
Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, bəzi hallarda depressiya həyəcan hissi ilə də müşayiət olunur. Əgər bu əlamətlər kompleks şəkildə müşahidə olunmursa, deməli, şəxs sadəcə ruh düşkünlüyünə düşüb. Həmsöhbətimiz bunun qarşısını almaq üçün əyləncələrə vaxt ayırmağı, istirahət etməyi, təmiz havada gəzintiyə çıxmağı, xoş ünsiyyət qurmağı məsləhət görür. Dediyinə görə, bəzən insan hansısa problemi həll etməli olduğu üçün də bu vəziyyətə düşür. Problemi həll etdikdən, çətinlikləri dəf etdikdən sonra isə əhvalı yüksəlir: "Demək, bəzən sadəcə gözləmək lazımdır. Həyat hər zaman dəyişir. İnsanın daim yalnız sevinməsi mümkün deyil. Bu səbəbdən də əhval aşağı düşəndə narahat olmağa və bununla da əhvalı daha da korlamağa dəyməz. Səbirli olub bir qədər gözləmək və ya sizə ağırlıq gətirən problemlərin yükündən azad olmağa çalışmaq lazımdır".Əhmədova bildirib ki, depressiya tez-tez stress nəticəsində əmələ gəlir: "Müasir həyatda streslər yavaş-yavaş artır. Ola bilsin ki, sırf bioloji səbəblər üzündən depressiya baş verir. Misal üçün, genetik olan depressiya və ya somatik xəstəliklərlə bağlı depressiya. Şəkərli diabetdən əziyyət çəkən insanların ən azı 33%-i depressiyaya düşür. Tənhalıq, boşanma, ailədə münaqişələr və başqa psixoloji problemlər də depressiya yarada bilər".Klinik depressiyanın yüngül, orta və ağır dərəcəsi olur. Ən pis nəticəsi isə intihardır. Təəssüf olsun ki, depressiv xəstələrin 10-15%-i intihar edir. Depressiya geniş yayılmış və təkrar olunan xəstəlikdir. Əgər insanda bir dəfə depressiv epizod olubsa 50% ehtimal var ki, o, yenə təkrar olunacaq. İki dəfə epizod olubsa, 70% ehtimal var ki, 3-cü epizod da olacaq. 3 dəfə depressiv epizoddan sonra yenə bu baş veribsə, 90% ehtimal var ki, bu, gələcəkdə də təkrarlanacaq".Adətən depressiya dərman və psixoloji konsultasiyalar vasitəsilə müalicə olunur. Müsahibimizin sözlərinə görə, depressiyaya düşən şəxs sağalmaq istəyirsə, özü də müstəqil şəkildə buna cəhd edə bilər: "Yaradıcılığa meyli olanlar marağına uyğun rəsm çəkə, tikiş tikə, rəqs edə, musiqi alətlərində çala bilər. Güllərdən müxtəlif kompozisiyalar düzəltmək, şeir və ya hekayə yazmaq, gündəlik tutmaq da depressiyaya səbəb olan stressdən, mənfi emosiyalardan azad olmağa kömək edir. Depressiya ilə mübarizə üçün günün planını tərtib etmək də kömək edir. Lakin bu zaman özünüzə qarşı çox tələbkar olmayın. Hansısa işi yerinə yetirmək istəmirsinizsə, növbəti günlərə təyin edin və ya silin. Plandan kənar da istədiyiniz işi yerinə yetirə bilərsiz".L.Əhmədova deyir ki, fiziki fəallıq nəinki sizi sağlam edəcək, psixi narahatlıqların azalmasına da köməyi dəyəcək. İdmanla məşğul olmaq orqanizmdə endofrin - xoşbəxtlik hormonlarını çoxaldır. Təmiz havada gəzmək, təbiətdən zövq almaq, bəzən də səs-küylü əyləncələrdən də yararlanmaq olar.Stressə məruz edən amilərdən biri də mənfi informasiyanın bolluğudur. Bu səbəbdən də informasiya seçərkən diqqətli olmaq lazımdır: "Mənfi emosiyaları yarada bilən, zorakılıq faktlarını əks etdirən materialalrdan qaçın. Yumor və lətifələrsə əksinə depressiyanı və bir sıra xəstəlikləri də müalicə edir".