
Yaponiyanın Yamanasi prefekturasında maqnit yastıq üzərində hərəkət edən qatarlar (maqlev) üçün yeni sürət rekordu müəyyən edilib. JR Tokai dəmiryol kompaniyasının məlumatına görə, 18 kilometrlik poliqonda aparılan sınaqlar zamanı qatar saatda 590 kilometr sürət yığıb.
Yeddi vaqondan ibarət qatarın sürəti 19 saniyə ərzində sabit qalıb. JR Tokai dəmiryol kompaniyasından hazırkı rekordun yapon maqlevinin imkanlarının maksimal həddi olmadığını və yaxın zamanlarda qatarın sürətini saatda 600 kilometrə çatdırmağı düşündüklərini bildiriblər.
Qeyd edək ki, əvvəlki rekord Yamanasi prefekturasının həmin test poliqonunda qeydə alınmışdı. 2003-cü ildə nail olunan sürət saatda 581 kilometr təşkil etmişdi.
Maqlevin yaradılması üzərində işlər hələ keçən əsrin 70-ci illərində başlasa da, Yaponiya hökuməti ilk kommersiya xəttinin çəkilməsinə yalnız 2011-ci ildə icazə vermişdi. Tikintisinə keçən il başlanılan dəmir yol xətlərinin 2027-ci ildə Tokio ilə Naqoya şəhərlərini birləşdirməsi planlaşdırılır. Plana əsasən şəhərlər arasındakı 286 kilometr yolu qatarlar 40 dəqiqə ərzində qət etməlidir. Hazırda “Sinkansen” sürət qatarları həmin məsafəni 1saat 18 dəqiqəyə gedir.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rusiyalı idmançıların Bakıya gəlmə vaxtı bilindi
İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq
Trampın malikanəsi satılır - FOTO
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
Belə ömrü kişilər yaşayır...
Məşhur aktrisa Özge Gürel yeni filmə çəkilir
Ehtiyatlı olun, beyniniz oğurlana bilər!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycan Avropa vaqonları alır
Məktəblərdə yenilik - Dərslər ayaqüstə keçiriləcək
Fransada təcili yardım xidmətləri ödənişli olacaq
Maqnezium çatışmazlığı nəyə səbəb olur?
Bilirsinizmi? (1)
Dünyanın ən sağlam ölkələrinin sirləri
Dünyada ən bahalı 10 ev
Asqırmaq nədir?
"Azercell" və "Bakcell" Viber-ə qadağa qoydular?
Uşaqlarda uzun müddət davam edən öskürək
Ucuz geyimləri ilə tərz sahibi olan məşhurlar
Güclü yağış Daşkəsənin 6 kəndi ilə rayon mərkəzinin əlaqəsini kəsib
Qırışlardan xilas edən cirə maskası
"Çiçək" piroqu (foto resept)
Ancelina Coli ilə Bred Pitt rəsmən boşandılar
Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Gicitikan salatı (foto resept)
“Kukla”ya bənzəmək üçün ölümü belə gözə aldı - FOTO
Azərbaycanda gec evlənən kamil olur?
Ordumuz şəhid verdi
Fahriye Evcenin anasına inanılmaz bənzərliyi
HAVA necə olacaq?- 1 MAY
Təzyiqi aşağı salan 4 ərzaq
Erməni ordusu niyə qaçır?
2018-in gəlinlikləri
Tələbələrə uçan aparatlar veriləcək
Anita Soy təcili xəstəxanaya aparıldı-SƏBƏB
Mükəmməl üz dərisinə sahib olmaq üçün 9 qayda
Düyü unu maskası
HAVA necə olacaq?-18 Avqust
Ən gözəl qadın kimdir?
Öldüyünü dedilər, "morq"da dirildi-FOTO
Ronaldodan anasına bahalı hədiyyə - FOTO
HAVA necə olacaq?
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Günün ulduz falı - 16.08.2013
Nə üçün gözəllikləri görə bilmirik?
Plan
Bayramda neçə gün iş olmayacaq?
Azərbaycanda 4,3 bal gücündə zəlzələ oldu
"Azərbaycanda narkotik istifadəçilərinin ümumi sayı 27 000 nəfərdən çoxdur"
Tibb işçilərinin NƏZƏRİNƏ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]