Novruz bayramının özünəməxsus adət-ənənələri var. Həmin adətlərdən biri də son günlərin müzakirə mövzusuna çevrilən papaq atmaqdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlamasında bildirib ki, qapılara papağın atılmasını düzgün hesab etmir: “Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.
A.Əhmədlinin bu təklifi ilə bağlı cəmiyyətdə söz sahibi olan şəxslərin fikrini öyrənməyə çalışdıq. Millət vəkili Fazil Mustafa deyir ki, papaq əvvəlki məzmununu daşımadığı üçün hər kəs bu adəti istədiyi kimi icra edə bilər: “İndi papaq əvvəlki məzmununu daşımır. Papaqdan çox kepka qoyulur. Bizim ənənəmizə qalsa, gərək bütün kişilər başına çərkəzi papaq qoysun və onu başında qürurla gəzdirsin. İndi onu gəzdirən də yoxdur axı. Ona görə də bəzi simvolikaları belə süni surətdə hansısa bir dəyər kimi qəbul etmək indiki şərtlərdə o qədər də doğru deyil. İnsanların bu adəti yerinə yetirərkən əylənmələrinə mədəni bir əyləncə kimi baxmaq lazımdır. Papaq atmağa təhqiredici məqam kimi yanaşılmasını düzgün hesab etmirəm. Kim necə istəyirsə, o formada da bu əyləncəni həyata keçirə bilər. Ən azından bunun indiki dövrdə ciddi fəsadı və narahatlıq doğuran əlamətləri yoxdur”.
Əməkdar incəsənət xadimi şeyx Əbdül Mahmudbəyov deyir ki, papaq atmaq və qurşaq sallamaq adətlərinin hər ikisi tarixən mövcud olub: “Kişinin qurşağı və papağı tarixən onun atributu hesab olunub. Bunun min illik tarixi var. Qızların torba, papaq atdığını görməzsiniz. Dünyada ən müqəddəs şey ruzi-bərəkətdir. Əgər mən ərk edib kiminsə qapısına gedib, ondan ruzi-bərəkət istəyirəmsə, gərək ona yüksək səviyyədə ehtiram göstərim. Bu hörmətimin əlaməti isə qurşaq və papaqdır. Bu, min illərdir formalaşan və günümüzə çatan adətlərdir. Müasir konteksdən yanaşsaq, bunu dilənçilik kimi qiymətəndirənlər də ola bilər. Amma bu adətin məğzi dilənmək yox, bir-birinə əl tutmaq kimi başa düşülməlidir”.
Əməkdar incəsənət xadimi onu da bildirdi ki, qədim adətlərimizi bəyənməyən, onları yığışdırmaq istəyənlər həmin bayramlarda bugünkü yanaşma tərzinə uyğun adətlər ortaya qoymalıdırlar: “O adətləri xalqa təqdim etsinlər. Əgər bəyənilsə, köhnə adətləri ləğv edib, yenisini təbliğ edək. Əgər bunu etmiriksə, köhnə adətləri məhv etmək olmaz. Köhnəni məhv etmək üçün gərək yenisinin daha gözəlini yaradasan. Bu simvolik adətlərimiz min illərdən gələn ənənələrdir və bunlara toxunmasaq, daha yaxşı olar”.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov isə bildirdi ki, heç kim, üstəlik də Folklor İnstitutunun əməkdaşı adətə qarşı çıxa bilməz: “Atəş demək istəyib ki, bu, papaq atmaq yox, qurşaq sallamaq adətidir. Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında “Ay nə gözəl qaydadı şal sallamaq” misrasını hamı bilir. Qurşaq atmaq, şal sallamaq adətlərimiz olub. Amma papaq atmaqda da qəbahət yoxdur. Papaq atanlar uşaqlardır və onlar üçün papağın qeyrət rəmzi olub-olmaması o qədər də önəm daşımır. Uşaq bayram keçirmək istəyir. Atəş müəllim bu adətin tamamilə yığışdırılmasını deməyib. O, neçə illərdir Novruzla bağlı verilişlərdə, məclislərdə bununla bağlı fikrini bildirib və normal da qarşılanıb”.
M.İmanov onu da bildirdi ki, şal sallamaq, qurşaq bağlamaq kimi adətlər sonradan papaq atmaq ilə əvəzlənib: “Qədimlərdə evlərdə baca anlayışı var idi. O bacadan qurşağı, şalı sallayar və nəmərlərini alan gənclər, uşaqlar payını götürüb gedərdilər. “Dəli Kür” filmində bu gözəl adətimiz yaxşı işıqlandırılıb. İndi evlərin quruluşu fərqlidir və müasir uşaq bu adəti özünəməxsus şəkildə davam etdirmək istəyir. Qapıya elə yığcam əşya ilə getmək istəyir ki, tez payını alıb çıxsın. Uşaq papaq da ata bilər, torba da. Adətlərin həyat tərzimizlə bağlı müəyyən qədər dəyişikliyə uğramasını normal qəbul etməliyik. Uşağın papağını hansısa qapıya atmağı ilə qeyrət rəmzimizin hörmətdən düşdüyünü demək olmaz. Novruz bütün adətləri ilə gözəldir. Tarixin uzunmüddətli sınağından keçib gələn adətlərə qarşı çıxmaq olmaz”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qış fəsli üçün sağlamlıq cövhəri
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Sitrus içkiləri böyrək daşının qarşısını alır.
Xoruzun öldürülməsinə Fransadan 100 minlik etiraz və 5 aylıq həbs
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ceydanın halı qəfil pisləşdi-FOTO
Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Bananlı tort (foto resept)
Həftə sonunun HAVAsı
Karantinin sərtləşdirildiyi şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək - RƏSMİ
Yerətrafı orbiti ən çox çirkləndirən ölkə
3 gəlinlik dəyişən Berfunun rəqsi diqqət çəkdi-VİDEO
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
“Facebook”da sistem dəyişir
Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var
Yarımçıq bina balıq məkanına döndü
Ağcaqanadlar oğrunu polisə təslim etdi – İnanılmaz olay
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
Ağstafa şəhəri
Səyahət edərkən formada qalmağın yolları
Yanmış saçlara maska
Bu Qala kimin qalasıdır?
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Milli xörəklərin kolorisi məlum oldu
61 yaşlı aktyorun uğursuz plastik əməliyyatı
Görməniz lazım olan yerlər (2)
Dəbli saç aksesuarları
Hava haqqında
Günün ən xoşbəxt anı
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Hollivud ulduzu müsəlman olur
Hıçqırmamaq üçün nədən vaz keçməli - romantika, stress, yemək?..
Oktyabrın 9-u qeyri-iş günü olacaq
Pirsinq haqqında bilmədiklərimiz
Bakı zooparkında bir sıra yeniliklər edilib
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Cazibədar xanımlar üçün donlar
Bu qadın həyatını oyuncağa qurban verib
Manatın taleyi necə olacaq?
Nazirlik həyəcan təbili çaldı
Terri Foks əzmi
Doğulmamış körpəsini itirən ana
1 həftəyə 5 kiloqram arıqladan qarışım
Bir günlük gündəlik
Azərbaycanlı zəvvarlara ŞAD XƏBƏR
Alimdən Azıx mağarasına aid arxeoloji tapıntılarla bağlı VACİB AÇIQLAMA
Sabah 27Лљ isti olacaq
- ŞƏRHLƏR