“Rosiyya 1” telekanalının “Vesti nedeli” analitik proqramında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilmiş süjet nümayiş olunub.ANS PRESS-in məlumatına görə, tanınmış jurnalist, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kisilyovun müəllifi olduğu verilişdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibə də verilib.Süjetdə qeyd olunur ki, Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva telekanala müsahibəsində qeyd edib ki, birinci Avropa Oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq. Mehriban xanım Əliyeva deyib: “Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk Oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər. Oyunlara hazırlıq üçün bizə cəmi iki il yarım vaxt ayrılmışdı. Bu vaxtın çox dar məqam olduğuna baxmayaraq, biz idmançılar, rəsmi şəxslər, paytaxtımızın qonaqları üçün maksimum rahat şərait yaratmağa çalışmışıq ki, bu bayram əsl birlik, dostluq və idman bayramına çevrilsin”.Rusiya jurnalistlərinin fikrincə, ilk Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın namizədliyi təsadüfən seçilməyib. 2012-ci ildə burada “Eurovision” mahnı müsabiqəsi uğurla keçirildi. Avropa Oyunları üçün də onlarca obyekt tikilib və yenidən qurulub, nəqliyyat və mehmanxana infrastrukturu hazırlanıb. Olimpiya kəndinin tikintisi başa çatırılır.
Təşkilat Komitəsinin üzvləri çəkiliş qrupuna qarşıdan gələn oyunların başlıca arenası – Olimpiya stadionu, Heydər Əliyev adına İdman Kompleksi, “Crystal Hall”, Xəzərin sahilində çimərlik və su idman növlərinin keçirilməsi üçün inşa edilmiş Su İdmanı Sarayı barədə söhbət açıblar.
Süjetdə deyilir: “Bakıda bütün obyektləri bir-birinə yaxın tikməklə, Oyunların məkanını maksimum yığcam etməyə çalışıblar. Obyektlərin hamısı şəhərin mərkəzində, bulvar və İçərişəhərə yaxın yerdə inşa olunub. Elə “Atletlər kəndi” də əsas idman meydançalarının yaxınlığındadır”.
Rusiya tamaşaçılarına hazırlıq mərhələsində Soçi təcrübəsindən istifadə olunduğu, 1300-dən çox xarici media qurumunun akkreditasiyadan keçdiyi, Hindistan, Çin, Afrika, Amerika teleşirkətləri ilə müqavilələr bağlandığı barədə də məlumat verilib. Oyunların baş əməliyyat direktoru Saymon Kleqq isə vurğulayıb ki, Oyunlar bütün dünyada yayımlanacaq.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, yarışlarda 6200-ə yaxın idmançının və 300-dən çox nümayəndə heyəti üzvlərinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsinin üzvü olan 50 ölkənin hamısı iştirakını təsdiqləyib.
“Vesti” kanalının müxbiri süjetini yekunlaşdıraraq deyib: “Bakıda Avropa Oyunlarının keçid mərhələsi olduğunu, başlıca məqsədin Yay Olimpiya Oyunları olduğunu gizlətmirlər. Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir”.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
“Ramo”da gözlənilməz ayrılıq - FOTO
Kağız güllər
Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər
Saqqallı kişilər daha çox xəyanət edir
Erməni helikopteri niyə məhz bu gün vuruldu?
Emin Etiraf Etdi-FOTO
Bakının bu rayonlarında 300-dən çox bina, 166 ev söküləcək
DÇ-2014.Püşkatama
Tibb işçilərinin nəzərinə!
İntibah dövrünün rəsmləri bu günümüzdə
Kəs və yapışdır-33
Gökçe Bahadır Hindistana gedir-SƏBƏB
Qadin.Netlə birlikdə hamiləlik (X həftə)
Ledi Gaga yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Boşansalar da ayrılmadılar-FOTO
Kredit borcu olanlar - bu xəbəri MÜTLƏQ İZLƏYİN!
Hadisənin uşaqlıq fotosu
Final türk hakimlərə tapşırıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 101 yeni yoluxma
Bilmək maraqlıdır
Azərbaycan oktyabrın 27-də qış vaxtına keçəcək
Günün ulduz falı
“Eurovision-2014”ün yarımfinal və final mərhələsinə biletlər aprelin 4-dən satışda olacaq
İpoteka kreditləşməsində yeni mərhələ
Həkim qərəzinin nəticəsi, yoxsa?..
Ən əlverişli və əlverişsiz avtomobillər seçildi
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Dünyanın ən gözəl modelləri ən gözəl yerlərdə
Asan salat (foto resept)
“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - Mehriban Əliyeva
Emoji çanta düzəltmək
Azərbaycanda E.ə II əsrə aid "Bərəkət ilahəsi" tapıldı-FOTO
Robot model gözəlliyi ilə məşhurlara rəqib oldu-FOTO
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
"Barselona"dan növbəti transfer
Məşhur aktyor evləndi-FOTO
Yeni şahzadə doğuldu - FOTO
Mübariz Qurbanlı: "Beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaranıb"
HAVA necə olacaq?-26 Oktyabr
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Apple bu bazarda da haqlanır
Millimiz türk klubunu darmadağın etdi: 8 qol
Sizdən xoşu gəldiyini necə başa düşə bilərsiniz?
Sabahın HAVAsı
Analar gününüz mübarək!
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər
Anlamaq üçün yenidən baxmalı olacaqsınız
Günün qoroskopu: Ağlınızı işlədin!

- ŞƏRHLƏR