Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən müasir ölkədir. Tədbirin aparıcısı Azərbaycan-Fransa əlaqələri, bu münasibətlərin inkişafına ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri, Kannda ənənəvi keçirilən Azərbaycan Mədəniyyət Günləri barədə danışıb. Vurğulanıb ki, Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti Fransada böyük maraqla qarşılanır. Mərasimdə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizdə ən yüksək səviyyədə təşkil olunub.Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib.
Azərbaycan gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib. “Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir”, - deyən Mehriban Əliyeva bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirib. Ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük uğurla keçirildiyini qeyd edən birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xarici ölkələrdə bu Oyunların təqdimatının ötən il ilk dəfə məhz Kann şəhərində baş tutduğunu vurğulayıb. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın yığma komandasının ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd edib, dost Fransanın bu Oyunlarda 254 idmançı ilə təmsil olunduğunu və 43 medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız idmançılarını bu qələbə münasibətilə təbrik edib.Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı “Pirotexnika sənəti” festivalı çərçivəsində bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini bildirib.
Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib. Mer Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Mer Azərbaycana Fransa ilə qurulan əməkdaşlığa görə minnətdarlığını ifadə edib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman və mədəniyyət sahəsində də davamlı inkişafından danışan David Lisnar bildirib ki, bu amil Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verir. “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla keçməsindən və qısa müddətdə Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasını qeyd edən Kannın meri vurğulayıb ki, rəhbərlik etdiyi şəhər gələcəkdə ölkəmizin təcrübəsindən bəhrələnmək niyyətindədir. “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır”,- deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb.Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa və onun regionlarında bir sıra tədbirlər həyata keçirən Fond dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq 3 ildir ki, Azərbaycan Mədəniyyəti Günlərini təşkil edir. Bu günlərin keçirilməsi dünya mədəni irsinə əvəzolunmaz şəxsiyyət və əsərlər bəxş edən Azərbaycan mədəniyyətinin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Ölkəmiz həmişə öz zəngin mədəni irsi və dəyərləri ilə haqqlı olaraq fəxr edib.
Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səslənib.
Beləliklə, də “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Ona görə də builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.
Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib. 25 dəqiqəlik atəşfəşanlıq şousu tərtibatı və ecazkar musiqi müşayiəti ilə seçilib. Bu müddət ərzində tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.Bir sözlə, pirotexnika şousunda musiqi işıq effektləri ilə ideal formada uyğunluq yaradaraq vahid kreativ konsepsiya təqdim edib. Kannda keçirilən builki ənənəvi “Pirotexnika sənəti” festivalında Azərbaycanla yanaşı Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir. Bu şou Kannın yay mövsümünün ən yaddaqalan hadisələrindən hesab edilir. Qalibin müəyyənləşdirilməsində isə mövzunun orijinallığı, şounun quruluşu, musiqinin keyfiyyəti, onun işıq effektləri vəhdəti və digər meyarlar nəzərə alınır.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Niyə qadınlardan peyğəmbər seçilməyib?
Özcan Dəniz ata olacaq!
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
Şahzadə Harrinin Cenniferə gizli sevgisi varmış-FOTO
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Günün ulduz falı - 23.02.2014
İzləyicisi Alişanı özündən çıxardı-FOTO
Autizm əsrin bəlasıdır... Analar, diqqətli olun!
Qeyri-adi TOY -FOTO
Permanent makiyaj - Mövcud risklər
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Kişilər, 8 martda xanımlara bu gülləri almayın
Ölkədə mövsümi yarmarkaların fəaliyyəti dayandırıldı
Xəbərdarlıq: Nə içirsiniz?
Günün ulduz falı
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Günün ulduz falı
Abituriyentlərin nəzərinə: Qeydiyyat başlayır
Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB
Yağ yandıran düyü südü
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA
Qırmızı tuflilərdən qorxmayın!
Bordalonun 3D rəsmləri
Əlləri cavanlaşdıran 2 maska
Maaşlarla bağlı gözlənilən qərar verildi
Cəbhədə amansız atışma
1 həftəyə qarındakı yağları necə əritməli?
Türkiyədə koronavirusun üçüncü və dördüncü dalğası xəbərdarlığı
Bakıda hibrid avtomobillər üçün şarj avadanlıqları quraşdırılır
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Dünyanın ilk trilyonçusu Ceff Bezos olacaq
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO
Murat Boz böyük qalmaqala son qoydu
Bakıda 35 dərəcə isti olacaq
"Ləzzət" salatı (foto resept)
Londonda Xocalı aksiyası
Özbək plovu (foto resept)
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
Dünyanın ən müasir həbsxanası - FOTO
Mehriban Əliyevadan Cəbrayılın işğaldan azad edilməsi ilə bağlı paylaşım
Qadınlar sirri neçə gün saxlaya bilər?
Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi
Koronavirusdan sağalanlardan alınan qan plazmasının effektsizliyi müəyyən edildi
Neftin qiyməti nə vaxt qalxacaq?
Ətin xarab olduğunu göstərən əsas əlamətlər
Brokoli qızartması (foto-resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]