
İnsan müxtəlif səbəblərdən depressiyaya düşə bilər. Yüklənən problemlər, yaxın adamının itirilməsi, uğursuzluqlar və s. səbəblərdən baş qaldıran depressiya uzun müddət də insanı tərk etmir. Orqanizmi tamamilə məhv edən və insanı çökdürən bu proses uzun müddət davam edərsə, intiharla belə nəticələnə bilər. Bir sözlə, depressiya arzuolunmaz bir haldır və hər hansı bir səbəbdən insan özündə depressiv əlamətlər aşkar edərsə, dərhal bunun qarşısını almalı, səbəbi aradan qaldırmalıdır.
Bəzən insan heç bir səbəb olmadan belə depressiyaya düşə bilər. Xüsusən mövsümi xarakter daşıyan bu hal ən çox yaz aylarında baş qaldırır. Duyğuların mövsümi pozğunluğu kimi tanınan elmi adı "SAD" olan bu növ depressiya hər il eyni vaxtda yüngül formada başlayır. Qısa bir müddət ərzində daha da güclənən depressiya özünü yuxusuzluq, əsəbilik, iştahanın olduqca azalması və ya tamamilə kəsilməsi, çəkinin itirilməsi, cinsi istəyin ölməsi, agitasiya və s. kimi hallarla göstərir. Bu isə qarşısı alınmadığı halda daha da ağırlaşma ilə nəticələnir.
Psixoloq Gülnarə Əliyevanın sözlərinə görə, hazırda depressiya mövsümü olduğundan depressiv əlamətlərin də baş qaldırması mümkündür. Əsəblərin gərilməsi, iştahada pozuntu, narahatlıq və bu kimi halların yaranması depressiyanın başlanğıcı hesab oluna bilər. İnsan bu hallardan hər hansı birini özündə hiss edərsə, daha diqqətli olmalıdır: "Əgər sizdə də bu əlamətlər başlayıbsa, diqqətli olun, çünki bəzən bu halların normal olduğunu düşünən insanlar irəlidə ciddi depressiya ilə üzləşə bilərlər. Psixoloji əlamətlətin arxasında bioloji faktorlar dayanır. Mövsüm dəyişkənliyi ilə əlaqədar orqanizmdə hormon balansının pozulması baş verir, seratonin azalır, melatonin artır. Təbii olaraq yuxusuzluq yaranır, yuxusuzluqdan əsəbilik, iştahsızlıq və çəki azalması. Bunlar hamısı bir-biri ilə möhkəm bağlıdır. Birinin pozulması bu ardıcıllığın da pozularaq davam etməsinə səbəb olur".
Psixoloq deyir ki, bu hallar insanlarda get-gedə həyatdan zövq almama, diqqət və konsentrasiya pozğunluğu, yorğun, enerjisiz, səbirsiz, emosional olmağa sövq edər. Hətta get-gedə içə qapanmış, hamıdan uzaqlaşan fərd intihar edə biləcək həddə çatar: "Bahar depressiyasına daha çox günəş işığından uzaqda olan ölkələr, yəni xəritədə ekvatordan uzaqda olan ölkələrin düşmə halları müşahidə olunur. Araşdırmalar müəyyən edir ki, digər depressiya növlərində olduğu kimi bahar depressiyasında da kişilərə nisbətdə qadınlar daha çox əziyyət çəkirlər. Bu problemə ciddi yanaşılmazsa get-gedə assosiallaşma, iş yerində və məktəbdə uğursuzluqlar, aqressiya, zərərli vərdişlərə qurşanma hətta intihara belə gətirib çıxarda bilir".
Mövsümi depressiyanın əsas əlamətləri 2-3 həftə boyunca istəksizlik, diqqəti toplaya bilməmək, səhər yuxudan yorğun oyanma, pessimizmə qapılmaq, heç nədən zövq ala bilməmək, iştah pozğunluqları, həddindən artıq durğunluq və gərginlikdir. Mövsümi depressiyanın spesifik halları daha çox yatmaq və heç bir iş görməmək istəyi, səhər yuxudan duranda bədəndə ümumi yorğunluq, əzələlərdə, oynaqlarda ağrılar, bəzən baş ağrıları, əsəbi və küsəyən olmaqdır. Bu növ depressiyalar daha çox uşaqlar, yeniyetmələr və evdar xanımlarda rast gəlinir.
