbhə ilə bağlı sərəncam
Ramazanda ürəyi yoran xətalı vərdişlər
Ermənistandan Gürcüstana daha bir xəyanət
Qarabağ bu gün futbol meydaninda, sabah döyüş!
Ermənilər hərəkətə keçdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-84
Qərb zonasında qasırğa
Moskvaya uçan təyyarəni ildırım vurdu
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
"Nikol" qasırğası güclənib
Sukeçirməz, ağıllı qolbaq
TƏBİB günün son statistikasını açıqladı
Yeni peyvəndlər bəşəriyyətin pandemiyadan xilası olacaqmı? - ELMİ RƏYLƏR
Zirəddin Rzayevin QƏBUL QİYMƏTİ
Əliyevə qeyri-adi qarşılanma
Beren Saat onunla görüntüləndi-FOTO
Marşrutların fəaliyyəti tamamilə dayandırıla bilər
Azərbaycanda unikal laboratoriya qurulur - Abid Şərifovdan müsahibə
Sabahın Havası
Sloveniyaya miqrant axını davam edir
Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."
Balıqçıların əşyaları hərraca çıxarılır
Buludlara xərclər artacaq
Quru dərilər üçün təbii nəm maskası
Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb
Gecə üz baxımına laqeyd yanaşmayın
İki fərqli içlikli piroq (foto resept)
Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm
Məşhur müğənni vəfat edib-FOTO
Bir az gülək
Bezeli, biskvitli qozlu tort (foto resept)
Həkimlər 8 nəfəri Ebola virusuna yoluxdurdu
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Yaş maya maskası və faydaları
Çimərlik üçün zövqlü seçimlər
Sarıkök içkisi - Okinavalıların sirri
Ən kök adam 250 kq arıqladı - FOTO
İtalyan Omleti - Frittata (foto-resepti)
Hakerlər 2 milyon nəfər sosial şəbəkə istifadəçisinin şifrələrini oğurladı
Maraqlı bürc təqvimi
Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI
Əzələli kenquru öldü-FOTO
Bakıda dünya kuboku yarışları başlandı
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Hər kəs Hadisəni qınadı-SƏBƏB
Hər kəs bu qadından danışır-SƏBƏB/FOTO
Serdar Ortaçın keçmiş xanımı SİRRİ AÇDI
1 saatda 34 iPhone
Google-dan yeni xidmət














