
"İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılırlar. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir". Trend-in məlumatına görə, bunu Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası Zülfüqar Babayev mətbuata açıqlamasında deyib.Vəkil bildirib ki, həmin maddənin 2-ci hissəsinə görə, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda bu şəxslərin işdə saxlanmasına üstünlük verir: "Şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə”.Hüquqşünas eyni zamanda bildirib ki, AR Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin və halların siyahısı göstərilmişdir. Belə ki, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu şərtlər işçinin işlədiyi müəssisə bağlandığı və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı hallara şamil olunmur.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Tələbələrin nəzərinə!
Soyuq, ya isti?
Hava haqqında
Dünya üzrə pulsuz zəng etmək imkanı
Nazirlikdən yeni qərar
Çörəkotu deyib keçməyin!
Təhlükəni unutduq
Bakıya yağış yağacaq
Futbolçulara üçqat cəza qaldırılır?
Karlos ilə Messi arasında ölümünə savaş
"Eurovision-2018"-də müğənninin mikrofonunu əlindən aldılar - VİDEO
Siçanlar təyyarəni endirdi
Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü
Məşhur aktrisa ana oldu-FOTO
Ərdoğan: "Yenidən böyük Türkiyə inşa etmək istəyirik"
Merkeldən müharibə xəbərdarlığı
Qan azlığının qarşısını alan 5 faktor
2013-cü ilin saç modelləri
İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər
Hamiləlik dövründə əsəb
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Unudulmayan yaramız (Qubadlının işğalı gününə)
Hindistanda toy belə olur
İki üzlü qız doğuldu
Halitlə Bergüzar dostlarına hədiyyə almağı qadağan etdi-SƏBƏB
"Coker" filminin aktyoru HƏBS OLUNDU- SƏBƏB-VİDEO
Sahiblərini sevən heyvanlar
Xoşbəxt insanların sirri
Əhvalı yaxşılaşdıran filmlər
Dəniz suyunun ekosistemə təsiri
Günün ulduz falı - 12.10.2013
İnanmaq istəmirəm...
İjevsk salatı
Zolaqlı şəkil hazırlama qaydası
Şuşa İslam dünyasının paytaxtı elan olunacaq
Ancelina Coli karantindən danışdı
Süfrələrin bəzəyi olan salat
Sızanaqlardan sonra olan ləkələrə son
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Milton Erikson öz uşaqlarını necə tərbiyə edirdi?
Heç vaxt görüşmədiyi kişi ilə ailə həyatı qurdu
Ermənilər pilotsuz təyyarələr istehsal edəcəklər
37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
Model yeni sevgilisi ilə izləyicilərini təsirləndirdi - FOTO
Dodaq boyası dişlərin rəngini ortaya çıxarır
Mağazadan mal alarkən ehtiyatlı olun
Özge Ulusoy paltarlarını satır
İçi hava ilə dolu konsert
Pompeo Çinə səsləndi: “Vəhşi heyvanların satıldığı bazarları birdəfəlik bağlayın”















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]