Gəncə. Azər Məmmədli – APA. Gəncədə 40 yaxın ölkənin nümayəndələrinin iştirakı ilə II beynəlxalq şərab festivalı keçirilib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün festival şəhər gəzintisi ilə başlayıb. Müxtəlif ölkələrdən olan qonaqlar ilk olaraq Nizami məqbərəsini ziyarət ediblər. Burada onlara dahi şairin yaradıcılığı barədə məlumat verilib, sonra isə qonaqlar Nizami Gəncəvi muzeyi ilə tanış olublar. Daha sonra qonaqlar Bayraq meydanına və Xəmsə bağına gəliblər. Həmçinin Xan Bağı və başqa bir sıra turizm əhəmiyyətli yerlərdə də gəzinti təşkil edilib. Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti binasında qonaqlarla görüş keçirilib. Tədbirdə Fransadan olan nümayəndələr, Özbəkistan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev iştirak edib. Tədbirdə Fransa-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib, müxtəlif sahələrdə əməkdaşlıqla bağlı razılaşmalar əldə edilib. Tədbirdə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi məqsədi ilə iki ölkədən olan iş adamları arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən Göygölün Mixaylovka kəndində fransız üzüm sortlarından ibarət yeni üzümlük salınacaq. Tədbirdə həmçinin Gəncədə Fransız çörəyinin bişirilməsi məsələsi də müzakirə edilib. Bildirilib ki, yaxın vaxtlarda Fransadan olan mütəxəssislər Gəncəyə səfər edərək burada çörək istehsal edən müəssisənin tikintisi üçün ətraflı müzakirələr aparacaqlar. Tədbirin sonunda xatirə hədiyyələri təqdim edilib. Günün ikinci yarısında isə festival şəhərin Cavad xan küçəsində davam edib. Burada respublikada şərab istehsal edən 20-ə yaxın istehsal müəssisəsinin məhsulları nümayiş etdirilib. Həmçinin küçə boyu müxtəlif kollektivlərin iştirakı ilə musiqi və kulinariya şouları göstərilib, qonaqlara aktyorların iştirakı ilə maraqlı kompozisiyalar təqdim edilib. Gəncənin rəssamları və tətbiqi sənət ustalarının əl işləri də sərgilənib. III Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı da Gəncəyə gələrək II şərab festivalında iştirak ediblər.
Mənbə: APA.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanın işğaldan azad olunan ərazilərində azan səsi ucaldı - VİDEO
Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO
Demetin evini yardılar
Mədə-bağırsaq xəstəliyi və qurdları
Azərbaycana qar yağdı
Ayrılığa kədərlənməmək üçün 7 səbəb
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
"Çukur" mövsum finalına hazırlaşır
Balıq yedikdən sonra süd içmək olarmı?
300 illik mumiya 1 saata çürüdü
IV Qlobal Bakı Forumu başlayır
Zakir Həsənov Qarabağdan danışdı
Kitab"sevər"lər
Şəfalı heyvanlar
Vacib namazlarda hansı surələri oxuyaq?
Sevgidə bəxti gətirməyən filosoflar(2)
Girovlarımızdan məktub var
Xalına görə insanları necə tanımalı?
Azərbaycan Silahlı Qüvvələrinin yeni səhra geyim forması hazırlanır
Xərçəngin yox edilməsində YENİ ERA BAŞLADI: Sadəcə 3 aya...
Şərf bağlamağın 25 üsulu
Ən böyük sərnişin təyyarəsi BAKIDA
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (6-cı hissə)
Müstafa Sandalın keçmiş xanımı təəccübləndirdi-FOTO
Bu qadınlar fillərə jaket və şalvarlar toxuyurlar - FOTO
Şok nədir?
Gizem Karaca yenidən məhkəməlik oldu-SƏBƏB
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil.
HAVA necə olacaq?
İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsinə dair kataloq hazırlayır
Evləri kiçik olan “Sovetski” sakinlərinə mənzillər veriləcək.
Yaşlıları yalnız buraxmayın!
Uşaqlar arasında neçə yaş fərq olmalıdır?
700 bal toplamış abituriyentlər ali məktəb seçimini etdilər
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
Rusiya prezidenti Putin tətildədir-FOTO
Pensiyaçıların nəzərinə!
Saçlarınızın sağlamlığını testlə yoxlayın
Oğlan uşaqlarının saçlarını uzatmayın-SƏBƏB
Qadınlar ən çox hansı havada intihar edirlər?
Britaniyalı sarışınları saç boyalarından məhrum edə bilərlər
Böyük hərbi təlim başladı
İsmayıllı meşələri od tutub yanır
Tərəvəzli qovurma (foto-resept)
Laçının işğalından 22 il ötür
Hansı şəxslər koronavirus testindən keçirilə bilər?
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi keçiriləcək
2014-cü ilin ən yaxşı gün eynəkləri
ABŞ-da afroamerikalılar üçün ayrıca şəhər tikilir
Yanvarın 17-si UŞAQLARI bağçalara APARMAYIN!-RƏSMİ XƏBƏRDARLIQ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]