Əhmədova bildirib ki, ən effektiv üsullardan biri isə özünü xoşbəxt olduğuna inandırmaqdır: "Xoşbəxt olmağa çalışın. Ola bilmirsinizsə, özünüzü bu rolu ifa edən aktyor kimi təsəvvür edin. Bu fikirlər ilk baxışdan qəribə görünə bilər, amma yaxşı effekt verir. Hər gün xoşbəxt insan rolunu oynayın. Sevdiyiniz musiqini dinləyin, filmlərə baxın, şənlənin. Qoy, ətrafda hamı elə bilsin ki, siz xoşbəxtsiniz. Müsbət emosiyalarla həyatınızı doldurun" deyən mütəxəssisə görə, elə tip adamlar olur ki, onlar qəmlənməyə meyllidir və ya heç cür özlərini xoşbəxt hiss edə bilmirlər. "Belə olan halda özünüzə deyin: "Mən xoşbəxt deyiləm, amma mən bunu oynamalı olan aktyoram". Bunu deməklə və etməklə insan həqiqətən də şənlənməyi, xırda müsbət hadisələrə görə də sevinməyi öyrənə bilir".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sabahın HAVAsı
Bu həftə meteor yağışı olacaq
Vətən təəssüratları (I hissə)
Bakıda ən təhlükəli sürüşmə zonası açıqlandı
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Qəribə və nadir heyvanlar
Baş dərisindəki sızanaqlar üçün qarışım
Armudlu piroq (foto resept)
İpotekanın tətbiqi ilə bağlı yeni xəbər
Çinlilər Heydər Əliyev Mərkəzinin oxşarını yaradıblar
Qadınların nəzərinə: ölü dərini yox edən MASKA
Mədə kiçiltmə əməliyyatı
"Bu qadının sirri nədir?" - FOTO
Azərbaycanda 2015-in ilk üçəmləri
Akın Akınözün 120 kq-lıq halı-FOTO
Azərbaycanlı məktəblilərin son sevinci
Gülməli saç düzümləri
Sabahin HAVAsı
Daun sindromu haqqında doğru bilinən yanlışlar
Gürcüstan yaşıl zonada qaldı
Ancelina Coli siyasətçi olacaq
Dünyadan maraqlı faktlar
Bir matçda 15 milyard dollar qazanacaqlar
Onlar bizi belə aldadırlar
Hər zaman lazım olan gözəllik məsləhətləri (1ci hissə)
Mehmet Ali Erbilin həkimi danışdı-FOTO
Bu hellouində yadda qalanlar
Bakıda yeni qadağa
Qalaktikaların xəritəsi çəkildi
ÜST-dən valideynlərə XƏBƏRDARLIQ: Peyvəndi vaxtında vurdurun
Biskvitli moruqlu piroq (foto resept)
Ayaqlarınız səndələ hazırdır?
Borcluları gözləyən cəza - problemdən çıxış yolları
Qadınlar kişilərdən ağıllı çıxdılar
Aleyna Tilkinin geyimi ələ salındı-FOTO
Facebook-da daha bir yenilik
Evdə dondurma (foto resept)
Nazirlik azyaşlıları necə sınağa çəkir?
2400 uşaq I sinfə vaxtından əvvəl qəbul olundu A A A
Xoruldama xəstəliyi
Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
Güvənməyin gücü
İŞİD qorxuya düşüb
Yataq otağına hansı bitkiləri qoymalı?
ABŞ seçkilərində qələbə qazanan müsəlman qadınlar
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Britaniyalılar ailəni internetə qurban verirlər
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Dərk edənlər və etməyənlər üçün RAMAZAN















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]