Mayın 4-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 27 baş çöl quşunun patoloji materialları və ölkənn ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 2217 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, müayinə olunmuş nümunələrdə quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.Monitorinqin aparıldığı ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.Quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.DBNX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları tam qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda, DBNX xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan DBNX respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını və qonşu ölkələrdə (Türkiyə və Rusiya) quş qripi xəstəliyin qeydə alınmasını əsas götürərək növbəti monitorinqin iyunun 1-də başlanması nəzərdə tutulur.Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
Azərbaycan dili - IV dərs
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
2020-ci ilin trendləri
Rasim Əliyevə "İstiqlal" ordeni verildi
Bu dəfə Yaşar Sereni məhkəməyə verdi-SƏBƏB
Kəlbəcərli girovlardan biri buraxıla bilər
Noxud şorbası (foto resept)
Çiyələyin mikroblarını necə təmizləməli?
Komediya ustası səhnədə öldü-FOTO
Mədə turşuları
Tom Cons Antalyada konsert verəcək
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
Bir yalnızlıq simfoniyası
Makiyajla məşhurlara çevrilən Alexis
Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub
Azərbaycan kinosunda yeni qanun
Ərdoğan terrorçulara od püskürdü
Könüllü işləmək istəyənlərin nəzərinə
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Qırışları aradan qaldıran maska
Ebunun konset bileti neçəyədir?
Eyni geyimləri müzakirələrə səbəb oldu
Hava haqqında
Mayın ilk gününə olan hava proqnozu
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
"Çukur" final edir-SƏBƏB
Serenay Sarıkaya Kerem haqqında danışdı
Çimərlik ayaqqabıları
Yaz üçün gözəl donlar
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Maraqlı divar saatları
Erkən qırışların səbəbləri
İşdən ixtisara düşmək istəmirsizsə...
Sənədsiz evlərə bəd xəbər
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Mətbəx dekorasiyası nümunələri
Qaydalar avtobus sürücüləri üçün deyil?
Kütləvi ixtisarla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi
Yeni türk nəsilini necə yetişdirməli?
Putin diktatora dəstəyini kəsdi
Sürüşmə sahələri aktivləşib
Gözəl bilərzik modelləri
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Noyabr ayının qalibləri!
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]