Manatın devalvasiyası ilə əlaqədar Bakının daşınmaz əmlak bazarında qeyri-müəyyənlik qiymətlərin qısamüddətli artımına səbəb oldu. Lakin vəziyyətin sabitləşdiyi indiki vaxtda ekspertlər daşınmaz əmlak üzrə qiymətlərin azalmasını proqnozlaşdırırlar.
ANS PRESS xəbər verir ki, "Koneko" qiymətləndirmə şirkətinin baş mütəxəssisi Vüqar Oruc Trend-ə bildirib ki, ilin sonunadək paytaxtda daşınmaz əmlak təqribən 10-15 faiz ucuzlaşacaq: "İqtisadi vəziyyətlə əlaqədar ölkədə mənzillərə tələbat azalıb. Bunun baş vermədiyini demək olmaz, sadəcə tələbat əvvəlkindən aşağıdır. Əgər tələbat azdırsa, müvafiq olaraq qiymətlər də enir. Lakin qiymətlərin 2010-2011-ci illərdəki səviyyəyə düşəcəyini gözləmək sadəlövhlükdür. Bu qiymətlərə qayıdış qeyri-mümkündür".
Buna baxmayaraq, ekspertin fikrincə, Bakının bəzi rayonlarında qiymət azalması, demək olar ki, olmayacaq: "Məsələn, ipoteka ilə mənzil alan insanlar adətən şəhərin mərkəzində deyil, ətrafdan alır, buna görə də "Həzi Aslanov" və "Əhmədli" metro stansiyaları və Xırdalan kimi rayonlarda xüsusi ucuzlaşma olmayacaq. Lakin mənzilin qiymətinin yüksək olduğu mərkəz ərazidə qiymətlər enəcək".
"Veto Consulting"in eksperti Mahir Faadov hesab edir ki, daşınmaz əmlakın qiyməti sentyabradək azalacaq, ilin sonuna isə cüzi artım mümkündür: "Daşınmaz əmlak bazarında qiymətlər hər ay azalır və haradasa sentyabradək bu azalma davam edəcək. Payızda mənzilin qiyməti cüzi arta bilər. Bu onunla əlaqədardır ki, yayda bu bazarda aktivlik azdır, adətən, daşınmaz əmlak obyektlərinin satışı avqustun sonu - sentyabrın əvvəlində fəallaşır. Əgər bu il bazarda ciddi dəyişiklik olmasa, ilin sonunadək qiymət artımı olmayacaq".
Onun sözlərinə görə, ilin sonunadək mənzillərin qiyməti 5-10 faiz azala bilər: "Hazırda daşınmaz əmlakın qiymətləri əhalinin alıcılıq qabiliyyətini üstələyir ki, bu da tələbata təsir edir. Digər amillər də var, məsələn, bəzi banklar ipoteka kreditlərinin verilməsini dayandırıb. Söhbət dövlət xətti ilə verilən ipotekadan deyil, bankların öz proqramlarından gedir. Rusiyada yaşayan azərbaycanlılar da adətən ilin sonuna yaxın qohumlarına mənzil almaq üçün pul göndərirdilər, hazırda isə Rusiyadan pul göndərişləri azalıb. Bütün bu faktorlar da tələbatın azalmasına və müvafiq olaraq, daşınmaz əmlakın qiymətlərinin düşməsinə təsir edir".
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Natamamlıq effekti
Bu gün 7 şəhərdə imtahan keçiriləcək
Bürclərin qorxuları
Bayram namazının vaxtı açıqlandı
"Bizim Cəbiş müəllim"in Makedonu
"Bavariya" yeni prezident seçdi
Kosmosda qəbristanlıq tapıldı
Ledi Qaqa da karantindədir -FOTO
Zakir Həsənov: "Bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaq"
Azərbaycanlı uşaqlara sürpriz
Ramazan ayının 14-cü gününün duası
Rus qızlarla bacarmadıq
Qadın.Netlilərlə bir az gülək
Balıq salatı (foto-resept)
Yuxularımızı kimlər yoza bilər?
Pakistan mediası Xocalı faciəsindən yazdı
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Ermənilər dinc azərbaycanlını atəşə tutdular
Dəriyə mənfi təsir edən 5 gizli səbəb
Dünyanın ən böyük külək elektrik stansiyası inşa edildi
Madonnadan plastik əməliyyat etirafı
Sabahın HAVAsı
Müəllimlərin işə qəbul qaydaları dəyişdirildi
Artıq koronavirusu mikroskopsuz da görmək mümkün olacaq - VİDEO
Azərbaycanda uşaqlar daha çox hansı xəstəliyə tutulurlar?
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
"Azərkosmos"da yeni kanal
Rezidenturada 24 plan yeri boş qaldı
Tələbə adını qazananlar seçim edirlər
Dənizdə üzən oyuncaq ördəklər
Beyonsenin 6 yaşlı qızının AДћLASIДћMAZ HƏYATI: şəxsi cangüdən, özəl stilist, milyonlar və... - FOTO
Günün qoroskopu: başqalarının işlərinə qarışmalı olacaqsınız
Bakıda valideyn dərdi
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Pazllar ("Canım bacım")
Qazıntılar zamanı tapılan sümüklər arxeoloqları dəhşətə gətirdi - FOTOLAR
Ermənistandan antirekord
İvana Sərtin son FOTOsu səs-küy yaratdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
486 müəllim imtahandan imtina etdi
Xətasız tərbiyə
Günün ulduz falı
Ləziz salat (foto resept)
Bəs siz hansındansınız?
Düzgün ayaqqabı seçimi
Samsung-dan Galaxy Trend 3
Unun qiymətləri qalxdı?
İlham Əliyev Qərbi ayıltdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]