Müalicə edilmədiyi təqdirdə depressiyanın şiddəti arta, xronikiləşə, hətta intiharla nəticələnə bilər. Bu səbəblə bir dəfə depressiya keçirən şəxslərin təkrar depressiya keçirmə ehtimalı yüksəkdir; ancaq bu yeni hücum da müalicə ilə düzələ bilməkdədir. Depressiya yaxşılaşan bir xəstəlikdir. Ancaq əvvəlcə onu yaradan səbəbləri bilməliyik. Yaz depressiyasının ən çox yayılan səbəblərindən biri də avitaminoz - orqanizmdə vitamin çatışmazlığıdır. Çünki ötən qış və ya payızdan yaza qalan meyvə və tərəvəzlər uzun müddət saxlandığına görə tərkibindəki vitamini itirir. Bioloji cəhətdən xarakterik olaraq orqanizmimizdə baş qaldıran "yenidənqurma prosesi" də müəyyən mənada əhval-ruhiyyəmizə təsir göstərir. Təbii ki, orqanizmimizin harmoniyası da müvəqqəti olaraq pozulur.
"Oksigen acılığı", az hərəkət etmək, passiv həyat tərzi, çox yemək və s. kimi səbəblərdən yazın əvvəllərində orqanizm yorulur. Qeyri-ixtiyari olaraq biz öz yorğun, yuxulu, bəzən əsəbi halımıza həddindən çox fikir verməyə başlayırıq. Yeri gəlmişkən, yuxusuzluq bu mövsüm üçün olduqca təbii haldır. İşıq rejimi artıq dəyişib, günlər daha uzun, gecələr daha qısa olub, melatonin (yuxu hormonu) isə qış normasına uyğun istehsal edilir.
Qeyd edək ki, yaz depressiyasının başqa səbəbləri də var, ancaq bizi maraqlandıran əsas məqam həmin səbəblərdən daha çox bu dilxorçuluqdan qurtulmaqdır. Əslində isə xilas yolu çox sadədir - sadəcə, özünü ələ almaq, düzgün qida rejiminə əməl etmək lazımdır. Apteklərə müraciət etmək, bioloji əlavələrdən istifadə etməyə heç də ehtiyac yoxdur. Orqanizmin "yaz havası"nı artırmaq elə də çətin deyil.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
24 saata 11 min kompüter...
Xırda itlər amerikalıları qorxuya salıb
Yeni Volvo-nun sirri açıldı
Noyabrın ilk gününün HAVAsı - XƏBƏRDARLIQ
"Külək və Atəşin Rəngləri"
Ən bahalı gəlinliklər
Xəzərlə bağlı razılaşma
Qonşuları məşhur cütlükdən şikayətçidirlər
Şokoladlı və fındıqlı biscotti (foto-resept)
Uşaq oturacaqları
Keks bişirməyin sirləri
Türkiyədə gərgin gecə
Azərbaycanlı məşqçinin son şansı
Ebru Polat paylaşdığı şəkli ilə diqqət çəkdi
Necati Şaşmaz serialından danışdı-FOTO
Hadise ərə gedir- Elçilik olacaq
Bəlkə həyatam mən, bəlkə də ölüm…
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
Can Yaman "Diriliş Osman"a qatılır?
Bakıda gülən ağac VİDEO
Rekord məbləğə satılan ayaqqabı lağ obyektinə çevrildi-FOTO
Günün ulduz falı - 24.01.2014
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Evdə frappe (foto resept)
Günün qoroskopu: Qətiyyətli olun!
İspaniyada bitkilərə konsert verdilər - VİDEO
Ebru Gündeş Türkiyəni tərk edir – FOTO
"Android" telefon istifadəçiləri - Diqqətli olun!
Şagirdlərin nəzərinə!
İran tarixi uğura imza atdı
Ən uzun kanat yolu tikilir
Əfsanəvi aktyor karyerası ilə vidalaşır
Cavan qalmağın 10 sirri
Qazlı içkilər təhlükə yaradır.
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
İlham Əliyev: “Daha yeddi kənd işğaldan azad edildi”
9 qaşıq şirniyyat (foto-resept)
Google Glass başağrısı yaradır
Murad Aslıya Surpriz etdi
Bəhram Bağırzadə reanimasiyaya yerləşdirilib - HƏKİMDƏN AÇIQLAMA + VİDEO
Müharibə əlillərinə Prezident təqaüdü artırıldı
“Victorias Secret” 1,1 milyarda satıldı
Kişilərin evlənmək istəmədiyi qadın tipləri
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Prezidentin köməkçisi: “Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir”
Badımcan ləvəngisi(foto-resept)
Nüsrət Neymarı da ətə qonaq etdi-FOTO
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
Qovuşmadığı sevgilisi üçün 40 kiloqram arıqladı - FOTO
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib

- ŞƏRHLƏR